Gündəm

Bərzani Kərkükdən sonra Naxçıvanı da istədi

16 Sentyabr 2017 14:41

Referendum keçirtməyə hazırlaşan kürd lideri Bərzani Kərkükdən sonra Naxçıvana iddialıdır. Kürdlərin  rəsmi telekanalı olan Rudav Tv yayımlanan “Kürdüstan” xəritəsində Azərbaycan ərazisi olan Naxçıvan Muxtar Respublikası Kürdüstan ərazisi kimi göstərilib.

17 il yerin altında qalmış şaxtaçı SAĞ TAPILDI – ŞOK TƏFƏRRÜAT

16 Sentyabr 2017 14:39

17 il əvvəl Çinin qərbində, Rixter cədvəli ilə 7.8 ballıq güclü zəlzələ nəticəsində 118 şaxtaçının işlədiyi şaxta tamamilə dağılmışdı. Xilasedicilər o vaxt 117 şaxtaçını ölü olaraq da olsa tapa bilmişdilər. Yalnız 1 nəfər tapılmamışdı. İşlə bağlı yenidən axtarışa başlayan hökumət nümayəndələri itkin düşən şaxtaçını təsadüfən aşkar ediblər. O, 17 il ölümcül tələnin içərisində sağ qalmağı bacarıb. 59 yaşlı xilas edilmiş şaxtaçı - Çunq Vai, olduqca acınacaqlı vəziyyətdə idi. O, ən yaxın xəstəxanaya çatdırılıb və hazırda həkimlər onun fiziki və psixi vəziyyətini qiymətləndirirlər.

Yeni fəxri ad təsis ediləcək

16 Sentyabr 2017 12:10

Azərbaycanda yeni fəxri ad təsis ediləcək. Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda Gənclər və İdman Nazirliyinə gələn il üçün ölkədə “Gənclər siyasəti sahəsinin Fəxri İşçisi” adının təsis edilməsi tapşırılıb.

Atalığı 9 yaşlı uşağa işgəncə verdi, anası isə evdən qovdu: Bakıda ŞOK OLAY

16 Sentyabr 2017 12:08

Polis əməkdaşları paytaxtın “20 Yanvar” metrostansiyası ərazisində zorakılığa məruz qalan 9 yaşlı uşaq tapıb. Həmin uşaq Azərbaycan Uşaqlar Birliyinin sığınacağına verilib. Bu barədə Birliyin sədir Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, 9-10 yaşlı uşağı metro polisi aşkar edib. “O, diləndirilməyib, ev geyimində olub. İlkin adlı bu uşaq nitq və əqli baxımdan qüsurludur. Onunla ilk söhbətimizdə anasının onu evdən qovduğunu və ona görə küçədə olduğunu deyib. Onun boğazında zorakılıq izləri var. Araşdırmamıza görə anası uşağın atası ilə ayrılıb. Başqa bir kişi ilə qeyri-rəsmi nikahda yaşayır. Uşağın boğazındakı zorakılıq izlərinin də məhz ögey atası tərəfindən edildiyini güman edirik. Uşağın dediyinə görə ailənin tək övladıdır”.

Dünyanın ən yaşlı sakini vəfat etdi

16 Sentyabr 2017 11:58

Dünyanın ən yaşlı sakini Vayolet Mosse-Braun vəfat edib. Bu barədə Yamayka baş naziri Endryu Holness özünün “Twitter” səhifəsində yazıb. Yamaykalı V. Mosse-Braunun 117 yaşı olub. Bu ilin aprelin 15-dən V. Mosse-Braun dünyanın ən yaşlı sakini sayılır. Qadın həmçinin Yamaykanın ilk uzun ömürlü sakini hesab olunur.

“Maqomayev böyük sənətkar idi, amma aktyor kimi uğurlu olmadı” –  Danışan fotolar

16 Sentyabr 2017 11:55

Adil İsgəndərovun qəbuluna düşüb, “Azərbaycanfilm” kinostudiyasında işə başladığı gündən çox illər ötüb. Bu illər ərzində yaddaşlara əbədi həkk olunan tarixi obrazlar yaradıb, tamaşaçıların heç də birmənalı qarşılamadığı mənfi rollar oynamağa cəsarət edib, hətta ən xırda rolu belə oynamaqdan çəkinməyib. Bir şərtlə ki, o rolun da tamaşaçıya ötürəcəyi bir mesajı, bir yükü olsun. Biz də doğma mühitdən uzaqlaşmaq istəmədik, bir halda ki, söhbətimizin əsas hissəsi məhz bura aiddirsə... Görüşümüz elə kinostudiyanın həyətində baş tutdu. Beləliklə, ”Danışan fotolar”ın budəfəki qəhrəmanı xalq artisti, kinomuzun Nəsimisi, Babəki, Beyrəyi, Cavidi, Mirzə Fətəli Axundzadəsi Rasim Balayevdir.

Magistraturada yeni ixtisas yaradılacaq

16 Sentyabr 2017 09:22

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatına yeni ixtisas əlavə ediləcək. Bu, Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 16-da imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.

Şəmkirdə 34 yaşlı kişi quyuya düşərək öldü

16 Sentyabr 2017 09:20

Şəmkirdə bədbəxt hadisə baş verib. Şəmkir rayonunda 1 nəfər su quyusuna yıxılaraq köməksiz vəziyyətdə qalıb. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq dərinliyi 10 metr olan quyudan 1983-cü il təvəllüdlü Allahverdiyev Vasif Şahin oğlunun meyitini çıxararaq  aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:13-də başa çatıb.

Harri Din Stenton vəfat etdi

16 Sentyabr 2017 09:18

“Xaç atası”, “İsa Məsihin son tamahı”, “Paris,Texas”, “Özgə”  filmlərdə rol alan məşhur Hollivud aktyoru Harri Din Stenton 92 yaşında vəfat edib. Onun Los-Anceles klinikalarının birində vəfat etdiyi bildirilir.  Aktyorun ölüm səbəbi açıqlanmır.

"Mələyin öpüşü" təqdim edildi

16 Sentyabr 2017 09:12

Rejissoru Əsgər Əli Hacızadə, quruluşçu operatoru Elman Əliyev, ssenari müəllifləri Əlibəy Məmmədli, Əsgər Əli Hacızadə, Süleyman Süleymanzadə olan "Mələyin öpüşü" filminin Nizami Kino Mərkəzində qala-gecəsi keçirilib. Səhnə əsərində Xalq Artisti Fuad Poladov, Elşad Xose, Oksana Rəsulova, Münəvvər Əliyeva, Nizar Məmmədov, Təranə Əliyeva, Şəhriyar Əbilov, Şamil Süleymanlı və digər aktyorlar rol alıblar. Film bu gündən etibarən kinoteatrlarda tamaşaçıların ixtiyarına verilir.

Azərbaycanın səfiri ABŞ-ın nüfuzlu radio verilişinin qonağı olub

16 Sentyabr 2017 09:08

ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb. Sözügedən radio verilişinə həmçinin ABŞ-da ən nüfuzlu yəhudi liderlərindən biri hesab olunan Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının sədr müavini və baş icraçı direktoru Malkolm Honlayn da qatılıb. Səfirlikdən “Olaylar” – a bildirilib ki, müsahibə zamanı səfir E.Süleymanov 14 sentyabr tarixində Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından danışıb. O, bu imkanın 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və strateji baxışı sayəsində imzalanmış və onun adı ilə bağlı olan “Əsrin müqaviləsi” nəticəsində yarandığını və yeni sazişin 2050-ci ilədək uzadılmasının bir daha Azərbaycanın etibarlı tərəfdaş olmasının göstərici olduğunu vurğuladı.

“Pa-pa”  beynəlxalq festivalda

16 Sentyabr 2017 09:02

Sentyabrın 17-dən 24-dək Gürcüstanın Batumi şəhərində “International Art-House” XII Beynəlxalq Film Festivalı keçiriləcək. Festivala gənc rejissor Azər Quliyevin “Pa-pa” qısametrajlı bədii filmi rəsmi dəvət alıb. Həmçinin tələbə Ərturan Nəcəf “Səs” filmi ilə festivala qatılacaq. Gənc rejissorların filmləri müsabiqə proqramında nümayiş olunacaq. Qeyd edək ki, Azər Quliyevin filmi bundan əvvəl Avrasiya Beynəlxalq Film Festivalının müsabiqə proqramında yer almışdı. Ərturan Nəcəfin “Səs” filmi isə onun diplom işidir.

“YARAT”da "Nar bağı"

16 Sentyabr 2017 08:58

Sentyabrın 19-da “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor İlqar Nəcəfin "Nar bağı" filmi təqdim ediləcək. Ekran əsərinin nümayişindən sonra filmin yaradıcı heyəti ilə görüş keçiriləcək. Filmin nümayişində hər kəs iştirak edə bilər. Film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan ekran əsəri 2017-ci ildə ərsəyə gəlib. “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Bir mahnının sirri - Fikrət Əmirov, yoxsa Ara Gevorqyan?

15 Sentyabr 2017 17:53

Bu gün ölkənin bütün məktəblərində dərs ilinin başlanması xüsusi tədbirlərlə qeyd olunsa da, Masazırda yerləşən 3 saylı məktəbdə baş verən hadisə valideynlərin narazılığına səbəb olub. Övladı 1-ci sinifə gedən valideynlərdən biri sosial şəbəkədə məktəbdə açılış mərasimi zamanı şagirdlərin erməni bəstəkarı Ara Gevorqyanın "Artsax" əsəri ilə xüsusi rəqs kompozisiyası təqdim etdiyini bildirib. Buna görə məktəb rəhbərliyinə etiraz olunub. Lakin həmin mahnının Fikrət Əmirovun "Qarabağ mirvarisi" adlı əsəri olduğu iddia olunub. Sözügedən mübahisəli məsələ ilə bağlı Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi ilə əlaqə saxlanılıb.

MEK-də Qafqaz İslam Ordusuna həsr olunmuş filmin təqdimatı keçirilib

15 Sentyabr 2017 17:50

AMEA Mərkəzi Elmi Kitabxanasında Əməkdar incəsənət xadimi Ziya Şıxlınskinin Qafqaz İslam Ordusuna həsr olunmuş “Yazılsın tarixə bir qızıl xətlə” sənədli filminin təqdimatı keçirilib. “Olaylar” bildirir ki, film 1918-ci ildə Azərbaycanın və paytaxt Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinə həsr olunub. Filmin əsas məqsədi Azərbaycan və Türkiyənin hər zaman biri-birinin yanında olduğunu çatdırmaqdır. Azərbaycan türkləri Çanaqqalada, Anadolu türkləri Azərbaycanın müstəqilliyi uğrunda döyüşlərdə biri-birinin ağır günlərində həmişə köməyə gəlmiş, on minlərlə şəhid qurban vermiş, əsl qardaşlığın necə olduğunu göstərmişlər. 1918-ci ilin mart ayında Türk ordusu generalı Nuru Paşanın rəhbərlik etdiyi hərbi qüvvələr Gəncədən Bakıya qədər böyük qurbanlar hesabına Azərbaycan Demokratik Respublikasının müdafiəsinə gəldilər. Filmdə general Əliağa Şıxlinskinin Azərbaycan korpusunun formalaşdırması, rəhbərlik etdiyi ordu hissələrinin türk hərbi qüvvələri ilə birləşməsi və Azərbaycan Demokratik Respublikasının paytaxtının Gəncə şəhərindən Bakıya köçürülməsi sənədlər əsasında göstərilir.