Zaqatalada Tala çayı üzərində yerləşən körpü əsaslı şəkildə təmir olunur
Zaqatala şəhərində Tala çayı üzərində yerləşən avtomobil körpüsünün əsaslı şəkildə təmiri işlərinə start verilib. “OLAYLAR”-a daxil olan məlumata görə, layihəyə uyğun olaraq, körpünün eni hər iki istiqamət üzər 1.5 metr enində genişləndirilərək, hazırkı 9.5 metrdən 12.5 metrə çatdırılacaq. Nəticədə yolun hərəkət hissəsi mövcud 7 metr deyil, 9.5 metr təşkil edəcək. Vətəndaşların körpünün kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün 1.5 metr enində piyada səkiləri inşa ediləcək. Yolun hərəkət hissəsi ilə səkilərin arasında xüsusi təkərqaytaran dəmir-beton qoyulacaq, körpünün kənarlarına yeni mühəccərlər quraşdırılacaq. Təmir-tikinti işləri çərçivəsində körpüdə əlavə bərkitmə işləri aparılaraq yükgötürmə qabiliyyəti artırılacaq.
18 Sentyabr 2017 13:32 SosialZaqatala şəhərində Tala çayı üzərində yerləşən avtomobil körpüsünün əsaslı şəkildə təmiri işlərinə start verilib. "OLAYLAR"-a daxil olan məlumata görə, layihəyə uyğun olaraq, körpünün eni hər iki istiqamət üzər 1.5 metr enində genişləndirilərək, hazırkı 9.5 metrdən 12.5 metrə çatdırılacaq. Nəticədə yolun hərəkət hissəsi mövcud 7 metr deyil, 9.5 metr təşkil edəcək. Vətəndaşların körpünün kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün 1.5 metr enində piyada səkiləri inşa ediləcək. Yolun hərəkət hissəsi ilə səkilərin arasında xüsusi təkərqaytaran dəmir-beton qoyulacaq, körpünün kənarlarına yeni mühəccərlər quraşdırılacaq. Təmir-tikinti işləri çərçivəsində körpüdə əlavə bərkitmə işləri aparılaraq yükgötürmə qabiliyyəti artırılacaq.