Gündəm

ADMİU İsrail Universiteti ilə əməkdaşlıq edəcək

18 Sentyabr 2017 09:20

Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva İsrailin Ben Qurion Universitetinin əməkdaşı, həmyerlimiz Aleks Geftler ilə görüşüb. “Olaylar” bildirir ki, görüş maraqlı bir (“Dream doctors”) layihənin təklifi ilə bağlı olub. Belə ki, İsrail və ABŞ-da  ağır patologiyası olan uşaqları xəstəxanada həftənin müəyyən günlərində klounlar əyləndirir. Bunun üçün onlara (klounlara) xüsusi kurslarda təlimlər keçirlər. Qonaq belə bir layihənin ADMİU ilə birgə Azərbaycanda da reallaşdırmağı təklif edib və layihənin video çarxını nümayiş etdirib. Universitetin rektoru bu maraqlı, humanist layihəni çox bəyəndiyini, məmnuniyyətlə onun reallaşması üçün əlindən gələn köməkliyi edəcəyini, tələbələrimizin də belə həssas bir işdə könüllü şəkildə iştirak edəcəyini vurğulayıb.

Bakıya ölüm gətirən yağlar - Sağlamlığımız TƏHLÜKƏdə

17 Sentyabr 2017 12:14

Kütləvi istehslak edilən bitki yağları xərçəng, infarkt və görmə problemlərinə səbəb olur Bu ilin əvvəlindən Bakı supermarketlərində kərə yağı 70 faizə qədər bahalaşıb və nəticədə Azərbaycanda kərə yağının onsuz da normadan 8 dəfəyədək aşağı olan istehlakı bir qədər də azalıb. Əsas bahalaşma avqust ayında baş verib. Məsələn, avqustda Zelandiya yağının kiloqramı əvvəlcə 14 manatdan 16 manata, daha sonra isə 18 manata qalxıb. Halbuki, 2017-ci ilin əvvəllərində bu yağın kiloqramı 12 manat ətrafında dəyişirdi. Devalvasiyadan əvvəl isə 6, 5-7 manat arasında dəyişirdi.

Azərbaycanın 6 gün dövlət başçısı olan xanım kimdir?

17 Sentyabr 2017 12:12

Cəmi 6 gün Azərbaycanın dövlət başçısı olub:  9-15 sentyabr, 1920-ci il… Yelena Stasova –  Milliyyətcə rusdur. Ölkəni idarə edəndə  47 yaşı varmış. Sələfi: Viktor Naneyşvili, xələfi: Vladimir Dumbadze… Yelena Dmitriyevna Stasova (ləqəbləri: Absolyut, Varvara İvanovna, Quşa, Delnaya, Delta, Zelma, Gerta) 3 oktyabr 1873-cü ildə Sankt-Peterburqda dünyaya gəlib. Rusiya və SSRİ-nin siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri olub, Sosialist Əməyi Qəhrəmanı idi. (1960)

Terror XƏBƏRDARLIĞI

17 Sentyabr 2017 12:09

Fransa milli polisinin baş idarəsi bütün Avropada dəmir yollarında terror təhlükəsi barədə məlumat verib. İdarənin məxfi sənədində terrorçuların meşə yanğınları təşkil etməyi və yeyinti məhsullarını zəhərləməyi haqqında da planlarının olduğu deyilir.

Yeni nazir təyin olundu

17 Sentyabr 2017 12:06

Türkiyənin dini işlər naziri postuna təyinat olub. Bununla bağlı Türkiyə Nazirlər Kabinetinin qərarı bu gün "Resmi Gazete"-də dərc edilib. Qərara əsasən professor Ali Erbaş dini işlər naziri təyin edilib. Qeyd edək ki, A. Erbaş 2011-ci ildə Dini İşlər Nazirliyinin Təhsil xidmətləri şöbəsinin müdiri, 8 iyun 2017-ci ildə isə Yalova Universitetinin rektoru təyin edilib.

Futbolçu meydançada güllələnərək öldürüldü

17 Sentyabr 2017 12:03

Çernoqoriya çempionatının oyunun zamanı futbolçu qətlə yetirilib. Hadisə dünən baş verib. "Vokel" klubunun qapıçısı Qoran Lenats naməlum şəxs tərəfindən stadionda güllələnib. Qatil əvvəlcə havaya atəş açaraq ətrafdakı insanların qaçmasına səbəb olub. Daha sonra isə meydana daxil olaraq Qoran Lenatsa atəş açıb. 33 yaşlı qolkiper xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan xalqına saxta tarix təqdim edilib

16 Sentyabr 2017 20:32

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu İrəvan xanlığının tarixinə dair 4 adda broşürü ərsəyə gətirib

Azərbaycanda yeni kanal açılacaq

16 Sentyabr 2017 17:48

Azərbaycanda gənclər kanalı açılacaq. Bu barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda qeyd edilib. Proqramda internet televiziyası məkanında gənclər kanalının yaradılması Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə tapşırılıb.

Aşıq Ədalətin oğlu atasına Fəxri Xiyabanda yer verilməməsindən danışdı

16 Sentyabr 2017 17:45

“Atamı vəsiyyətinə uyğun dəfn elədik”. Bunu mərhum ustad Aşıq Ədalətin oğlu Hekayət Nəsibov bildirib. O, qeyd edib ki, Aşıq Ədalətin Fəxri Xiyabanda dəfn olunması ilə bağlı ailəyə hər hansı təklif olunmayıb: “Fəxri Xiyabanda atama yer verilmədiyi haqda heç nə deyə bilmərəm. Açığı bizə heç bu barədə hər hansı təklif də olunmayıb. Əgər belə bir təklif olunsaydı, biz ona razılaşmayacaqdıq. Belə məsləhət bildik ki, atamı Qazax rayonunda dəfn edək”.

Metroda sərnişinin üstündən qumbara çıxdı

16 Sentyabr 2017 17:42

Ukraynanın paytaxtı Kiyevdə metroda şübhəli sərnişinin üzərinə baxış keçirilib. 22 yaşlı şəxsin üzərindən RGD-5 qumbarası, üç tüstü bombası və iki səsboğucu tapılıb. Saxlanılan şəxs silah-sursatın bir hissəsini tapdığını, digər hissəsini isə internetdən sifariş etdiyini deyib.

“Bir ömrə bərabər məktəb illəri”

16 Sentyabr 2017 17:41

Oktyabrın 8-də Heydər Əliyev adına Respublika Sarayında “Bir ömrə bərabər məktəb illəri” adlı musiqili-əyləncəli konsert proqramı təqdim olunacaq. "Olaylar" bildirir ki, uşaqların marağına səbəb olacaq konsertdə milli və müasir rəqslər, vətənpərvərlik mövzusunda mahnılar və şeirlər, muğam və aşıq ifaları, rəngarəng çıxışlar və digər sürprizlər gözlənilir.

Azərbaycanlıya BMT-də yüksək vəzifə verildi

16 Sentyabr 2017 15:15

"ATƏT-də 10 illik fəaliyyətimi başa vuraraq, avqust ayından etibarən BMT-də çalışmağa başlamışam". Bunu bir müddət əvvəl ATƏT-in Vyanadakı Baş ofisində mətbuat xidmətinin əməkdaşı vəzifəsində çalışmış Rəşad Hüseynov sosial şəbəkədə paylaşıb. R.Hüseynov bundan sonra BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə təmsilçisi kimi (National Information Officer, UN Department of Public Information) fəaliyyət göstərəcəyini yazıb: "Media və vətəndaş cəmiyyəti təşkilatları ilə faydalı əməkdaşlıq edəcəyimə ümid edirəm".

“Aşka Gəldik” tamaşaçılara təqdim edilləcək

16 Sentyabr 2017 15:13

Azərbaycan və Türkiyə birgə istehsalı olan “Aşka Gəldik” komediya filmi yaxın günlərdə tamaşaçılara təqdim olunacaq. “Olaylar” bildirir ki, filmin rejissoru Məhərrəm Özabat, prodüsseri Həmdi Bor, ssenari müəllifi isə Həsən Əliyevdi.  Filmdə əsas obrazları Mətn Yıldız və Şənər Kökkaya canlandırıblar. Fimdə azerbaycanlı aktyor Fərda Xudaverdiyev də rol alıb. 

Cim Kerri yeni serialda

16 Sentyabr 2017 15:06

Kanadalı aktyor  Cim Kerri  ekranlara  geri döndü.  “Olaylar” bildirir ki, məşhur  aktyor yeni  serial üçün Showtime ilə razılığa gəlib. Cim Kerri   “Kidding” adlı serialda Jeffi obrazını  canlandıracaq. Məlumata əsasən, Jeff uşaqlar üçün xarakterik  bir obrazdı. Serialın rejissoru Michel Gondrdi.  Onlar daha öncə “Sil başdan” filmində birgə çalışıblar.