Kompyuter oyunları üzrə gənclər arasında XI Azərbaycan Milli Çempionatı keçirilir

15-17 sentyabr 2017-ci il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə və təşkilati dəstəyi ilə Kompyuter Oyunları Milli Assosiasiyası tərəfindən Kompyuter oyunları üzrə gənclər arasında XI Azərbaycan Milli Çempionatının final mərhələsi keçiriləcək. “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən bildirilib ki, çempionatda Tekken 7 (1x1), HearthStone (1x1), Counter Strike: Global Offensive (5x5), DOTA 2 (5x5) və World of Tanks (7x7) növləri üzrə fərdi və komanda yarışları təşkil olunacaq. XI Milli Çempionatın mükafatçıları, cari ilin 8-12 noyabr tarixlərində Koreya Respublikasının Busan şəhərində keçiriləcək IX Dünya Çempionatı və 3-5 noyabr tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində təşkil olunacaq TNA Çağırış Kubokunda iştirak etmək hüququ qazanacaqlar. Kompyuter oyunları üzrə XI Milli çempionatın rayonlar üzrə seçmə mərhələləri ötən ay başa çatıb.

15-17 sentyabr 2017-ci il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə və təşkilati dəstəyi ilə Kompyuter Oyunları Milli Assosiasiyası tərəfindən Kompyuter oyunları üzrə gənclər arasında XI Azərbaycan Milli Çempionatının final mərhələsi keçiriləcək. "OLAYLAR"-a GİN-in mətbuat katibliyindən bildirilib ki, çempionatda Tekken 7 (1x1), HearthStone (1x1), Counter Strike: Global Offensive (5x5), DOTA 2 (5x5) və World of Tanks (7x7) növləri üzrə fərdi və komanda yarışları təşkil olunacaq. XI Milli Çempionatın mükafatçıları, cari ilin 8-12 noyabr tarixlərində Koreya Respublikasının Busan şəhərində keçiriləcək IX Dünya Çempionatı və 3-5 noyabr tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində təşkil olunacaq TNA Çağırış Kubokunda iştirak etmək hüququ qazanacaqlar. Kompyuter oyunları üzrə XI Milli çempionatın rayonlar üzrə seçmə mərhələləri ötən ay başa çatıb. Final mərhələsinə Bakı şəhəri, Ağdaş, Astara, Biləsuvar, Daşkəsən, Füzuli, Gəncə, Goranboy, İsmayıllı, Qax, Qusar, Laçın, Mingəçevir, Naftalan, Oğuz, Siyəzən, Sumqayıt, Şəki, Şirvan, Tovuz, Zaqatala və Zərdabı təmsil edən komanda və fərdi iştirakçılar vəsiqə qazanıb. Ümumilikdə seçmə yarışlarında 2 mindən artıq kompyuter oyunları həvəskarı iştirak edib. Kompyuter oyunları üzrə gənclər arasında XI Azərbaycan Milli Çempionatının final mərhələsinin oyunları 15-17 oktyabr 2017-ci il tarixlərdə "Park İnn" mehmanxanasının "Dan Ulduzu" zalında baş tutacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31