Məhəmmədrəsul Məcidov növbəti dəfə dünya çempionu oldu

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov karyerasında 3-cü dəfə dünya çempionu olub.  91 kq-dan yuxarı çəkidəki 31 yaşlı idmançı bu nailiyyətə Almaniyanın Hamburq şəhərində keçirilmiş mundialda imza atıb. Məcidov finalda qazaxıstanlı Kamşıbek Kunkabayevi yenib - 4:1. Bununla da Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 1 bürünc medalla başa vurub. Bürünc medala Kamran Şahsuvarlı (75 kq) sahib çıxıb.

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov karyerasında 3-cü dəfə dünya çempionu olub.

91 kq-dan yuxarı çəkidəki 31 yaşlı idmançı bu nailiyyətə Almaniyanın Hamburq şəhərində keçirilmiş mundialda imza atıb. Məcidov finalda qazaxıstanlı Kamşıbek Kunkabayevi yenib - 4:1. Bununla da Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 1 bürünc medalla başa vurub. Bürünc medala Kamran Şahsuvarlı (75 kq) sahib çıxıb.

Məhəmmədrəsul Məcidov daha əvvəl 2011 və 2013-cü illərdə dünya çempionu olub. Onun aktivində 2013-cü ildə Avropa çempionluğu, "Bakı 2015" I Avropa Oyunları və "Rio-2016" Yay Olimpiya Oyunlarında bürünc medal da var. goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31