Atatürk Liseyi Türk dünyasına şərəflə xidmət edəcək
Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirə ümummilli liderHeydər Əliyevin və Mustafa Kamal Atatürkün, Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu TuranYazqanın, Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin və şəhidlərin xatirəsinin bir dəqiqəliksükutla yad edilməsi, həmçinin Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə start verilib.Sonra çıxış edən liseyin müdiri Hüseyn Demirel müəllim və şagirdləri 15 Sentyabr – Bilik günü və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Məktəbin rəhmətlik Turan Yazqanın bir yadigarı olduğunu deyən H.Demirel ötən dərs ilində qazanılan uğurlardan ətraflı bəhs edib.
15 Sentyabr 2017 17:35 SosialTürk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirə ümummilli liderHeydər Əliyevin və Mustafa Kamal Atatürkün, Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu TuranYazqanın, Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin və şəhidlərin xatirəsinin bir dəqiqəliksükutla yad edilməsi, həmçinin Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə start verilib.Sonra çıxış edən liseyin müdiri Hüseyn Demirelmüəllim və şagirdləri 15 Sentyabr - Bilik günü və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Məktəbin rəhmətlik Turan Yazqanın bir yadigarı olduğunu deyən H.Demirel ötən dərs ilində qazanılan uğurlardan ətraflı bəhs edib. O da qeyd olunub ki, 2017-2018-ci tədris ilində Bakı Atatürk Liseyində 82 şagird birinci sinfə gedəcək. Mərasimdə çıxış edən Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan"Rəhmətlik Turan Yazqan hocamız Bakı Atatürk Liseyinə xüsusi bir önəm verirdi. O, Bakı Atatürk Liseyindən "göz bəbəyim" deyə bəhs edirdi. K.Yazqan bu il fəaliyyətə başlanmasının 25-ci ilönümü qeyd olunan liseyin bundan sonra da Azərbaycana və Türk dünyasına şərəflə xidmət edəcəyini söyləyib: "Bakı Atatürk Liseyi ötən 25 il ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi və bundan sonra da gəlməyə, milli düşüncəli, ölkəsinə, xalqına, Türk dünyasına yararlı gəncləri yetişdirməyə davam edəcək. Mən fürsətdən istifadə edib liseyimizin müəllim və şagird kollektivini təbrik edirəm". Daha sonra çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Müşfiq Kərimli rayon rəhbərliyi adından məktəbin müəllim və şagird kollektivini təbrik edib, rayonda təhsil sahəsində görülən işlərdən danışıb. Məktəbin müəllimi Sabir Alim, İlhamə Məmmədova, Mərvə Altıbarmak və başqaları çıxış edərək təhsilimizə göstərilən dövlət qayğısından bəhs edib, müəllim və şagirdlərə təhsildə nailiyyətlər arzulayıblar. Tədbir liseyin şagirdlərin hazırladıqları bədii proqramla davam edib.