Məşhur şair və tənqidçi vəfat etdi
Məşhur amerikalı şair Con Eşberi Nyu-York ştatının Hudzon şəhərində vəfat edib. “Olaylar” bildirir ki, 90 yaşlı şair evində ölü tapılıb. 1927-ci ildə Nyu-Yorkda dünyaya gələn Con Eşberi 1976-cı ildə "Pulitser" poeziyası mükafatına layiq görülüb və həmçinin ədəbiyyat üzrə Nobel mükafatı namizədi olub. Eşberi “Qabarıq şüşədəki avtoportretim” adlı şeirlər kitabına görə ABŞ Milli kitab mükafatını qazanıb.
5 Sentyabr 2017 11:53 DünyaMəşhur amerikalı şair Con Eşberi Nyu-York ştatının Hudzon şəhərində vəfat edib. "Olaylar" bildirir ki, 90 yaşlı şair evində ölü tapılıb. 1927-ci ildə Nyu-Yorkda dünyaya gələn Con Eşberi 1976-cı ildə "Pulitser" poeziyası mükafatına layiq görülüb və həmçinin ədəbiyyat üzrə Nobel mükafatı namizədi olub. Eşberi "Qabarıq şüşədəki avtoportretim" adlı şeirlər kitabına görə ABŞ Milli kitab mükafatını qazanıb.
Əsərləri dünyanın bir çox dillərinə çevrilən Eşberi şairliklə yanaşı tərcümə və ədəbi tənqidlə məşğul olur, ədəbiyyatdan dərs deyirdi. Onun məqalələri New York Magazine, Newsweek və New York Herald Tribune kimi mətbuat orqanlarında çap olunurdu.