Gündəm
Məşhur türk müğənni Bakıda toyda
Məşhur türk müğənni Simge Bakıda toyda iştirak edib. Müğənni paytaxtın məşhur şadlıq saraylarından birində çıxış edib. Bəy və gəlini təbrik edən müğənni hit mahnılarından bəzilərini səsləndirib.
Bilik Fondu Bilik Günündə 120 mühazirə təşkil etdi
Sentyabrın 15-də Bilik Fondunun təşkilatçılığı, Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “İslam Həmrəyliyi İli”nə və 15 sentyabr - Bilik gününə həsr edilmiş “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda Bilik Fondunun lektorlar qrupunun üzvləri olan tanınmış elm xadimləri, millət vəkilləri, jurnalistlər, Fondun yerlərdəki nümayəndələrinin ölkənin müxtəlif elm-təhsil müəssisələrində mühazirələri və maarifləndirici görüşləri təşkil olunub. “Olaylar” bildirir ki, mühazirələr ölkə üzrə ümumilikdə 120 idarə, müəssisə və təşkilatda – 15 ali məktəbdə, 34 orta ixtisas, 62 orta təhsil müəssisəsində, bundan başqa, 6 Bilik evində, Şəmkir Heydər Əliyev Mərkəzində, Binəqədi Gənclər Evində, İvanovka Mədəniyyət Evində keçirilib.
Müsabiqə qalibləri mükafatlandırılacaq
Sentyabrın 16-da İslam ölkələrinin gəncləri arasında keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” esse yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olacaq. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, müsabiqələrin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqaçtıların Azərbaycanı yaxından öyrənmələri və elmi-tədqiqat fəaliyyətlərini müəyyən etmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında 11 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən təsdiq edilmiş
Türkiyə aviasiyasının növbəti qrupu Azərbaycana gəlib
“TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə hərbi aviasiyasının növbəti qrupu Azərbaycana gəlib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,sentyabrın 18-dən 30-dək ölkəmizdə keçiriləcək təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.
Kompyuter oyunları üzrə gənclər arasında XI Azərbaycan Milli Çempionatı keçirilir
15-17 sentyabr 2017-ci il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə və təşkilati dəstəyi ilə Kompyuter Oyunları Milli Assosiasiyası tərəfindən Kompyuter oyunları üzrə gənclər arasında XI Azərbaycan Milli Çempionatının final mərhələsi keçiriləcək. “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən bildirilib ki, çempionatda Tekken 7 (1x1), HearthStone (1x1), Counter Strike: Global Offensive (5x5), DOTA 2 (5x5) və World of Tanks (7x7) növləri üzrə fərdi və komanda yarışları təşkil olunacaq. XI Milli Çempionatın mükafatçıları, cari ilin 8-12 noyabr tarixlərində Koreya Respublikasının Busan şəhərində keçiriləcək IX Dünya Çempionatı və 3-5 noyabr tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində təşkil olunacaq TNA Çağırış Kubokunda iştirak etmək hüququ qazanacaqlar. Kompyuter oyunları üzrə XI Milli çempionatın rayonlar üzrə seçmə mərhələləri ötən ay başa çatıb.
Binəqədidə Bilik Günü qeyd edilib
15 sentyabr 2017-ci il tarixdə Binəqədi rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, məktəbliləri təbrik etmək üçün 276 saylı tam orta məktəbdə keçirilən bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, 276 saylı məktəbin derektoru Bəhram Şiriyev, məktəbin müəllim və şagird heyəti iştirak ediblər. Öncə 276 saylı məktəbin direktoru Bəhram Şiriyev şagirdləri, müəllimləri və qonaqları salamladı. Daha sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov təhsil sahəsində şahidi olduğumuz nailiyyətlərin dövlət başçısı cənab İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlandığını vurğulayıb.
Atatürk Liseyi Türk dünyasına şərəflə xidmət edəcək
Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirə ümummilli liderHeydər Əliyevin və Mustafa Kamal Atatürkün, Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu TuranYazqanın, Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin və şəhidlərin xatirəsinin bir dəqiqəliksükutla yad edilməsi, həmçinin Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə start verilib.Sonra çıxış edən liseyin müdiri Hüseyn Demirel müəllim və şagirdləri 15 Sentyabr – Bilik günü və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Məktəbin rəhmətlik Turan Yazqanın bir yadigarı olduğunu deyən H.Demirel ötən dərs ilində qazanılan uğurlardan ətraflı bəhs edib.
Moldovalı musiqiçilər “Sən gəlməz oldun”, “Sənə də qalmaz” mahnılarını ifa etdilər
Beynəlxalq Muğam Mərkəzində “Etnik musiqi inciləri” beynəlxalq layihə çərçivəsində Moldova musiqiləri səsləndi. "Olaylar" bildirir ki, tədbir Moldovanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil edilmişdi və Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuşdu. Tədbirdə Moldovanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri George Leuka və Beynəlxalq Muğam Mərkəzinin direktoru, xalq artisti Murad Hüseynov çıxış ediblər. Konsertin bədii hissəsində Moldovanın Xalq artisti Konstantin Moskoviç (moldovan xalq çalğı aləti olan Nay (Pan Fllute)), Radu Talambuta (violin), Valentina Nejel (vokal), Dumitru Dubajiu (akkordeon), Vladimir Andrian (piano) səhnəyə çıxaraq öz ölkələrinə məxsus xalq mahnıları ilə yanaşı, həm də Azərbaycan musiqilərindən nümunələr səsləndirdilər.
Könülə qızıl hədiyyə etdilər
Müğənni Könül Kərimovaya həmkarı Nazənin ad günü sürprizi edib. Sənətçi özəl gününü rəfiqəsinin bağında keçirdiyini söyləyib: "Ayın 14-ü rəfiqəm Nazəninin oğlu Orxanın ad gününü qeyd etdik. Saatlar 00:00 göstərdiyi zaman isə Nazənin mənə sürpriz etdi. Üstündə mənim şəklim olan tort düzəltdirib, məni təbrik etdi. Eyni zamanda mənə ailəsinin adından qızıl qolbağı bağışladı. Bu diqqətə görə ona sonsuz təşəkkür edirəm". K.Kərimova bildirib ki, ola bilsin ki, yeni yaşını təmtəraqlı qeyd etsin:
Ukrayna - Azərbaycan oyununun vaxtı açıqlandı
17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin təqvimi açıqlanıb. 11-ci qrupda mübarizə aparacaq Azərbaycan yığmasının oyunlarının vaxtı dəqiqləşib. Millimizin çıxış etdiyi qrupun görüşləri Bolqarıstanda baş tutacaq. Komandamız ilk matçında İrlandiya ilə üz-üzə gələcək. II turda Ukrayna ilə qarşılaşacaq millimiz son turda meydan sahibləri ilə görüşəcək.
Yeni gül yetişdirildi
AMEA-da dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin adını daşıyan gül sortu yetişdirilib. AMEA-dan "Olaylar" -a verilən məlumata görə, Mərkəzi Nəbatət Bağının Çiçəkçilik laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərovun yetişdirdiyi yeni qızılgül sortu qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, AMEA-nın fəxri üzvü, Kaliforniya Universitetinin professoru olmuş dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin adını daşıyır.
Ukraynalı sənətçilər Opera və Balet Teatrında
Sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya Adolf Adanın “Jizel” baletinin tamaşası nümayiş olunacaq. "Olaylar" bildirir ki, klassik opera və balet tamaşalarına adlı-sanlı vokal və balet ulduzlarını dəvət etməklə tamaşaçıları sevindirməyə çalışan Teatr bu mövsümdə də öz faydalı ənənəsinə sadiqdir. Bu dəfə Bakı Teatrının qonaqları Ukraynalı sənətçilər - Tatyana Qolyakova və Sergey Dosenkodur. Y.Qolyakova tamaşada Jizel partiyasını ifa edəcəkdir. Tatyana Ukrayna Milli Operasının prima-balerinası, Ukraynanın Xalq artistidir, bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır.
Azərbaycan və Surinam maliyyə nazirləri arasında görüş keçirilib
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Bakıda səfərdə olan Surinam Respublikasının Maliyyə naziri Jilmor Hoefdrad arasında görüş keçirilib. Maliyyə Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Surinam Respublikasının maliyyə-iqtisadi vəziyyəti barədə məlumat verən J.Hoefdrad dünya əmtəə bazarlarında qiymətlərin enməsi nəticəsində ölkəsinin üzləşdiyi çətinliklərdən bəhs etmiş, bir sıra sahələrdə Azərbaycanın təcrübəsinin onlar üçün maraqlı olduğunu ifadə etmişdir.
Daşkənddə keçirilən seminarda Azərbaycan da iştirak edib
Özbəkistandakı “Özbəkistan-Azərbaycan” və Özbəkistan-Gürcüstan” Dostluq Cəmiyyətlərinin təşəbbüsü ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetində “Millətlərarası həmrəylik və tolerantlıq sabitliyin açarıdır” adlı seminar keçirilib. Tədbirdə bu cəmiyyətlərin rəhbərləri, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərləri və əməkdaşları, universitetin professor-müəllim heyəti, tələbələr iştirak edib. Seminarda “Müasir dünyada mədəniyyətlərarası dialoq”,”Özbəkistan multikultural cəmiyyətin bir üzvü kimi”,”Tolerantlıq və həmrəylik sabitliyin qarantı kimi” və digər mövzularda məruzələr dinlənilib.
Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi
Məktəbin təşkilatçı müəllimi "Bilik Günü" tədbiri üçün rəqs nümünəsi hazırlayıb və ona yardımçı olan sinif rəhbərlərindən biri rəqs üçün "Youtube"da Fikrət Əmirovun "Qarabağ inciləri" adı ilə verilmiş musiqidən istifadə edib. Bu sözləri Masazır qəsəbəsi 3 saylı tam orta məktəbin Uşaq birliyinin rəhbəri Elnarə İsmayılova bildirib. Onun sözlərinə görə, musiqinin ermənilərin olduğunu bilməyib: "Çünki mahnının adı Fikrət Əmirovun "Qarabağ inciləri" kimi qeyd olunmuşdu. Mətbuatda gedən xəbərlərdən də məlumatlıyıq". Birliyin rəhbəri əlavə edib ki, əgər musiqi, həqiqətən də, ermənilərindirsə, direktorumuz adından bütün Azərbaycan xalqından üzr istəyirik.


.jpg)











