Elçin Hüseynbəyli yazır... Zınqırovlu tabaq...

Sizi bilmirəm, amma mən yay tətilini ürəyim istəyən kimi keçirmişəm. Yox, nə Kanar adalarında olmuşam, nə Karlova Varıda (hərçənd oralar bizimkilər üçün çoxdan köhnəlib), heç yaxta üzü də görməmişəm. Amma elə maraqlı söhbətlər eşitmişəm ki, onların hamısını yola verər. Onların içində ən ürəyimə yatanı və bizim mentalitetə yaxını baməzə dostuma qonaq gəlmiş bir türk arxadaşı barədə olub. Dostum domino oynayarkən oyun arası mənə bunları danışdı. Mən də onları dübarə sizə nəql eləyim ki, sizin də dodağınız qaçsın.

Elçin Hüseynbəyli

Zınqırovlu tabaq...

...Bir türk arxadaşım bizə qonaq gəlmişdi. Bir neçə gün bizdə qaldı və günlərin bir günü nahar edərkən stolun üstündəki zınqırovu götürüb çaldım,, Cəlil Məmmədquluzadə demiş, ev adamını səslədim. O da gəldi və sanki məni anlayırmış kimi baş əyib:

-Əfəndim, bir istəyinizmi var? -deyə soruşdu.

Mən də ürəkləndim və:

-Var! - deyə bağırdım.

-Buyurun, əfəndim, -deyə xanım yenə də ədəb-ərkanla dedi.

-Get, bizə duz gətir!-deyə yenə də ötkəmlimklə çığırdım. Halbuki stolun üstündə duz da, istiot da vardı. Nəsə, gicliyim tutmuşdu, bəlkə də içkinin təsirindən idi. Həm də nəsə deməliydim, axı.

-Baş üstə!- Ev adamı belə dedi və mətbəxə getdi.

Duzu stolun üstünə qoyandan sonra yenə də baş əyib:

-Başqa bir buyruğunuz varmı? -deyə ədəblə mənə baxdı.

-Yox, -dedim, - dəf ol!

Xanım yenə də "baş üstə" deyib getdi.

Səhərisi günü şəhəri gəzməyə çıxmışdıq, türk arkadaşım sözlü adama oxşayırdı və bir azdan dili açıldı.

-Bak, qardaşım, -dedi, - bir söz desəm, rahatsız olmazsan, yəqin.

Təxmin elədim ki, söhbət dünənki əhvalatdan gedir, çünki özümüz də istəmədən arvadla bu oyunu qurmuşduq.

-Bak, qardaşım, -deyə təkrar elədi, -səninlə Dilarə xanım (yəni mənim arvadım) 30 il geridə qalmısınız. Aynan mənim annəmlə babam kimi.

-Anlayıram, -dedim.

-Onlar da 30 il əvvəl sizin kimiydilər, evdə erkəyin sözü keçirdi.

-Mən kişiyəm də, -dedim və sinəmə vurdum.

-Mən də onu deyirəm də, dünən gördüm. Amma mən öz xanımımla o tövr davransaydım, çörək tabağını çoxdan başıma keçirmişdi.

Mən güldüm. O da mənə qoşuldu. Amma bilmədi ki, elə bizlərdə də onlar kimidi. Əgər arvada yalandan yox, doğrudan da təpinsəydim, həmin gün olmasa da sonrakı günlər bazardan təzə tabaq almağa məcbur olacaqdım...

Sentyabrın əvvəli, 2017

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31