Moldovalı musiqiçilər “Sən gəlməz oldun”, “Sənə də qalmaz” mahnılarını ifa etdilər
Beynəlxalq Muğam Mərkəzində “Etnik musiqi inciləri” beynəlxalq layihə çərçivəsində Moldova musiqiləri səsləndi. "Olaylar" bildirir ki, tədbir Moldovanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil edilmişdi və Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuşdu. Tədbirdə Moldovanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri George Leuka və Beynəlxalq Muğam Mərkəzinin direktoru, xalq artisti Murad Hüseynov çıxış ediblər. Konsertin bədii hissəsində Moldovanın Xalq artisti Konstantin Moskoviç (moldovan xalq çalğı aləti olan Nay (Pan Fllute)), Radu Talambuta (violin), Valentina Nejel (vokal), Dumitru Dubajiu (akkordeon), Vladimir Andrian (piano) səhnəyə çıxaraq öz ölkələrinə məxsus xalq mahnıları ilə yanaşı, həm də Azərbaycan musiqilərindən nümunələr səsləndirdilər.
15 Sentyabr 2017 17:33 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində "Etnik musiqi inciləri" beynəlxalq layihə çərçivəsində Moldova musiqiləri səsləndi. "Olaylar" bildirir ki, tədbir Moldovanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil edilmişdi və Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuşdu. Tədbirdə Moldovanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri George Leuka və Beynəlxalq Muğam Mərkəzinin direktoru, xalq artisti Murad Hüseynov çıxış ediblər.
Konsertin bədii hissəsində Moldovanın Xalq artisti Konstantin Moskoviç (moldovan xalq çalğı aləti olan Nay (Pan Fllute)), Radu Talambuta (violin), Valentina Nejel (vokal), Dumitru Dubajiu (akkordeon), Vladimir Andrian (piano) səhnəyə çıxaraq öz ölkələrinə məxsus xalq mahnıları ilə yanaşı, həm də Azərbaycan musiqilərindən nümunələr səsləndirdilər.
Azərbaycanın Əməkdar artisti Şirzad Fətəliyev Azərbaycan folklor musiqisinin ən önəmli nəfəs çalğı aləti olan balabanda Azərbaycan və Moldavan xalq musiqilərindən nümunələr ifa etdi. Moldovan musiqiçilərinin ifasında səslənən "Sən gəlməz oldun", "Sənə də qalmaz" kimi bəstəkar mahnıları səsləndirilib. Valentina Nejelin ifasında Azərbaycan xalq mahnısı "Laçın" tamaşaçılar tərəfindən hərarətlə alqışlandı.
Tədbirdə ölkəmizdə akkreditasiya olunmuş səfirliklərin nümayəndələri, ziyalılar və moldovan musiqisinin pərəstişkarları iştirak edirdilər.