Könülə qızıl hədiyyə etdilər
Müğənni Könül Kərimovaya həmkarı Nazənin ad günü sürprizi edib. Sənətçi özəl gününü rəfiqəsinin bağında keçirdiyini söyləyib: "Ayın 14-ü rəfiqəm Nazəninin oğlu Orxanın ad gününü qeyd etdik. Saatlar 00:00 göstərdiyi zaman isə Nazənin mənə sürpriz etdi. Üstündə mənim şəklim olan tort düzəltdirib, məni təbrik etdi. Eyni zamanda mənə ailəsinin adından qızıl qolbağı bağışladı. Bu diqqətə görə ona sonsuz təşəkkür edirəm". K.Kərimova bildirib ki, ola bilsin ki, yeni yaşını təmtəraqlı qeyd etsin:
15 Sentyabr 2017 17:17 MədəniyyətMüğənni Könül Kərimovaya həmkarı Nazənin ad günü sürprizi edib.
Sənətçi özəl gününü rəfiqəsinin bağında keçirdiyini söyləyib:
"Ayın 14-ü rəfiqəm Nazəninin oğlu Orxanın ad gününü qeyd etdik. Saatlar 00:00 göstərdiyi zaman isə Nazənin mənə sürpriz etdi. Üstündə mənim şəklim olan tort düzəltdirib, məni təbrik etdi. Eyni zamanda mənə ailəsinin adından qızıl qolbağı bağışladı. Bu diqqətə görə ona sonsuz təşəkkür edirəm".
K.Kərimova bildirib ki, ola bilsin ki, yeni yaşını təmtəraqlı qeyd etsin:
"Ola bilər 1 günün içində bütün dostlarıma zəng edim ki, ad günü keçirirəm. Hələ düşünürəm. Mənim bu həyatda hələ ki, gerçəkləşməyən bir arzum var. O arzumu hələ açıqlamıram. Zamanı gələndə hər şeyi biləcəksiniz. Allah hər kəsin arzusunu çin etsin, bizimlə bərabər".
Lent.az