"Volkswagen Passat" 8 min manata özəlləşdirilib
Sentyabrın 5-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 1-i istifadəsiz qeyri yaşayış sahəsi, 6-sı isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir. Bu dəfə də nəqliyyat vasitələri üzrə hərrac rəqabətli mühitdə keçib. Belə ki, ilkin start qiyməti 6 min manata olan "Volkswagen Passat" markalı nəqliyyat vasitəsi 8 min manata özəlləşdirilib.
5 Sentyabr 2017 13:19 SosialSentyabrın 5-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 1-i istifadəsiz qeyri yaşayış sahəsi, 6-sı isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir. Bu dəfə də nəqliyyat vasitələri üzrə hərrac rəqabətli mühitdə keçib. Belə ki, ilkin start qiyməti 6 min manata olan "Volkswagen Passat" markalı nəqliyyat vasitəsi 8 min manata özəlləşdirilib. Həmçinin ilkin start qiyməti 1 705 manat olan "Chevrolet Niva" markalı avtomobilə ən son 3 min 500 manat təklif edilib. Hər iki avtomobilin buraxılış tarixi 2007-ci ildir. Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Xəzər rayonunda yerləşən 128 saylı mağaza olub. Həmin əmlakın torpaq ümumi faydalı sahəsi isə 100 kvadratmetrə yaxındır. Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən 3 kiçik dövlət müəssisəsindən 2-si paytaxtın Xəzər rayonunda digəri isə Səbaildə yerləşir. Özəlləşdirilən əmlaklar sahibləri üçün yaxşı gəlir gətirə bilər. Bakının Xəzər rayonunda yerləşən 102 saylı mağazanın fəaliyyətini yenidən bərpa etməklə mənfəətliliyi təmin etmək mümkündür. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 86 kvadratmetr təşkil edir. Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Sabunçu rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 28 kvadratmetrdən çoxdur.