Bilik Fondu Bilik Günündə 120 mühazirə təşkil etdi
Sentyabrın 15-də Bilik Fondunun təşkilatçılığı, Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “İslam Həmrəyliyi İli”nə və 15 sentyabr - Bilik gününə həsr edilmiş “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda Bilik Fondunun lektorlar qrupunun üzvləri olan tanınmış elm xadimləri, millət vəkilləri, jurnalistlər, Fondun yerlərdəki nümayəndələrinin ölkənin müxtəlif elm-təhsil müəssisələrində mühazirələri və maarifləndirici görüşləri təşkil olunub. “Olaylar” bildirir ki, mühazirələr ölkə üzrə ümumilikdə 120 idarə, müəssisə və təşkilatda – 15 ali məktəbdə, 34 orta ixtisas, 62 orta təhsil müəssisəsində, bundan başqa, 6 Bilik evində, Şəmkir Heydər Əliyev Mərkəzində, Binəqədi Gənclər Evində, İvanovka Mədəniyyət Evində keçirilib.
15 Sentyabr 2017 17:40 SosialSentyabrın 15-də Bilik Fondunun təşkilatçılığı, Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "İslam Həmrəyliyi İli"nə və 15 sentyabr - Bilik gününə həsr edilmiş "Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir" mövzusunda Bilik Fondunun lektorlar qrupunun üzvləri olan tanınmış elm xadimləri, millət vəkilləri, jurnalistlər, Fondun yerlərdəki nümayəndələrinin ölkənin müxtəlif elm-təhsil müəssisələrində mühazirələri və maarifləndirici görüşləri təşkil olunub.
"Olaylar" bildirir ki, mühazirələr ölkə üzrə ümumilikdə 120 idarə, müəssisə və təşkilatda - 15 ali məktəbdə, 34 orta ixtisas, 62 orta təhsil müəssisəsində, bundan başqa, 6 Bilik evində, Şəmkir Heydər Əliyev Mərkəzində, Binəqədi Gənclər Evində, İvanovka Mədəniyyət Evində keçirilib.
Ölkənin müxtəlif bölgələrini əhatə edən tədbirə 111 mühazirəçi - 9 millət vəkili, AMEA-nın 10 institutundan 22 alim və tədqiqatçı, 9 ali məktəbin 14 müəllimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, tanınmış jurnalistlər cəlb olunublar. Auditoriyalar və sinif otaqlarında AMEA-nın 5 həqiqi və müxbir üzvü, 14 professor və elmlər doktoru, 24 dosent və fəlsəfə doktoru tədris ilinin ilk günündə gənclərlə görüşüblər. Bununla yanaşı, ilk dəfə olaraq, Bilik Fondunun 51 yerli nümayəndəsi bölgə məktəblərində maarifləndirici görüşlər keçiriblər.