Müsabiqə qalibləri mükafatlandırılacaq

Sentyabrın 16-da İslam ölkələrinin gəncləri arasında keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” esse yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olacaq. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, müsabiqələrin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqaçtıların Azərbaycanı yaxından öyrənmələri və elmi-tədqiqat fəaliyyətlərini müəyyən etmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaqdır.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında 11 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən təsdiq edilmiş

Sentyabrın 16-da İslam ölkələrinin gəncləri arasında keçirilmiş "Mən Azərbaycan haqqında nə bilirəm?" esse yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olacaq. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki,

müsabiqələrin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqaçtıların Azərbaycanı yaxından öyrənmələri və elmi-tədqiqat fəaliyyətlərini müəyyən etmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaqdır.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında 11 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən təsdiq edilmiş Tədbrilər Planına  uyğun olaraq bu il müsabiqə yalnız islam ölkələri arasında keçirilib. Müsabiqənin yekunu olaraq Albaniya, Bosniya-Herseqovina, İndoneziya, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Misir, Özbəkistan, Pakistan, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkiyədən olan qaliblərin 14-26 sentyabr 2017-ci il tarixlərdə Azərbaycana səfəri planlaşdırılıb. Səfər çərçivəsində müsabiqə qaliblərinə Azərbaycanı daha da yaxından tanımalarına və öyrənmələrinə şərait yaradılacaq. Səfər çərçivəsində qaliblər Gənclər və İdman Nazirliyinin xüsusi diplomları və hədiyyələri ilə mükafatlandırılacaqlar. Proqrama əsasən qaliblər Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzində, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda, Qala Arxeoloji - Etnoqrafik Muzeyində, Qobustan Tarixi-Etnoqrafik və Bədii Qoruğunda, Azərbaycan Tarix Muzeyində, Lətif Kərimov adına Dövlət Xalçaçılıq Muzeyində, İsmayıllının Lahıc kəndində, İsmayıllıda, Qəbələdə, Şəkidə və s. yerlərdə olacaq Aərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olacaqlar. 

Qeyd edək ki, 2011-ci ildən başlayaraq Gənclər və İdman Nazirliyinin və Xarici İşlər Nazirliyinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq xarici ölklərin gəncləri arasında "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda esse yazı müsabiqələri keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31