Gündəm

Daha 149 dövlət əmlakı hərraca çıxarılır

18 Sentyabr 2017 12:36

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə oktyabrın 17-də keçiriləcək növbəti hərracda vətəndaşlara və potensial investorlara 149 dövlət əmlakı təklif olunur. Komitədən “Olaylar”a  verilən məlumata görə, hərracda özəlləşməyə çıxarılan 149 dövlət əmlakından 43-ü kiçik dövlət müəssisə və obyekti, 78-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 8-i isə nəqliyyat vasitələridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Bərdə Kərpic”, “Tərtər Konserv”, “Azərmetalinvest“, “Oğuz Kəndkimya”, “Çatal Broyler“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

İsa Həbibbəyli: Komitə üzvləri məhsuldar işləyiblər

18 Sentyabr 2017 12:34

“Komitəmizin yaz sessiyasındakı fəaliyyəti uğurlu olub. Komitəmizin üzvləri həmin dövrdə çox məhsuldar işləyiblər”.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin sentyabrın 18-də keçirilən iclasında akademik, adıçəkilən komitənin sədri İsa Həbibbəyli deyib. O, ötən sessiyada komitənin 6 iclasının keçirildiyini, bir sıra mühüm sənədlərin müzakirə olunduğunu deyərək xatırladıb ki, həmin dövrdə ən uğurlu iş “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin qəbul olunması və onun ölkə Prezidenti tərəfindən imzalanaraq, hüquqi qüvvəyə minməsi olub.“Bu, çox vacib qanundur və Azərbaycan təhsilinə böyük töhfə verəcək”-deyə, komitə sədri sonra deyib.

Çayxana və mağaza külə dönüb

18 Sentyabr 2017 12:33

Sabirabad rayonu, Suqovuşan kəndində ümumi sahəsi 18 m2 olan ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları və mağazaya bitişik ümumi sahəsi 78 m2 olan çayxananın yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, yanğın saat 07:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Digər bir yanğın hadisəsi isə Sumqayıt şəhərində baş verib. Belə ki, ümumi sahəsi 1500 m2 olan polimer istehsalı sexinin ərazisində 40 m2 sahədə polimer tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Minlərlə insanın həyatı bahasına aparılan enerji resursları mübarizəsi

18 Sentyabr 2017 12:31

Son həftələr dünyanın diqqəti Myammaya yönəlib. Kütləvi şəkildə müsəlmanlaın soyqırıma məruz qalmasını dünyanın səssiz müşahidə etməsi bu soyqırımın miqyasını daha da genişləndirir. Bu gün məhdud sayda ölkələr Myammadakı soyqırımın dərhal durdurulmasını tələb edir, bu ölkədən qaçqın düşən minlərlə insana humanitar yardım göstərir. Təbii ki, Azərbaycan və Türkiyə də bu ölkələr sırasında yer alır. Düzdür, son bir neçə gündə kütləvi qətliamlara bir qədər ara verilsə də, lakin problem hələ də tam həll edilməmiş qalır. Bir çoxları Myamma soyqırımının da arxasında Qərbin dayandığı qənaətindədir. Siyasi təhlilçi Vüqar Zifəroğlu deyir ki, istər Myanmada olsun, istərsə də müsəlmanların kompakt yaşadığı dünyanın hər hansı bir nöqtəsində, əgər geosiyasi və geoiqtisadi maraqlar toqquşursa o zaman yaşananların dəhşətindən və qətliamların miqyasından asılı olmayaraq münasibət təbii ki, kifayət qədər soyuq və ikitərəfli olur.

İqtisadi tərəqqidə kiçik və orta sahibkarlığın rolu

18 Sentyabr 2017 12:28

Az investisiya ilə daha çox istehsala nail olmağın yolları Ölkə başçısı İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi təsdiq edilib. Maraqlıdır ötən müddət ərzində sözügedən yil xəritəsinin icrası kiçik və orta sahibkarlığın inkişafına nhansı töhvəsini verəcək? Əvvala qeyd edək ki, Azərbaycanda kiçik və orta sahibkarlığın (bundan sonra – KOS) inkişafı iqtisadiyyatın diversifikasiyası, rəqabətqabiliyyətliliyinin artırılması, məşğulluğun təmin edilməsi, istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənilməsi və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, inkişaf etmiş ölkələrdə KOS-un ÜDM və məşğulluqdakı xüsusi çəkisinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, Azərbaycanda da davamlı iqtisadi inkişafın təmin edilməsində KOS-un əsas hərəkətverici amilə çevrilməsi qarşıda duran əsas çağırışlardandır. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” ölkə iqtisadiyyatında rəqabətqabiliyyətliliyin, inklüzivliyin və dayanıqlılığın təmin olunması istiqamətində bütün ölkə üzrə həyata keçirilən tədbirlərin bir hissəsi olaraq hazırlanmışdır.

Adam... Elçin Hüseynbəyli yazır

18 Sentyabr 2017 12:26

(Anar üçün) ...Söhbət uzaqdan başlayıb yaxına gəlir. -Deyirsən yəni heç nəyi yoxdu?! – diqqətlə və sualedici nəzərlə, bir az da çasqınlıqla soruşur. Ancaq bu çaşqınlıq bir oyundu. Dərhal duyuram. -Var,- deyirəm, -necə yəni yoxdu? Əsərləri, övladları, vəzifəsi... Gülümsünür. Şeytani təbəssüm üzündən çəkilmir. -Sən düzəlmədin ki, düzəlmədin, -deyir və yenidən eyhamla gülür. -Düz deyirəm, onun sən deyən mənada heç nəyi yoxdur.

AMEA-nı hədəf götürənlər

18 Sentyabr 2017 12:23

Alimlərimizin ixtiraları niyə dünyaya təbliğ edilmir? Son illər Azərbaycan Milli Elmlər Akademiyasında çalışan alimlərin, elm adamlarının bu sahəyə samballı töhfələr vermədiyi, heç bi ciddi elmi nəticələrin ortaya qoyulmadığı ilə bağlı müəyyən iddialar, fikirlər səsləndirilir. Hətta bir çoxları AMEA-da bu səbəbdən ciddi ixtisarlar aparılmasının zəruriliyi vurğulanır, müxtəlif təşəbbüslər, təkliflər səsləndirilir. Məsələ ilə bağlı fikirlərini bölüşənsiyasi elmlər üzrə fəlsəfə doktorudur. AMEA Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyevin sözlərinə görə, bu gün sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının əleyhinə statuslar yazanlar bilmədən danışırlar ki, orda alimlər işləmirlər. Dünya elminə mühüm töhfə verən ixtira və kəşflərdən bir neçəsini xatırladan Zau Əliyev deyib ki, bildi, bilmədi danışanlar bundan nəticə çıxarmalıdırlar: “Azərbaycanda yeganə sahədir ki, AMEA-da əmək haqqın çox-çox aşağıdır. Bu aşağı əmək haqqı ilə orda belə işlər görürlərsə buna da şükür.

Lapşinin növbəti Azərbaycan təxribatı 

18 Sentyabr 2017 12:20

Fırıldaqçı blogger yenə Bakını hədəf seçdi Aleksandr Lapşin yenidən gündəm yaratmaq eşqinə düşüb. Səfil, tüfeyli həyat tərzinə öyrənən bu fırıldaqçı blogger ölkə qanunlarını pozduğuna görə həbs olunub bir neçə ay türmə həyatı yaşasa da, görünür hələ də ağıllanmayıb. Məlumat üçün qeyd edək ki, avara, səfil kimi dolaşmağa öyrəncəli olan Lapşin bir neçə aylıq həbsxana həyatına tab gətirməyərək özünə sui-qəsd etməyə cəhd göstərmişdi. Beynəlxalq səviyyədə təxribatçı və fırıldaqçı kimi tanınan Lapşinin özünü öldürəcəyi və bunun Azərbaycana heç də fayda gətirməyəcəyini nəzərə alan rəsmi Bakı onun azad edilməsi qərarını verdi. Və beləliklə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir daha humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirərək Lapşini əfv etdi. Əfv ediləndən dərhal sonra dövlət başçısına yazılı şəkildə təşəkkürünü ifadə edən Lapşin bu vaxta qədər etdiyi qələtlərə görə də üzr istədi. Beləliklə, Aleksandr Lapşin çoxərli arvad kimi vətəndaşı olduğu ölkələrdən birinə, İsrailə təhvil verildi.

Əmək bazarı sürətlə dəyişir

18 Sentyabr 2017 12:18

İşçilərin hüquqlarının müdafiəsi yeni yanaşma tələb edir Hazırda dünyada əmək münasibətlərinin dəyişməsi prosesi gedir. Xüsusilə, dünya bazarında neftin qiymətdən düşməsi iş yerlərinin qıtlığına səbəb olub. İşsizlik, iş yerlərində diskriminasiya daha  çox gəncləri və qadınları əhatə etməkdədir. Gənclər arasında işsizlik, qadın əməyinin  ödənilməsindəki fərq yüksək səviyyədədir. Qadınların karyerasında diskriminasiya get-gedə artır, qərar qəbul edən orqanların işində qadınların iştirakı azalır. Eləcə də dünyada tüğyan edən miqrasiya prosesi əmək miqrantlarının sosial hüquqlarının müdafiəsini labüd edir. Belə halda əməyin məhsuldarlığının artırılması, əmək bazarında işçilərin vəziyyətinin daha da sabitləşməsini təmin etmək tələbata çevrilir. Maraqlıdır, Azərbaycanda bu istiqamətdə hansl işlər görülür?

"Ümumi təhsil haqqında” qanun layihəsi hazırlanacaq 

18 Sentyabr 2017 12:15

Milli Məclisin payız sessiyası dövründə “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanun layihələrinin hazırlanması məsələsi gündəliyə salınacaq. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib. İ.Həbibbəyli bildirib ki, parlamentin payız sessiyası dövründə “Peşə təhsili haqqında” qanun layihəsinin birinci oxunuş üçün plenar iclasın müzakirəsinə çıxarılması nəzərdə tutulur: "Layihə birinci oxunuşdan keçdikdən sonra “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün də işçi qrupu yaradılacaq və layihənin hazırlanması üçün materiallar toplanılacaq.

DAA prezidenti Gürcüstan azərbaycanlılarına müraciət etdi

18 Sentyabr 2017 12:15

Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev Gürcüstan azərbaycanlılarına müraciət edib. DAA-dan “OLAYLAR”-a daxil olan müraciətdə qeyd edilib ki, seçki hər ölkənin taleyində rol oynayacaq ciddi və tarixi marafondur. Bu hadisə ölkənin, xalqın, millətin taleyini həll edir və gələcəyə baxışını formalaşdırır. Bu hadisələrdən biri də bu yaxında Gürcüstanda baş verəcəkdir. Kiməsə elə gəlməsin ki , biz qonşu və dost Gürcüstanın daxili işlərinə qarışır, daxili siyasi çəkişmələrdə tərəf tuturuq. DAA ilk yarandığı gündən dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin məsələlərinə önəm verəcəyini bəyan etmişdi. Məhz bu baxımdan Gürcüstan azərbaycanlılarının məsələsi, Borçalılı qardaş və bacılarımızın problemlərinin bizim üçün 3-cü , 4-cü məsələ olmadığını xüsusi həssaslıqla vurğulamaq istəyirəm. Qeyd etdiyim kimi , Gürcüstanda Marneuli bölgəsi xüsusi, vacib və bizim üçün həssas bölgədir. Bu bölgədə yüz minlərlə həmyerlimiz yaşayır və işləyir. Aldığım məlumatlara görə təəssüff ki , illərdir bu bölgəyə rəhbərlik edənlər həmyerlilərimizin problemini köklü şəkildə həll edə bilməyiblər.

Diplomatik xidmət keçənlərə əlavə imkanlar yaradılır

18 Sentyabr 2017 12:14

“Diplomatik xidnət haqqında” qanuna dəyişiklik edilir. Məlumata görə, dəyişikliyə əsasən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara göndərilə bilərlər. Həmçinin diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət oraqnlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər öz razılıqları ilə peşəkar hazırlıq və əlavə təhsil və yaxud elmi tədqiqat aparılması üçün Azərbaycan Respublikasında və ya digər ölkələrdə yerləşən ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara müvəqqəti olaraq göndərilə bilərlər. Qanun layihəsi Milli məclisin plenar iclasına tövsiyyə  olunub.

Millət vəkili: Dərsliklərin yazılmasında inhisarçılıq var

18 Sentyabr 2017 12:14

Bu gün dərsliklərin yazılmasında inhisarçılıq var. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, dərsliklərimiz çox ciddi şəkildə düzəldilməlidir: “Bir dərslikdə nə qədər xronologiya, nə qədər adam adı ola bilər? Tarix dərsliklərinə verilən tələblər ayrıdır. Bizim dərsliklərimiz çox ciddi şəkildə düzəldilməlidir. Dərsliklərdə əsas ideya dövlətçiliyi aşılamalıdır, statistika aşılamamalıdır”. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Rafael Hüseynov təklif edib ki, dərsliklər və dərs vəsaitləri ilə bağlı ayrıca qanun layihəsi hazırlansın. Onun fikrincə, Azərbaycanda dərslik siyasəti ilə bağlı ciddi işlər görülməlidir: “Son dövrlərdə dərsliklərlə bağlı tənqidi fikirlər çox səslənir. Məsələnin aktuallığı nəzərə alınaraq, Təhsil Nazirliyinin Ekspertiza Şurası da yaradılıb.

Alimlərin pensiyası artacaq

18 Sentyabr 2017 12:12

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir. Məlumata görə, qanunun 19-cu maddəsinə ( Əmək pensiyasının sığorta hissəsinə əlavələr) dəyişiklik edilir. Dəyişikliyə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisədə, təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işlənməyən əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsi elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. 

Komitə sədri: Peşə təhsili haqqında” qanun layihəsinin ilkin variantı hazırdır

18 Sentyabr 2017 12:10

“Peşə təhsili haqqında” qanun layihəsini hazırlamaq üçün beynəlxalq təcrübəni öyrənmişik”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli deyib. Komitə sədri bildirib ki, “Peşə təhsili haqqında” qanun layihəsinin ilkin variantı hazırdır: “Bu qanun layihəsini oktyabrın birinci yarısına qədər komitədə müzakirə etməyi düşünürük. Düşünürəm oktyabr ayının sonu bu qanun layihəsini Milli Məclisin plenar iclasına təqdim edəcəyik”.