Alkoqollu içkilərdən tam imtina etmək sümükləri bərpa edir

Avstriyalı alimlərə görə, alkoqollu içkilərdən tam imtina edilməsi, müntəzəm və intensiv idman məşğələləri itirilmiş sümük kütləsinin bərpa olunmasına kömək edə bilər.Tədqiqatçılar hər birinin yaşı 50-dən yuxarı olan 50-dən çox adamın iştirakı ilə aparılmış elmi eksperimentlər nəticəsində sübut ediblər ki, orqanizmdə sümük toxumasının fəal bərpası prosesinin başlanması üçün cəmi iki ay ərzində alkoqollu içkilərdən tam imtina edilməsi kifayətdir.

Əvvəllər belə güman edirdilər ki, sümük toxuması spirtli içkilərin zərərli təsirinə məruz qalmır. Lakin alimlərin sözlərinə görə, indi məlum olub ki, sümüklərdə metabolik dəyişikliklər prosesinin kəskin inkişafı nəticəsində sümük toxuması dağıla bilər.

Mütəxəssislər fiziki hərəkətlərin də sümüklərə müsbət təsir göstərməsini vurğulayırlar. Onların fikrincə, sümük kütləsini tam bərpa etmək üçün bir neçə il lazım gələ bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31