“İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” mövzusu istiqamətində MÜSABİQƏ
Azərbaycan Fotoqraflar Birliyi 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar olaraq, yazı və poster /foto müsabiqəsi elan edir. “Olaylar” bildirir ki, respublika səviyyəsində müsabiqəni təşkil etməkdə əsas məqsəd İslam həmrəyliyinə mədəni və dini müxtəlifliyin harmoniyası prizmasından yanaşaraq, məsələnin aktuallığını daha da artırmaq və bəşəri dəyərlərin bir daha üzə çıxarılmasına dəstək olmaqdır. Müsabiqədə iştirak etmək istəyənlər aşağıda göstərilmiş mövzulara və tələblərə uyğun olaraq yazı və poster/foto vəsaitlərini hazırlamalıdırlar: “Azərbaycan Həmrəylik nümunəsi kimi ”, “İslam elm tarixində Azərbaycan məktəbi”, “Yeni dünya çağırışları: Avropa və İslam”, “İslam mədəniyyəti və sivilizasiyalararası münasibətlər”, “Yeni dünya çağırışları: Azərbaycan və İslam”, “İslam və demokratiya: Tarix və Müasirlik”, “İslam həmrəyliyi: Dini və Mədəni müxtəlifliyin harmoniyası”, “İslam həmrəyliyi: Müasir çağırışlar və Dini maarifləndirmə”, “Heydər Əliyev irsi və İslam həmrəyliyi “, “İslam sivilizasiyası: müasir dini baxışlar və yeni dünya”, “İslam mədəniyyətində qadın”, “İslam və iqtisadi inkişaf” və “İslam Mədəniyyəti: Problemlər və Perspektivlər”.
1 Sentyabr 2017 11:38 MədəniyyətAzərbaycan Fotoqraflar Birliyi 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması ilə əlaqədar olaraq, yazı və poster /foto müsabiqəsi elan edir. "Olaylar" bildirir ki, respublika səviyyəsində müsabiqəni təşkil etməkdə əsas məqsəd İslam həmrəyliyinə mədəni və dini müxtəlifliyin harmoniyası prizmasından yanaşaraq, məsələnin aktuallığını daha da artırmaq və bəşəri dəyərlərin bir daha üzə çıxarılmasına dəstək olmaqdır. Müsabiqədə iştirak etmək istəyənlər aşağıda göstərilmiş mövzulara və tələblərə uyğun olaraq yazı və poster/foto vəsaitlərini hazırlamalıdırlar: "Azərbaycan Həmrəylik nümunəsi kimi ", "İslam elm tarixində Azərbaycan məktəbi", "Yeni dünya çağırışları: Avropa və İslam", "İslam mədəniyyəti və sivilizasiyalararası münasibətlər", "Yeni dünya çağırışları: Azərbaycan və İslam", "İslam və demokratiya: Tarix və Müasirlik", "İslam həmrəyliyi: Dini və Mədəni müxtəlifliyin harmoniyası", "İslam həmrəyliyi: Müasir çağırışlar və Dini maarifləndirmə", "Heydər Əliyev irsi və İslam həmrəyliyi ", "İslam sivilizasiyası: müasir dini baxışlar və yeni dünya", "İslam mədəniyyətində qadın", "İslam və iqtisadi inkişaf" və "İslam Mədəniyyəti: Problemlər və Perspektivlər".
Müsabiqəyə təqdim olunmuş yazılarda materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti, oxucu üçün informasiyalılıq dərəcəsi, cari vəziyyəti və nəticələri analiz etmək, statistik məlumatları analiz etmək, təkliflər irəli sürmək, dünya təcrübəsi ilə müqayisə və mənbələri qeyd etmək lazımdır.
Müsabiqədə hər kəs iştirak edə bilər. Hazırlanan məqalələr müsabiqəyə təqdim olunana qədər heç bir KİV-də dərc olunmamalı, məqalə 2000-8000 işarə həcmində olmalıdır.
Qeyd edək ki, Müsabiqə üçün təqdim ediləcək yazılar arasından 10 ən yaxşı yazı seçiləcək və hər qalibə 300 AZN, 5 ən yaxşı poster / foto seçiləcək və hər qalibə 200 AZN mükafat veriləcək. Qaliblər Münsiflər heyəti tərəfindən seçiləcək.
15 oktyabr müsabiqə materiallarının təqdim edilməsi üçün son tarixdi. Müsabiqə üçün hazırlanmış materiallar bu ünvana göndərilməlidir- [email protected] , [email protected]