Polis tələbəni güllələdi
ABŞ-ın Corciya ştatında 21 yaşlı tələbə Skaut Şults əlindəki bıçağı yerə atmaqdan imtina etdiyinə görə polis tərəfindən güllələnib. Atlanta şəhər polisinə Corciyanın Texnologiya İnstitutunun şəhərciyi ərazisində silahlı gəncin olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əlində bıçaq olan tələbəni aşkarlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Şultsdan bıçağı yerə atmağı tələb ediblər. Lakin tələbə onlara tərəf hərəkət edib. Polis bir neçə xəbərdarlıqdan sonra tələbəni güllələyib. Xəsarət almış Şults xəstəxanada ölüb. Ştatın Təhqiqat Bürosu faktla bağlı araşdırma aparır.
18 Sentyabr 2017 11:10 DünyaABŞ-ın Corciya ştatında 21 yaşlı tələbə Skaut Şults əlindəki bıçağı yerə atmaqdan imtina etdiyinə görə polis tərəfindən güllələnib. Atlanta şəhər polisinə Corciyanın Texnologiya İnstitutunun şəhərciyi ərazisində silahlı gəncin olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əlində bıçaq olan tələbəni aşkarlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Şultsdan bıçağı yerə atmağı tələb ediblər. Lakin tələbə onlara tərəf hərəkət edib. Polis bir neçə xəbərdarlıqdan sonra tələbəni güllələyib. Xəsarət almış Şults xəstəxanada ölüb. Ştatın Təhqiqat Bürosu faktla bağlı araşdırma aparır.