Gündəm

Aviareyslər təxirə salındı

18 Sentyabr 2017 12:03

Yeni Zelandiyanın Oklend şəhərində yanacaq borusunda sızma səbəbindən onlarla aviareys təxirə salınıb. Qazmaçı fəhlələrdən biri iş görərkən hava limanına gedən yeganə benzin borusunu zədələyib. Bundan sonra "Refining New Zealand" neft emalı zavodunun işçiləri boruda sızma aşkar ediblər.

Xalq artisti vəfat etdi

18 Sentyabr 2017 12:00

SSRİ xalq artisti, tanınmış müğənni Zurab Sotkilava vəfat edib. Bu barədə Böyük Teatrın baş direktoru Vladimir Urin məlumat verib. O bildirib ki, Z.Sotkilava ağır xəstəlikdən əziyyət çəkib.  Z. Sotkilava 80 yaşında vəfat edib.

Amerikalı dizaynerin HİCABLI kolleksiyası tənqid olundu

18 Sentyabr 2017 11:58

Məşhur dizayner Mark Ceykobsun Nyu-York moda həftəsi çərçivəsində nümayiş olunan hicab kolleksiyası tənqid olunub. Amerikalı dizaynerin yeni kolleksiyası hicab modelləri ilə diqqət çəkib. Amerikalı dəb ustasının 2018-ci ilin yaz və yay ayları üçün hazırladığı dəfilədə tropik və ərəbsayağı fasonlar üstünlük təşkil edib. Kolleksiyada çiçək naxışları və parıltılı parçalar, yaylıq, hicab və ekzotik tərzdə baş bağlama fasonları yer alıb. Podiuma başı örtülü çıxan qızlar arasında əslən livanlı olan məşhur Cici və Bella Hadid bacıları da olub. Oların rəngbərəng dəstlərini ərəb qadınlarını xatırladan pişik gözü makiyajı tamamlayıb. Lakin dünya şöhrətli dizaynerin kolleksiyası tənqidlə qarşılanıb. Makr Ceykobs təndiqlərə cavab olaraq bunları söyləyib:

Qaliblər mükafatlandırıldı

18 Sentyabr 2017 11:53

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində “Bakı Foto 2017” fotomüsabiqəsinin iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib. Tədbir çərçivəsində qonaqlar müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə beş nominasiya üzrə qalib gəlmiş fotoqrafların əsərləri təqdim edilib: “İçərişəhər: Dünən, bu gün”, “Portret”, “Təbiət”, “Tədbirlər” və “Bədii fotoşəkil”.

Çimərlik voleybolu çempionatı keçiriləcək

18 Sentyabr 2017 11:52

Sentyabr ayının 19-u Su İdmanı sarayında Çimərlik voleybolu keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, çempionat Azərbaycan Volleybol Federasiyası və Mədəniyyət Televiziya kanalının dəstəyi ilə təşkil ediləcək. Çempionatda tanınmış ulduzlar professional idmançılar ilə birlikdə birincilik uğrunda mübarizə aparacaqlar. Çempionatın iştirakçıları Zamiq Hüseynov, Xəyyam Mustafazadə,Sərxan Bünyadov, Fuad Musayev, Mirələm Mirələmov və Azad Şabanov olacaq.

"Başqaları qələt edir" - Nigardan bikinili paylaşım

18 Sentyabr 2017 11:45

"Eurovision 2011" qalibi Nigar Camal sosial şəbəkədəki videosu ilə diqqət çəkib. Müğənni çimərlik geyimində görüntüsünü paylaşaraq, heç kimin tənqidinə önəm vermədiyini bildirb: "Əslində, insan ətrafa qarşı qulağını tutub, gözünü yumduğu zaman xoşbəxtdir. Kiminsə dediklərinə, düşündüklərinə fikir verməyəcəksən. İnsan, sadəcə, gördüyü qədər və öz düşüncəsinə görə sizi mühakimə edəcək. Yaşayın, sevin və xoşbəxt olun. Həyat çox qısadır. Sadəcə, yaşayarkən başqalarını incitməyin.

İftixar Piriyev, Samiraldo və Samir Bağırov

18 Sentyabr 2017 11:43

Bir neçə gündür ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, teatrın direktoru İftixar Piriyev və orada baş verənlər haqqında yazmayan sayt qalmayıb. İlk yazı dərc edilən gündən İftixar Piriyev başlayıb itdən, pişikdən yazmağa. Statuslarda bircə "hav-hav" yazmağı qalıb. Yəqin 2-3 yazıdan sonra onu da yazar.  Biz ondan yazırıq, o da özünü müdafiə etmək əvəzinə itdən, pişikdən döşəyir. Doğrusu, özü demişkən "Vikipedia"sına baxdım, sonra "google"-da axtarış verdim ki, bəlkə nə vaxtsa zooparkda çalışıb, amma belə bir məlumata rast gəlmədim. Niyə məhz özü demişkən? Çünki hələ teatrın baş rejissoru olmuş Oruc Qurbanovun onun barəsində yazdıqları barədə Piriyevdən açıqlama alarkən demişdi ki, mənim barəmdə hər şey "vikipedia" və "google"-da var. Yəni, bu adam 57 yaşına gəlib çatıb. Hələ də ağlı kəsmir ki, həmin mənbələrdə istənilən şəxs haqqında istənilən məlumatı dərc etmək olar. Məsələn, elə it-pişik haqqında yazdığı yazıları da.

Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqe eyni vaxtda ABŞ, Rusiya və İranın müqaviməti ilə üzləşib

18 Sentyabr 2017 11:30

Dağlıq Qarabağ tənzimlənməsində unikal vəziyyət yaranıb. Tarixdə ilk dəfə olaraq Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqe ABŞ, Rusiya və İranın müqaviməti ilə üzləşib. İran Ermənistanla münasibətlərdə yeni strategiya hazırlayıb. Dağlıq Qarabağ münaqişəsi tənzimlənmədən İranın Ermənistanla əlaqəli yeni strategiyasının reallaşması mümkün deyil. İran isə öz strategiyasının qəbulundan ötrü Ermənistana təzyiqlər edir və təzyiqlər effektsiz deyil. Amma daha ciddi proseslər ABŞ və Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində baş verir. Bunların Dağlıq Qarabağ məsələsində öz aralarında fikir ayrılığının olmadığını dəfələrlə bəyan etsələr də reallıqda ciddi rəqabət özünü göstərir.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin istefa xəbəri yayıldı

18 Sentyabr 2017 11:21

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyanın təcili istefası barədə şayiələri təkzib edib. Bu gün jurnalistlərə açıqlamasında Movses Akopyan bəyan edib ki, yayılan şayiələr həqiqətə uyğun deyil. Qeyd edək ki, KİV-də yazılan məlumatlara əsasən Movses Akopyan tezliklə istefaya göndəriləcək.

Səfir ölkədən qovuldu

18 Sentyabr 2017 11:18

Küveyt Şimali Koreya səfirliyindəki diplomatik nümayəndəliyin müvəqqəti işlər vəkili vəzifəsi ilə əvəz edilməsini və işçi sayının azaldılmasını tələb edib. Bu barədə Küveyt Xarici İşlər Nazirliyi məlumat yayıb. Qərardan sonra Şimali Koreyanın ölkədəki səfiri So Çan Skinin yaxın günlərdə ölkədən çıxacağı bildirilib. Sözügedən qərarın BMT Təhlükəsizlik Şurasının 2321 saylı qətnaməsinə əsasən, Şimali Koreyanın nüvə sınağına cavab olaraq atıldığı vurğulanıb. Küveyt rəsmiləri məsələ ilə bağlı açıqlama yaymayıb.

Liviya sahillərində 3 mindən çox miqrant xilas edildi

18 Sentyabr 2017 11:15

Liviya sahil mühafizəsi qüvvələri tərəfindən son həftə ərzində ölkənin şimal-qərb keçirilən xilasetmə əməliyyatları zamanı sahillərində 3 mindən çox miqrantı xilas ediblər. Sahil mühafizəsi qüvvələri tərəfindən keçirilən 9 əməliyyat nəticəsində ümumilikdə 2082 nəfər xilas edilib. Daha 3 əməliyyat nəticəsində 1047 xilas edilib.

Azərbaycanlı aparıcının ailəsində ağır itki

18 Sentyabr 2017 11:12

Aparıcı Samir Bayramlının ailəsində ağır itki üz verib. Aparıcının atası dünyasını dəyişib. Samirə sənət dostları baş sağlığı veriblər. Allah rəhmət eləsin!

Polis tələbəni güllələdi

18 Sentyabr 2017 11:10

ABŞ-ın Corciya ştatında 21 yaşlı tələbə Skaut Şults əlindəki bıçağı yerə atmaqdan imtina etdiyinə görə polis tərəfindən güllələnib. Atlanta şəhər polisinə Corciyanın Texnologiya İnstitutunun şəhərciyi ərazisində silahlı gəncin olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əlində bıçaq olan tələbəni aşkarlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Şultsdan bıçağı yerə atmağı tələb ediblər. Lakin tələbə onlara tərəf hərəkət edib. Polis bir neçə xəbərdarlıqdan sonra tələbəni güllələyib. Xəsarət almış Şults xəstəxanada ölüb. Ştatın Təhqiqat Bürosu faktla bağlı araşdırma aparır.

Azərbaycan millisi İtaliya yığması ilə qarşılaşıb

18 Sentyabr 2017 11:07

Avropa çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçına çıxıb. Faiq Qarayevin yetirmələri Bakıda təlim-məşq toplanışı keçən İtaliya millisi ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 3:2 (10:25, 25:15, 19:25, 29:27, 17:15) hesablı qələbəsi ilə yekunlaşıb.

Yanacağa görə vergi yenidən qaldırılır

18 Sentyabr 2017 11:06

Rusiya hökuməti yanacağa görə aksiz vergisinin yenidən artırılmasını planlaşdırır. Qiymət artımı iki mərhələdə – yanvarın 1-dən və iyulun 1-dən 50 qəpik həyata keçiriləcək. Bu, ilkin qərar olsa da, dəyişdiriləcəyi güman edilmir.