Gündəm
Bakının bütün kənd və qəsəbələrində qızlar erkən yaşan təhsildən yayındırlır
Gövhər Baxşəliyev: Zorla erkən nikahlara cəlb olunması məsələsi var Millət vəkili, akademik Gövhər Baxşəliyeva Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin sentyabrın 18-də keçirilən iclasında Bakı kəndlərində qızların təhsildən erkən yaşlarından yayındırılması ilə bağlı “həyəcan təbili” çalıb. “Olaylar” xəbər verir ki, millət vəkilinin dediyinə görə, bu gün Bakının kənd və qəsəbələrində orta məktəblərdə oxuyan qızların 14-15 yaşlarından təhsildən uzaqlaşdırılması, erkən nikahlara cəlb olunması problemi yaşanır: “Bu, çox təəssüfedici və ürəkağrıdıcı bir məsələdir.
Deputatdan təklif: Ali təhsil haqqında” da qanun layihəsi hazırlansın
Parlamentin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Asim Mollazadə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasını vacib sayır.“Olaylar” xəbər verir ki, millət vəkili bu təklifini adıçəkilən komitənin sentyabrın 18-də keçirilən iclasında səsləndirib:“Hesab edirəm ki, ali təhsillə də bağlı qanun layihəsinin hazırlanması və qəbulu vacibdir. Odur ki, bu sessiyada olmasa da, yaz sessiyasında belə bir sənədi hazırlayıb müzakirələrə təqim etmək məqsədəuyğun olardı. Ümumiyyətlə, ölkənin elm və təhsil sahəsi ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi ən əhəmiyyətli məsələlərdən biri kimi öndə tutulmalıdır”.
Avtomobili hansı halda etibarnamə ilə başqasına vermək olar?
Son vaxtlar sürücülər tez-tez belə bir sual verirlər: yalnız sürmək üçün verilmiş etibarnaməsi olan şəxs özü avtomobildə olmaqla həmin avtomobili sürmək üçün başqasına verə bilərmi?Vəkil Rövşən Qasımov bildirib ki, avtomobillərlə bağlı iki növ etibarnamə fərqləndirilir. Əksəriyyətimizin hələ də "baş etibarnamə" (generalnaya doverennost) adlandırdığımız və avtomobilə sərəncam hüququnu da ehtiva edən etibarnamə. Belə etibarnaməsi olan şəxs nəinki hamin avtomobili sürmək üçün başqasına verə bilər, hətta həmin avtomobili sata, bağışlaya, girov qoya bilər. Yalnız sürmək üçün verilmiş etibarnamə, yəni avtomobilə dair sərəncam hüququnu istisna edən etibarnamə. Birinci növ etibarnamə ilə bağlı nə təcrübədə, nə də qanunvericilikdə heç bir problem və anlaşılmazlıq yoxdur. Hər kəs sərəncam hüququnu ehtiva edən etibarnamə əsasında sahiblik etdiyi avtomobili özü avtomobildə olmaq şərti ilə onu idarə etmək üçün sürücülük vəsiqəsi olan və sərxoş olmayan istənilən şəxsə verə bilər. Hətta belə etibarnaməsi olan şəxs başqasına etibarnamə verməklə özü olmadan da həmin avtomobili idarə etmək üçün ona verə bilər. İkinci növ etibarnamə ilə bağlı məsələdə isə təcrübədə problem var:
Merkel Türkiyəyə ultimatum verdi
"Biz Türkiyə ilə iqtisadi əlaqələri daha da azaltmaq və müvafiq layihələri diqqətlə nəzərdən keçirmək məcburiyyətindəyik". Bunu Almaniya kansleri Angela Merkel deyib. Merkel, həmçinin əlavə edib ki, rəsmi Berlin Türkiyədə həbs olunan Almaniya vətəndaşlarının azad olunmasına nail olacaq. Qeyd edək ki, sentyabrın 1-də Antalyada iki Almaniya vətəndaşı, ayın 11-də isə İstanbulda bu ölkədən gələn cütlük saxlanılıb. Saxlanılan şəxslər ötən il Türkiyədə çevriliş cəhdində şübhəli bilinirlər.
Azərbaycanın əleyhinə kompromatları Qərb jurnalistlərinə Rusiya kəşfiyyatı sızdırır?
ABŞ-ın İraqdakı radikal qruplaşmalara, o cümlədən İŞİD-ə milyardlarla dollarlıq silah-sursat ötürməsi haqda informasiya kampaniyasının arxasında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) dayanır. Bu iddianı Ukraynanın “Xvilya” internet-nəşri irəli (http://hvylya.net/analytics/geopolitics/oruzheynyie-manipulyatsii-lubyanki.html)sürüb. Həmin informasiya kampaniyasında Azərbaycanın da adı hallandırılır. Xəbər verildiyi kimi Bolqarıstanın “Trud” qəzeti “Anonimous Bulgaria” adlı hansısa haker qrupunun sızdırdığı sənədlərə istinadən Azərbaycanı diplomatik yük adı altında Amerika silahlarını Suriyaya daşımaqda ittiham edən yazı dərc edib. Həmin yazının müəllifi ruslarla əlaqələri olan Diana Qaytanjiyevadır.Ukrayna nəşri hesab edir ki, informasiya kampaniyasının məqsədi ABŞ-ın bu və ya digər formada müttəfiqləri olan Almaniya, Azərbaycan, Türkiyə və Ukraynanı hədəf almaqdır.
“Azadlıq” qəzetinin bölgə müxbiri 9 il həbs cəzası aldı
Şəki Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllının məhkəmə istintaqı yekunlaşıb. Prosesə hakim Rəşid Hüseynov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə əsasən, E.İsmayıllı 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Elçin İsmayıllı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə verilmiş ittiham edilir. O, 17 fevral 2017-ci ildə İsmayıllı rayonunda həbs olunub. E.İsmayıllı İsmayıllı rayonunda vəzifəli şəxslərdən biri haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.
Nazirlikdən xəbərdarlıq: Rütubətli hava...
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 19-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, Bakıda gecə 18-20°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq. Tibbi-meteoroloji proqnoza görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amil olsa da, havada rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Akif Çovdarovun vəkili məhkəmədə çıxış edir
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən MTN polkovniki Səlim Məmmədovun vəkili Cavid Rzazadə çıxışını yekunlaşdırıb. O, çıxışının sonunda hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib. Sonra A. Çovdarovun vəkili Sadiq Rəsulov çıxışa başlayıb. O, A. Çovdarovun təqsirsiz olduğunu deyib. Hazırda proses davam etdirilir.
Anasının məzarına gizli kamera yerləşdirdi - Gördüklərindən şok oldu
İngiltərədə ağıllara durğunluq verən hadisə baş verib. Bristol şəhərində yaşayan Sue Pulli adlı gənc oğlan anasının məzarına gizli kamera yerləşdirib. Buna səbəb isə 2009-cu ildə vəfat edən qadının məzarının bir neçə dəfə dağıdılmasıdır. Uzun zaman sonra məlum olub ki, məzarı dağıdan Sue Pullinin doğma əmisi oğlu Amanda Lesteridir. Onun hansı səbəbdən belə etdiyi isə məlum deyil.
Səfirlik bağlanır
ABŞ-ın Havanadakı səfirliyində qəribə hadisə yaşanıb. Səfirliyin 21 diplomatı qəflətən xəstələnib. Diplomatların eşitmələrində bilinməyən bir səbəbdən problemlər yaranıb. Aralarında diplomatların ailə üzvlərinin də olduğu 21 nəfər eşitmə problem ilə yanaşı, beyin sarsıntısı, şiddətli baş ağrısı və ürək bulantısı kimi narahatlıqlar keçirib.
Əsrin müqaviləsi – Azərbaycanın şanlı qələbəsidir
Müasir Azərbaycan dövlətinin çoxsaylı uğurlarından daha biri tarixin yaddaşına yazıldı. Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyub, getdiyi müstəqil Azərbaycan Respublikası günü-gündən inkişaf edir, çiçəklənir. Bu inkişafın mənbəyi dahi şəxsiyyətin yüksək peşəkarlığı nəticəsində 20 sentyabr, 1994-cü il tarixində baş tutmuş Əsrin Müqaviləsi olmuşdu. Ölkədə sonsuz sayda olan təxribatların, çaxnaşmaların, vətəndaş müharibələrinin getdiyi dönəmdə Heydər Əliyevdən savayı sözügedən müqavilənin baş tutacağına inanan ikinci şəxs, demək olar ki, yox idi. Məhz müdrik siyasətçi Heydər Əliyevin böyük iradəsi hesabına imzanlanmış Əsrin Müqaviləsi bu gün Respublikamızın dünya ölkələri içərisində xüsusi yerinin olmasına gətirib, çıxartdı.
Qaradağda iki nəfər bıçaqlanıb
Bakının Qaradağ rayonunda bıçaqlama hadisəsi qeydə alınıb. Nəticədə iki nəfər bıçaq yarası alıb. Məlumata görə, paytaxtın Qaradağ rayonu ərazisində 1993-cü il təvəllüdlü Emil Əhmədov və 1993-cü il təvəllüdlü Rəvan İsgəndərov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır, baş verən hadisənin səbəbləri araşdırılır.
“Sosial iş” modelinin tətbiqi ilə əlaqədar sosial xidmət işçiləri üçün növbəti təlimlərə başlanılıb
Ölkəmizdə “Sosial iş” modelinin tətbiqinə hazırlıq işlərinin davamı olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin “2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı” çərçivəsində Bakı şəhəri, Qəbələ və Tovuz rayonları üzrə sosial xidmət işçiləri üçün “Sosial işin əsasları” mövzusunda silsilə təlimlərə başlanılıb. Bununla əlaqədar keçirilən tədbirdə Azərbaycanda sosial xidmətlər sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi məqsədilə ötən dövrdə aparılan işlər diqqətə çatdırılıb.
Bakı sakinindən silah-sursat götürülüb
Bakı şəhər sakinindən “P.Beretta” tipli tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Yasamal rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural İsparovdan “P.Beretta” tipli tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Külli miqdarda siqaret müsadirə edilib
Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə 90 TB 042 nömrə nişanlı, “Toyota Land Cruiser Prado” markalı minik avtomobilində Azərbaycana məxsus aksiz markası ilə markalanmayan tütün məmulatlarının olması barədə əməliyyat məlumatı daxil olub. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, daxil olan həmin məlumata əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 211 ünvanında, küçənin sol kənarında dayanan Azərbaycan vətəndaşı Kazımov Əlizamin Qiyas oğlunun idarə etdiyi 90 TB 042 nömrə nişanlı, ağ rəngli, “Toyota Land Cruiser Prado” markalı minik avtomobilinin yük yerinə həmin avtomobilin yanında dayanan və Miriyev Mirkamalladdin Mirnağı oğlunun idarə etdiyi 42 BV 103 nömrə nişanlı “Ford Dedl” markalı mikroavtobusun yük yerindən Q. Kazımov tərəfindən götürülərək yerləşdirilən iki ədəd iri həcmli karton qutulara baxış keçirilib.














