Qəbələdəki meşə yanğınlarının yaşayış məntəqələrinə təhlükəsi varmı? - İcra Hakimiyyətindən AÇIQLAMA

Qəbələ rayonu ərazisində davam edən meşə yanğını lokallaşdırılıb. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Abil Ağasəfov deyib. Qurum rəsmisi bildirib ki, sentyabrın 4-ü axşam saatlarında yanğının qarşısı alınıb: "Yanğın tam lokallaşdırılıb. Bu gün səhər saatlarından meşədə olan tüstülənmə sahələri tam nəzarətə götürülüb. Hazırda həmin ərazilər nəzarətdədir. Yanğının yenidən başlanması təhlükəsi yoxdur".

A.Ağasəfov deyib ki, meşə sahəsindəki yanğının yaşayış məntəqələrinə keçmə təhlükəsi də yoxdur, yanğın demək olar ki, söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov isə Trend-ə bildirib ki, Oğuz rasyonu ərazisindəki meşə yanğını tam söndürülsə də, Qəbələ rayonu ərazisindəki yanğının tam söndürülməsi barədə məlumat yoxdur, belə ki, ərazidə tüstülənmələr var, buna nəzarət olunur. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31