ATƏT-in Minsk Qrupuna inam qalmayıb

Onların Dağlıq Qarabağ probleminin həllinə nail olacaqları şübhə doğurur Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində növbəti passivlik mərhələsi hökm sürür. Daha doğrusu bu passivlik diplomatik səviyyədə özünü göstərir. Həbi müstəvidə isə əvvəlkindən də daha aktiv proseslər cərəyan etməkdədir. Azərbaycanın İsraillə hərbi sahədə əlaqələrini genişləndirməsi, bu günlərdə Azərbaycan və Türkiyənin hərbi hava qüvvələrinin “TurAz qartalı-2017” adlı hərbi təlimlər keçirməsi, işğalçı Ermənistanın isə Rusiya ilə hava hücumundan müdafiə komandanlığı yaratması deyilənlərin sübutudur. Bütün bu cərəyan edən hadisələr, regionda hərbi hərəkətliliyin artmasını isə təəssüflər olsun ki, Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu səssi şəkildə izləmək, müşahidə etməklə məşğuldur. Sonuncu dəfə regiona ənənəvi nəticəsiz səfərlərindən keçən müddətdə danışıqlar prosesində ciddi bir dönüşün baş verəməməsi əvəzində hərbi aktivlyin artması yeni bir qarşıdurma, hərbi əməliyyatların baş vermə ehtimalını artırır.

Onların Dağlıq Qarabağ probleminin həllinə nail olacaqları şübhə doğurur

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində növbəti passivlik mərhələsi hökm sürür. Daha doğrusu bu passivlik diplomatik səviyyədə özünü göstərir. Həbi müstəvidə isə əvvəlkindən də daha aktiv proseslər cərəyan etməkdədir. Azərbaycanın İsraillə hərbi sahədə əlaqələrini genişləndirməsi, bu günlərdə Azərbaycan və Türkiyənin hərbi hava qüvvələrinin "TurAz qartalı-2017" adlı hərbi təlimlər keçirməsi, işğalçı Ermənistanın isə Rusiya ilə hava hücumundan müdafiə komandanlığı yaratması deyilənlərin sübutudur. Bütün bu cərəyan edən hadisələr, regionda hərbi hərəkətliliyin artmasını isə təəssüflər olsun ki, Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu səssi şəkildə izləmək, müşahidə etməklə məşğuldur. Sonuncu dəfə regiona ənənəvi nəticəsiz səfərlərindən keçən müddətdə danışıqlar prosesində ciddi bir dönüşün baş verəməməsi əvəzində hərbi aktivlyin artması yeni bir qarşıdurma, hərbi əməliyyatların baş vermə ehtimalını artırır. Çünki artıq 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarına qarşı erməni təcavüzü davam edir və işğal altında olan ərazilərimizin cüzi bir hissəsini belə təcavüzkar dövlət azad etməyib. Ona görə də haqlı olaraq Azərbaycan cəmiyyəti ATƏT-in Minsk qrupunun həmsədrlərinə öz iradını, etirazını bildirir. Millət vəkili Eldəniz Səlimov deyib ki, gələn il, yəni, təxminən 4 aydan sonra Qarabağ münaqişəsinin başlamasının, təcavüzkar və işğalçı Ermənistanın, ermənilərin ölkəmizə qarşı növbəti dəfə əsassız, haqsız ərazi iddialarının baş qaldırmasının 30 ili tamam olacaq. Ancaq çox təəssüflər olsun ki, təcavüzkar və işğalçı dövlətin işğalçılıq siyasəti, qeyri-konstruktiv mövqeyi, həmçinin, münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən qurumun, ATƏT-in Minsk qrpunun və həmsədr dövlətlərin səbatsız, dişsiz, qeyri-obyektiv yanaşması üzündən ötən bu illər ərzində Ermənistan-Azərbaycan münaqişənin həlli istiqamətində müsbətə doğru heç bir irəliləyiş yoxdur: "Münaqişə hələ də həll olunmamış vəziyyətdə qalır. Münaqişənin həll olunmamasının səbəbkarının birbaşa işğalçı Ermənistan və onu işğala, qeyri-konstruktiv mövqe nümayiş etdirməyə sövq, təhrik edən dairələr olduğunu bir daha vurğulayan millət vəkilinin sözlərinə görə, təcavüzkar dövlət həm də ona qarşı ciddi təzyiqlərin, sanksiyaların olmamasından ruhlanaraq, müxtəlif bəhanələr və təxribatlarla 90-cı illərdən bu yana davam edən sülh danışıqlarını pozmaqla məşğul olur. Eyni zamanda, yuxarıda da qeyd etdiyim kimi, ermənilərin xarici havadarları, anti-Azərbaycan dairələri də bu problemin həllinə imkan vermirlər. Onlar bu münaqişənin illərlə uzanmasında, "dondurulmuş münaqişə" kimi qalmasında maraqlıdırlar və bunun üçün də pozuculuq fəaliyyətlərini davam etdirirlər". Millət vəkili qeyd edib ki, bununla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri də öz vəzifələrini regiona səfər etməkdə görürlər: "Onların səfərləri turist səfərlərindən başqa bir şey deyil. Gəlirlər, ara-sıra bəyanat da verib gedirlər, bununla da işlərini bitmiş sayırlar. Ancaq əgər həmsədr dövlətlər, həmsədrlər istəsələr Ermənistanı sülhə bir andaca məcbur edə bilərlər. Bunun üçün də əllərində hər cür imkan, təzyiq mexanizmləri var. Amma onlar bunu etmirlər, bunu etmək istəmirlər. Ancaq Azərbaycan da bu vəziyyətlə barışmaq, işğalçının, onun havadarlarının "nazı" ilə oynamaq fikrində deyil. Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi, bu gün də və bundan sonra da işğal faktı ilə barışmayacaq. Bunu dövlət başçımız da dəfələrlə bəyan edib. Biz hər şeyə rəğmən münaqişənin sülh yolu ilə həllini istəyirik. Ancaq vəziyyət belə davam edərsə, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edəcək. Azərbaycan dövləti və ordusu buna tam qadirdir və hazırdır".

Politoloq Ramiz Alıyev də vasitəçiləri fəaliyyətsizlikdə, Dağlıq Qarabağ probleminin həllinə biganə qalmaqda ittiham edib. O, bildirib ki, həmsədrlər yalnız regiona səfərləri və səfər sonrası söz yığınağı olan açıqlamalar, bəyanatlar vermələri ilə məşğuldurlar: "Bu illər ərzində qeyd etdiklərimdən başqa heç bir müsbət addım müşahidə edilməyib. Əksinə, bəzi hallarda həmsədrlər hətta Ermənistanın maraqlarına xidmət edən açıqlamalar verib, mövqe nümayiş etdiriblər. Ona görə də haqlı olaraq ATƏT-in Minsk qrupuna inam qalmayıb və onların Dağlıq Qarabağ probleminin həllinə nail olacaqları şübhə doğurur. Çünki ötən illərdəki təcrübə belə deməyə əsas verir". Ramiz Alıyev deyib ki, vasitəçilərin Ermənistana təzyiq göstərib onu sülhə məcbur etməməsi regionda müharibə riskini artırır.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31