Gündəm
Azərbaycan qızıl istehsalını üçqat artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3934,5 kq qızıl istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, 2016-cı ilin 8 ayı ilə müqayisədə 3 dəfə çoxdur. Nəticədə bu ilin sentyabrın 1-nə 0,03 kq hazır məhsul ehtiyatı yaranıb. Bu ilin 8 ayı ərzində ölkədə 213,6 kq gümüş istehsal edilib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 15,5% azdır. Nəticədə bu ilin sentyabrın 1-nə 0,01 kq hazır məhsul ehtiyatı yaranıb.
Azərbaycanda “TurAz Qartalı - 2017” təlimləri başlayıb
Sentyabrın 18-dən ölkəmizdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri başlayıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, sentyabrın 30-dək davam edəcək təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.
8 cinayətkar həlak oldu
Meksikanın Qerrero ştatında hərbi formalı cinayətkarla polis arasında atışma silahlı insident yaşanıb. Yerli hakimiyyət orqanları xəbərinə görə hadisə zamanı 9 nəfər həlak olub. Cinayətkarlar polisə Teloloapan bələdiyyəsində patrul apardığı zaman hücum ediblər. Nəticədə 8 cinayətkar və bir hərbiçi həlak olub.
Düşmən 118 dəfə atəşkəs rejimini pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Dovex, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli kəndlərində, Berd rayonunun Ayqepar, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşığı əks etdirməyən planet aşkarlanıb
Kanadadakı Makgil Universitetinin alimləri Günəş sisteminin xaricində işığı əks etdirməyən səthə malik “qara” planet aşkarladıqlarını açıqlayıblar. Teylor Bellin rəhbərlik etdiyi astronomlar qrupu həmin planetə “WASP-12b” adını veriblər. T.Bellin sözlərinə görə, “WASP-12b” Günəş sisteminin ən böyük planeti olan Yupiterdən iki dəfə böyükdür. Ətrafında fırlandığı ulduza çox yaxın olduğu üçün bu planetin birillik dövriyyəsi dünyanın birgünlük hərəkətinə bərabərdir.
Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür
Bu gün dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günüdür. Dahi bəstəkar 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində doğulub. Kənd mirzəsi ailəsində doğulan Üzeyirin valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Ü.Hacıbəylinin musiqi tərbiyəsinə müstəsna təsir göstərib. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olub. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Dünyagörüşünün formalaşmasında seminariya kifayət qədər rol oynayıb.
Millət vəkili: Çox gözəl bir gün yaşadıq
Çox gözəl bir gün yaşadıq. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu” möhtəşəm keçdi. Azərbaycanın qədim tarixə sahib Gəncə şəhəri “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edən ilk şəhər oldu və möhtəşəm ev sahibliyi etdi. Bu sözləri millət vəkili Qənirə Paşayeva ötən gün təşkil edilən Gəncə Marafonu-2017 haqda qeyd edib. Millət vəkili tədbirin təşkilatçılarına - Heydər Əliyev Fondu, Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə Şəhər İcra Hakimiyyətinə təşəkkür edib:
Yaponiyada qasırğa nəticəsində 1 nəfər ölüb, 35 nəfər xəsarət alıb
Yaponiyanın qərb və cənub-qərb bölgələrində baş verən “Talim” qasırğa nəticəsində 1 nəfər ölüb, 35 nəfər xəsarət alıb. Daha 3 nəfərin itkin düşdüyü bildirilir. İlkin məlumata əsasən, Küsü və Sikoku adalarında daşqınlar və torpaq sürüşmələri qeydə alınıb, onlarla yaşayış evi su altında qalıb. Təbii fəlakətlə əlaqədar hava limanlarında 262 uçuş ləğv edilib.
“Mən Azərbaycan haqqında nə bilirəm” yazı müsabiqəsinin qalibləri Bakıdadır
Özbəkistandakı səfirliyimiz və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə “Mən Azərbaycan haqqında nə bilirəm” yazı müsabiqəsinə yekun vurulub. Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi İli” elan olunması ilə bağlı Prezidenti İlham Əliyevin 11 yanvar 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş müvafiq Tədbirlər Planında islam ölkələri arasında “Mən Azərbaycan haqqında nə bilirəm” yazı müsabiqəsinin keçirilməsi də nəzərdə tutulub. Bununla əlaqədar Gənclər və İdman Nazirliyinin layihəsi ilə İslam ölkələrinin gəncləri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” adlı yazı müsabiqəsinin qaliblərinin Azərbaycana səfəri reallaşdırılır.
Venesuela Prezidenti: "Mən həqiqətən də Stalinə oxşayıram"
Venesuela Prezidenti Nikolas Maduro hesab edir ki, onunla İosif Stalin arasında oxşarlıq var. Dövlət başçısı bu bəyanatla Venesuela telekanalında canlı yayımda çıxış edib.
Modelin 18 yaşındakı şəklini görən əri onu məhkəməyə verir
Model Ebru Şancını həyat yoldaşı sosial şəbəkə hesabından 18 yaşında çəkilmiş şəklini paylaşıb. Qeyd edək ki, cazibədar model 2015-ci ilin sentyabr ayında Belçikada futbolçu Alpaslan Öztürkə ərə gedib. Ebru xarici görünüşündəki dəyişikliklə bağlı yumoristik bir qeyd yazıb: "18 yaşındakı şəklimi görən ərim fırıldaqçılıq etdiyimi düşünərək məni məhkəməyə veir".
Tillerson və Lavrov görüşdü
ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Serqey Lavrov Nyu-Yorkda görüş keçirib. Amerikanın təşəbbüsü ilə BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində keçirilən görüş 45 dəqiqə davam edib. Ehtimal olunur ki, görüşdə Suriya məsələsi, Ukraynadakı vəziyyət, KXDR-nın raketləri işə salması və iki ölkə arasındakı digər problemlər müzakirə olunub. Rusiyanın BMT-dəki daimi nümayəndəliyində keçirilən görüş mətbuata qapalı keçirilib.
İlham Əliyev xanımı ilə birgə Amerikaya getdi
Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə səfərə gediblər.
Sarayda yeni layihə
Sentyabrın 23 –də Heydər Əliyev adına Respublika Sarayında daha bir yeni layihə təqdim ediləcək. “Olaylar” bildirir ki, . “Məşhurlar və övladları” adlı konsert ilk dəfə keçiriləcək. Layihədə Respublikanın Xalq artistləri Gülyaz Məmmədova, Fidan Hacıyeva, Şəfiqə Eyvazova, Zümrüd Məmmədova, Əməkdar İncəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Elza Seyidcahan, Lalə Məmmədova, Yadigar Muradov, tanınmış müğənnilər Aşıq Zülfiyyə, Rüfət Axundov, Emil Bədəlov, Elxan Qaraxanoğlu, Eldəniz Məmmədov, Kəmalə Nəsibova, Rəna Talıbova və övladları iştirak edəcəklər.
Türkiyədə güclü zəlzələ
Türkiyədə 4.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Ege ərazisində qeydə alınıb. Təkanlar yerli vaxtla 17:29-da olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.













.jpg)
