BDU-nun Jurnalistika fakultəsi Niyyət sazişi imzalayıb
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoru ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi arasında niyyət sazişinin imzalanma mərasimi keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, Jurnalistika fakültəsində keçirilən tədbirdə Bilik Fondunun əməkdaşları, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, Niyyət sazişinə əsasən, müəllimlər və tələbələr Fondun həyata keçirdiyi layihələrdə iştirak etmək imkanı qazanacaqlar. Sənəddə əməkdaşlığın bütün mümkün variantları nəzərdə tutulub ki, bu işlər gələcəkdə həyata keçirildikcə ictimaiyyətə açıqlanacaq. Onun sözlərinə görə, Bilik Günü Bilik Fondunun struktur bölməsi ilə belə bir sənədin imzalanması fakültə üçün yeni imkanlar açacaq. Dekan, sazişin tələbələr üçün maraqlı tərəfinin həm də razılaşmaya əsasən “Gənc jurnalistlər” Klubunun təsis edəcəyini vurğulayıb.
18 Sentyabr 2017 13:30 SosialAzərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoru ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi arasında niyyət sazişinin imzalanma mərasimi keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, Jurnalistika fakültəsində keçirilən tədbirdə Bilik Fondunun əməkdaşları, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, Niyyət sazişinə əsasən, müəllimlər və tələbələr Fondun həyata keçirdiyi layihələrdə iştirak etmək imkanı qazanacaqlar. Sənəddə əməkdaşlığın bütün mümkün variantları nəzərdə tutulub ki, bu işlər gələcəkdə həyata keçirildikcə ictimaiyyətə açıqlanacaq. Onun sözlərinə görə, Bilik Günü Bilik Fondunun struktur bölməsi ilə belə bir sənədin imzalanması fakültə üçün yeni imkanlar açacaq. Dekan, sazişin tələbələr üçün maraqlı tərəfinin həm də razılaşmaya əsasən "Gənc jurnalistlər" Klubunun təsis edəcəyini vurğulayıb.
Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova Fondun fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O vurğulayıb ki, Bilik Fondu ölkə ərazisində bütün sahələrdə geniş maarifləndirmə işləri həyata keçirir. BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Jurnalistika fakültəsi ilə Bilik Fondunun İnformasiya təminatı sektoru arasında imzalanacaq niyyət sazişinin əhəmiyyətini vurğulayıb və bu işdə hər iki tərəfə uğurlar arzulayıb. O, bildirib ki, imzalanan saziş əsasən peşəkar jurnalistlərin hazırlanmasında müsbət mənada öz təsirini göstərmiş olacaq. Sonda BDU-nun Jurnalistika fakültəsi və Bilik Fondunun İnformasiya təminatı sektoru arasında niyyət sazişi imzalanıb.