Xəbərdarlıq: Donorluq insanın immunitetinə təsir göstərir

Amerika Tibb Assosiasiyası müvafiq araşdırmalar nəticəsində təsdiqləyib ki, donorluq insanın immunitetinə təsir göstərir. Məlumdur ki, qanvermə insanın sağlamlığı üçün faydalıdır. Tədqiqatlar göstərib ki, donorluq ürək tutmaları ehtimalını azaldır. Amerika Tibb Assosiasiyasının mütəxəssisləri 40-60 yaşlarında olan 2682 nəfərin səhhətini yarım il ərzində izləyiblər. Tədqiqatlar göstərib ki, mütəmadi olaraq qan verən insanlarda ürək tutmaları və ya insult ehtimalı 10 faiz həddində dəyişir.

Eyni zamanda, digər tədqiqatlar donorluq ilə onkoloji xəstəliklərə tutulma riski arasında qarşılıqlı əlaqə olduğunu göstərir. Bu onunla bağlıdır ki, qanın tərkibində dəmirin miqdarı çox olduqda sərbəst radikalların sayı artır və qan damarlarının divarcıqları sərtləşir. Qanın tərkibində dəmirin səviyyəsini azaltmaq üçün bir-iki dəfə qan vermək kifayətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31