Yeni nazir təyin olundu
Türkiyənin dini işlər naziri postuna təyinat olub. Bununla bağlı Türkiyə Nazirlər Kabinetinin qərarı bu gün "Resmi Gazete"-də dərc edilib. Qərara əsasən professor Ali Erbaş dini işlər naziri təyin edilib. Qeyd edək ki, A. Erbaş 2011-ci ildə Dini İşlər Nazirliyinin Təhsil xidmətləri şöbəsinin müdiri, 8 iyun 2017-ci ildə isə Yalova Universitetinin rektoru təyin edilib.
17 Sentyabr 2017 12:06 DünyaTürkiyənin dini işlər naziri postuna təyinat olub. Bununla bağlı Türkiyə Nazirlər Kabinetinin qərarı bu gün "Resmi Gazete"-də dərc edilib. Qərara əsasən professor Ali Erbaş dini işlər naziri təyin edilib.
Qeyd edək ki, A. Erbaş 2011-ci ildə Dini İşlər Nazirliyinin Təhsil xidmətləri şöbəsinin müdiri, 8 iyun 2017-ci ildə isə Yalova Universitetinin rektoru təyin edilib.
Xatırladaq ki, Türkiyənin dini işlər naziri Mehmet Görməz avqustun 4-də istefa verib.