Elektrik stansiyasına hücum
İraqın Salahəddin vilayətinin Samirə şəhərində terrorçu kamikadzelərin elektrik stansiyasına hücumu nəticəsində 15 nəfər həlak olub. Elektrik stansiyasına 7 terrorçu hücum edib. Onların hamısı atışma zamanı öldürülüb. Hücum zamanı təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı və elektrik stansiyasının 6 işçisi də həlak olub. Mənbənin məlumatına görə, təhlükəsizlik qüvvələrinə elektrik stansiyasına nəzarəti tam bərpa etmək mümkün olub.
2 Sentyabr 2017 22:40 Dünyaİraqın Salahəddin vilayətinin Samirə şəhərində terrorçu kamikadzelərin elektrik stansiyasına hücumu nəticəsində 15 nəfər həlak olub. Elektrik stansiyasına 7 terrorçu hücum edib. Onların hamısı atışma zamanı öldürülüb.
Hücum zamanı təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı və elektrik stansiyasının 6 işçisi də həlak olub. Mənbənin məlumatına görə, təhlükəsizlik qüvvələrinə elektrik stansiyasına nəzarəti tam bərpa etmək mümkün olub.
Hücum zamanı daha 9 nəfər yaralanıb.