“Kontrabas” V Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivalda ölkəmizi  Gənc Tamaşaçılar Teatrı təmsil edəcək. Teatrdan “Olaylar” – a  bildirilib ki, oktyabrın 25-dən 28-dək davam edəcək festivalda Əməkdar Artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” monotamaşası ilə səhnəyə çıxacaq. Səhnə əsəri oktyabrın 27-də təqdim olunacaq. Tamaşa indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında müxtəlif mükafatlara layiq görülüb.

Rusiyanın Nijnevartovsk şəhərində "Şimal görüşləri" V Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivalda ölkəmizi  Gənc Tamaşaçılar Teatrı təmsil edəcək.

Teatrdan "Olaylar" - a  bildirilib ki, oktyabrın 25-dən 28-dək davam edəcək festivalda Əməkdar Artist Şövqi Hüseynov Patrik Züskindin "Kontrabas" monotamaşası ilə səhnəyə çıxacaq. Səhnə əsəri oktyabrın 27-də təqdim olunacaq. Tamaşa indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında müxtəlif mükafatlara layiq görülüb.

Festivalda həmçinin Rusiya, Moldova, İtaliya, Fransa və digər ölkələrin də teatrları iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31