Gündəm
Fillər Myanmardan olan müsəlman qaçqınların düşərgəsinə girib, ölənlər və yaralananlar var
Bu gün səhər saatlarında fillər Banqladeş-Myanmar sərhədində, Koks-Bazar şəhəri yaxınlığında yerləşən qaçqın düşərgəsinə hücum edib. Rohingya əyalətindən olan iki müsəlman qaçqın fillərin ayaqları altında qalaraq ölüb, 5 nəfər isə xəsarət alıb. Ölənlərdən biri 55 yaşlı kişi, digəri 2 yaşlı uşaqdır. Yaralılar yerli xəstəxanaya çatdırılıb. Bildirilir ki, Myanmar hadisələrinə görə, avqustun 25-dən sentyabrın ortalarına qədər 410 min nəfər Banqladeşə qaçmağa müvəffəq olub. Banqladeş sərhədində qaçqın düşərgələri artıq tam dolub.
İmtahanda zəif nəticə göstərən qız özünü öldürdü - GƏNCƏDƏ
Dünən Gəncə şəhərində məktəbli qızın intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Şəhərin Təbriz küçəsində yaşadığı evdə özünü asaraq həyatına son qoyan 15 yaşlı Gülçin Qəmbərli 16 saylı orta məktəbin 10-cu sinif şagirdi olub. O, sentyabrın 15-də ilk dərs günündə iştirak edib. Lakin dünən səhər məktəb rəhbərliyi şagirdləri şəhərdə keçiriləcək marafona apararkən Gülçinin gəlmədiyi məlum olub. Xəbər gəlib ki, yeniyetmə qız intihar edib. İlkin araşdırma zamanı məlum olub ki, G.Qəmbərli məktəbdən əlavə hazırlıq kursuna gedirmiş və kursda keçirilən test imtahanında aşağı nəticə göstərib. Bu səbəbdən evdə anası onu danlayıb. Psixoloji sarsıntı keçirən qız daha sonra özünü asıb.
“O Səs Türkiyə”nin qalibi Elnur Hüseynov QƏZƏBLƏNDİ: “Nə vaxt adam olacaqsınız?”
“Siz nə vaxt adam olacaqsınız? Daha heç nə yaza bilmirəm. Bu dünyada karma var və heyvanlarla amansızcasına rəftar edən bütün yaramazların cəzalandırılmasını istəyirəm”. Bu sözləri Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində iki dəfə təmsil edən, “O Səs Türkiyə”nin qalibi Elnur Hüseynov sosial şəbəkədə yazıb. O, sahibsiz itlərin ac-susuz, xəstə və baxımsız vəziyyətdə saxlanılmasına qarşı çıxaraq onların tüfəng və lapatka ilə öldürülməsinə etiraz edib.
Neftin qiymətinin yenidən aşağı düşəcəyi ehtimal olunandır
“Brent markalı neftin bir bareli dünya bazarında 55 dollardan baha satılır. Neftin bahalaşması gündəlik qlobal hasilatın ötən ay 720 min barel azalaraq 97.7 milyon barelə düşməsi və Harvey qasırğası nəticəsində ABŞ-da istehsalın azalması ilə bağlıdır. Dolların aparıcı valyutalara nisbətən dəyərsizləşməsi də neftin qiymətinin yüksəlməsinə təsir edən faktorlardan hesab edilir”. Bunu deyən iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, qlobal hasilatın azalması daha çox Liviyadakı sosial narazıllq ilə bağlı olsa da, OPEK-in də hasilatın azaltması siyasətini davam etdirməsi müşahidə edilməkdir: “Belə ki, OPEK avqust ayında əvvəlki ayla müqayisədə gündəlik hasilatı 30.113 milyon bareldən 30.004 milyon bareldək azaldıb və təşkilat hasilatın azaldılması ilə bağlı gələn ilin martında müddəti bitəcək anlaşmanı zamanını uzatmaqla bağlı artıq indidən danışıqlara başlayıb.
Kamilə Əliyeva: “Orta məktəb dərslikləri monoqrafiyaya dönüb”
“Nə qədər ki, orta məktəb dərsliklərini ali məktəb müəllimləri hazırlayır, bu problem davam edəcək”.“Olaylar” xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Kamilə Əliyeva deyib. Deputatın sözlərinə görə, vəziyyət o yerə çatıb ki, orta məktəb dərslikləri monoqrafiyaya dönüb: “Axı niyə heç kimin ağlına gəlmir ki, burada yaş senzi nəzərə alınmalıdır. Orta məktəb dərsliklərini ali məktəb tələbəsi səviyyəsində hazırlayanda əlbəttə, ciddi problem olacaq. Hesab edirəm buna artıq bir əncam çəkilməlidir, inhisarçılıq olmamalıdır. Eybi yox, aralarında bir nəfər ali məktəb mütəxəssisi olsun. Amma ümumilikdə orta məktəb dərsliklərini orta məktəb təhsili üzrə mütəxəssislər hazırlamalıdır”.
Deputat: Bəzi məktəb laboratoriyalarda ən sadə cihazlar belə yoxdur
“İstər bakalavr, istət magistratura pilləsində bir çox laboratoriyalarda ən sadə cihazlar belə yoxdur ki, orada gələcək mütəxəssislər müəyyən araşdırmalar aparsınlar, yaxud ən azından, heç olmasa yeni biliklərə yiyələnmək üçün o cihazlarla işləməyi bacarsınlar. Ona görə də belə məsələlər müzakirə edilməlidir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil Komitəsinin sədr müavini Bəxtiyar Əliyev komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, doktorantların elmi araşdırmalar aparması üçün büdcədən maliyyələşmənin aparılmaması müəyyən problemlər yaradır: “Dövlət sifarişli ixtisaslara qəbul olan tələbələr hansı ali məktəblərə daxil olursa, mülkiyyət formasından asılı olmayaraq, maliyyə xərcləri həmin məktəblərə ödənilir. Amma elmi araşdırmalarla bağlı müəyyən problemlər var. Təhsil müəssisələrində doktorantların elmi araşdırmalar aparması, laboratoriyalarda elmi tədqiqat işlərinin görülməsi üçün ayrıca maliyyə vəsaiti yoxdur. Bu gün insan kapitalının inkişafı lazımdır.
Gələn ilin dövlət büdcəsi hökumətə təqdim edilib
Gələn ilin dövlət büdcəsi haqında qanun layihəsi hökumətə təqdim edilib. Bu barədə Maliyyə Nazirliyindən “Olaylar”a daxil olan məlumata görə, “Büdcə sistemi haqqında” qanuna və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Nazirlər Kabinetinin 2017-cı il 25 yanvar tarixli sərəncamına uyğun olaraq 2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri 2017-cı il 15 sentyabr tarixində Nazirlər Kabinetinə təqdim olunub.
İraqda keçiriləcək referendum dünyada separatizmin fəallaşmasına səbəb olacaq
İrəvan da bu presidentdən yararlana bilər İraqın rəsmi şəkildə parçalanması gerçəkləşmək ərəfəsindədir. Söhbət İraq kürdlərinin bu günlərdə keçirəcəkləri referendumdan gedir. Bir növ Kürdüstan dövlətinin yaradılmasına hesablanmış bu referendum təkcə İraq üçün fəlakət, təhdid vəd etmir. Eyni zamanda İrqanın qonşuları, Türkiyə, İran üçün də təhlükə gələcəkdən xəbər verir. Çünki Qərbin dəstək verdiyi Kürdüstan dövlətinin yaradılması planında Türkiyə və Iran əraziləri də ehtiva olunur. Bəs görəsən analitiklər. ekspertlər bu barədə nə düşünür? “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, İraqdakı kürdlərin müstəqlliyi onları mərkəz Bağdad və qonşularla – İran və Türkiyə ilə üz-üzə qoyacaq: “İraq kürdləri sentyabrın 25-də referenduma hazırlaşırlar. İspaniyadakı katalonlar isə bundan 1 həftə sonra müstəqilliklə bağlı referendum keçirəcəklər. Əlbəttə, Şimali İraqda və Kataloniyada keçiriləcək referendumlar hələ bu bölgələrin müstəqil dövlət kimi tanınması anlamına gəlməyəcək.
ATƏT-in Minsk Qrupuna inam qalmayıb
Onların Dağlıq Qarabağ probleminin həllinə nail olacaqları şübhə doğurur Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində növbəti passivlik mərhələsi hökm sürür. Daha doğrusu bu passivlik diplomatik səviyyədə özünü göstərir. Həbi müstəvidə isə əvvəlkindən də daha aktiv proseslər cərəyan etməkdədir. Azərbaycanın İsraillə hərbi sahədə əlaqələrini genişləndirməsi, bu günlərdə Azərbaycan və Türkiyənin hərbi hava qüvvələrinin “TurAz qartalı-2017” adlı hərbi təlimlər keçirməsi, işğalçı Ermənistanın isə Rusiya ilə hava hücumundan müdafiə komandanlığı yaratması deyilənlərin sübutudur. Bütün bu cərəyan edən hadisələr, regionda hərbi hərəkətliliyin artmasını isə təəssüflər olsun ki, Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu səssi şəkildə izləmək, müşahidə etməklə məşğuldur. Sonuncu dəfə regiona ənənəvi nəticəsiz səfərlərindən keçən müddətdə danışıqlar prosesində ciddi bir dönüşün baş verəməməsi əvəzində hərbi aktivlyin artması yeni bir qarşıdurma, hərbi əməliyyatların baş vermə ehtimalını artırır.
Zaqatalada Tala çayı üzərində yerləşən körpü əsaslı şəkildə təmir olunur
Zaqatala şəhərində Tala çayı üzərində yerləşən avtomobil körpüsünün əsaslı şəkildə təmiri işlərinə start verilib. “OLAYLAR”-a daxil olan məlumata görə, layihəyə uyğun olaraq, körpünün eni hər iki istiqamət üzər 1.5 metr enində genişləndirilərək, hazırkı 9.5 metrdən 12.5 metrə çatdırılacaq. Nəticədə yolun hərəkət hissəsi mövcud 7 metr deyil, 9.5 metr təşkil edəcək. Vətəndaşların körpünün kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün 1.5 metr enində piyada səkiləri inşa ediləcək. Yolun hərəkət hissəsi ilə səkilərin arasında xüsusi təkərqaytaran dəmir-beton qoyulacaq, körpünün kənarlarına yeni mühəccərlər quraşdırılacaq. Təmir-tikinti işləri çərçivəsində körpüdə əlavə bərkitmə işləri aparılaraq yükgötürmə qabiliyyəti artırılacaq.
“İrəli” gənclərlə fərdi qaydada görüş təşkil edir
Təşkilatın həyata keçirdiyi layihələr, tədbirlər, dil kursları, təcrübə proqramları və digər fəaliyyətlər haqqında üzvləri daha çox məlumatlandırmaq məqsədi ilə “İrəli” İctimai Birliyi həftəsonlarında üzvlərlə fərdi qaydada xüsusi görüşlər keçirir. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşdə təşkilatda olan gənclər üçün bir çox imkanlardan faydalanmaq imkanlarının olduğu vurğulanılıb. Qeyd edilib ki, gənclərin fikirlərinə ,təkliflərinə və təşəbbüslərinə qulaq asmaq məqsədi də ana məqsədlərdəndir. 2017-ci il yekununa qədər olan planlar haqqında da üzvlərə daha geniş məlumatlar verilir. Belə ki, onlar təşkilatın fəaliyyəti haqqında daha ətraflı məlumatlar əldə edirlər. Azərbaycan gənclər şəbəkəsinin genişlənməsinə çalışan “İrəli” İctimai Birliyinin katiblik əməkdaşları görüş zamanı üzvləri məlumatlandıraraq onlara zəruri istiqamətlər verəcəkdir.
BDU-nun Jurnalistika fakultəsi Niyyət sazişi imzalayıb
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoru ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi arasında niyyət sazişinin imzalanma mərasimi keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, Jurnalistika fakültəsində keçirilən tədbirdə Bilik Fondunun əməkdaşları, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, Niyyət sazişinə əsasən, müəllimlər və tələbələr Fondun həyata keçirdiyi layihələrdə iştirak etmək imkanı qazanacaqlar. Sənəddə əməkdaşlığın bütün mümkün variantları nəzərdə tutulub ki, bu işlər gələcəkdə həyata keçirildikcə ictimaiyyətə açıqlanacaq. Onun sözlərinə görə, Bilik Günü Bilik Fondunun struktur bölməsi ilə belə bir sənədin imzalanması fakültə üçün yeni imkanlar açacaq. Dekan, sazişin tələbələr üçün maraqlı tərəfinin həm də razılaşmaya əsasən “Gənc jurnalistlər” Klubunun təsis edəcəyini vurğulayıb.
FHN “Alov qüllələri” kompleksində taktiki təlim keçirəcək
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti 2017-ci il sentyabrın 18-də saat 15:00-da Bakı şəhərində “Alov qüllələri” kompleksində “İnsanların təxliyyəsi və baş vermiş hadisəyə müdaxilənin düzgün təşkili” mövzusunda xüsusi taktiki təlim keçirəcəkdir. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 6 ədəd xüsusi texnikası və 40 nəfər canlı qüvvəsi cəlb olunacaq.
Deputat: Dərsliklərimizdə ciddi xətalar var
Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov dərsliklər və dərs vəsaitləri ilə bağlı ayrıca müstəqil qanunun olmasını istəyir. “Olaylar” xəbər verir ki, millət vəkili bu təklifini Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin sentyabrın 18-də keçirilən iclasında səsləndirib. Onun sözlərinə görə, dərsliklər və dərs vəsaitlər ilə bağlı məsələ bu gün ölkənin təhsil və elm ictimaiyyətinin gündəmində olan ən vacib məsələlərdəndir: “Bildiyiniz kimi, bu məsələ ilə bağlı ciddi müzakirələr gedir. Çünki bu məsələdə ciddi problemlər var və ziyalılarımız da bununla bağlı ciddi iradlarını, təkliflərini səsləndirirlər. Artıq bu məsələ ilə bağlı Təhsil Nazirliyində müvafiq Şura yaradılıb və məni də həmin Şuraya daxil ediblər. Bildiyim qədər, bu Şurada digər millət vəkillərimiz də var. Hesab edirəm ki, Şura üzvləri dərsliklər və dərs vəsaitləri ilə bağlı məsələdə üzə çıxan problemləri, qüsurları, nöqsanları ətraflı müzakirə, ciddi təhlil edib, buradakı boşluqları, xətaları aradan qaldıra biləcəklər.
Uşaq bağçalarında mütaliə saatları
Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və filialları müntəzəm olaraq uşaq bağçalarında görüşlər, söhbətlər, məlumat və nağıl saatları təşkil edirlər. “Olaylar” bildirir ki, bağça yaşlarında uşaqlar üçün belə tədbirlərin keçirilməsi onların kitabxanaya, mütaliəyə marağını artırır və gələcəkdə kitab oxumaları üçün sağlam təməl yaradır. Təşkil olunmuş nağıl saatlarında kitabxana işçiləri tərəfindən uşaqlara “Sehirli Torba”, “Çırtdan”, “İki sehirli sandıq”, “Qızıl qaz”, “Tıq tıq xanım”, “Məlikməmməd” və digər Azərbaycan və dünya xalq nağılları oxunur. Nağılların tərbiyəvi əhəmiyyəti uşaqlara aşılanır, onlar bir neçə dəqiqəlik də olsa ətraf aləmdən ayrılıb nağıl qəhrəmanlarının dünyasına səyahət edirlər.














