ŞOK: Bu xəstəlik Roma İmperiyasını məhv edib!

XIX əsrin ortalarında bütün dünyaya yayılmış taun xəstəliyi neçə əsrlər əvvəl Roma İmperiyasının ərazisində tüğyan edib və ehtimal ki, onun süqutuna gətirib çıxarıb. Alimlər taun qurbanlarının DNT skeletlərini tədqiq etdikdən sonra belə qənaətə gəliblər. Mütəxəssislər əmindirlər ki, “qara ölüm” kimi məşhur olan xəstəliyi törədən “Yersinia Pestis” bakteriyası eramızın VI əsrində təxminən 100 milyon insan məhv edib.

XIX əsrin ortalarında bütün dünyaya yayılmış taun xəstəliyi neçə əsrlər əvvəl Roma İmperiyasının ərazisində tüğyan edib və ehtimal ki, onun süqutuna gətirib çıxarıb. Alimlər taun qurbanlarının DNT skeletlərini tədqiq etdikdən sonra belə qənaətə gəliblər. Mütəxəssislər əmindirlər ki, "qara ölüm" kimi məşhur olan xəstəliyi törədən "Yersinia Pestis" bakteriyası eramızın VI əsrində təxminən 100 milyon insan məhv edib.

Alimlərin hesablamalarına görə, taun xəstəliyinin ən qızğın dövründə Konstantinopolda hər gün beş min adam tələf olub, epidemiyanın tüğyan etdiyi bütün dövr ərzində əhalinin təxminən yarısı qırılıb.

"Daily Mail" qəzeti Maynts Universitetinin Antropologiya İnstitutundan doktor Barbara Bramantinin "Alimlər pandemiya törədicisi barədə uzun müddət mübahisə etmişlər, lakin yalnız sümük qalıqlarının DNT analizləri mübahisələrə son qoymuşdur" sözlərini sitat gətirib.

Tədqiqatçılar bu sirri aşkar etmək üçün Bavariyadakı (Almaniya) orta əsrlərə məxsus məzarlıqdakı insan qalıqlarından götürülmüş 19 dişin DNT-ni tədqiq ediblər. Mütəxəssislərin sözlərinə görə, nəticələr göstərib ki, "Yersinia pestis " bakteriyaları birinci pandemiyanın törədiciləri olub.

Çox güman, İtaliyaya xəstəliyi Qərbi Roma İmperiyasının itirilmiş torpaqlarını geri qaytarmaq və dövlətin sərhədlərini bərpa etmək istəyən Bizans İmperatoru I Yustinianın qoşunları gətirmişdir. Ekspertlər bildirirlər ki, Yustinian taunu Alp dağlarını aşaraq indiki Bavariya ərazisində insanları öldürməyə başlamışdır. Sonralar "qara ölüm" bütün Avropaya yayılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31