“İrəli” gənclərlə fərdi qaydada görüş təşkil edir
Təşkilatın həyata keçirdiyi layihələr, tədbirlər, dil kursları, təcrübə proqramları və digər fəaliyyətlər haqqında üzvləri daha çox məlumatlandırmaq məqsədi ilə “İrəli” İctimai Birliyi həftəsonlarında üzvlərlə fərdi qaydada xüsusi görüşlər keçirir. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşdə təşkilatda olan gənclər üçün bir çox imkanlardan faydalanmaq imkanlarının olduğu vurğulanılıb. Qeyd edilib ki, gənclərin fikirlərinə ,təkliflərinə və təşəbbüslərinə qulaq asmaq məqsədi də ana məqsədlərdəndir. 2017-ci il yekununa qədər olan planlar haqqında da üzvlərə daha geniş məlumatlar verilir. Belə ki, onlar təşkilatın fəaliyyəti haqqında daha ətraflı məlumatlar əldə edirlər. Azərbaycan gənclər şəbəkəsinin genişlənməsinə çalışan “İrəli” İctimai Birliyinin katiblik əməkdaşları görüş zamanı üzvləri məlumatlandıraraq onlara zəruri istiqamətlər verəcəkdir.
18 Sentyabr 2017 13:31 SosialTəşkilatın həyata keçirdiyi layihələr, tədbirlər, dil kursları, təcrübə proqramları və digər fəaliyyətlər haqqında üzvləri daha çox məlumatlandırmaq məqsədi ilə "İrəli" İctimai Birliyi həftəsonlarında üzvlərlə fərdi qaydada xüsusi görüşlər keçirir. "OLAYLAR"-a daxil olan məlumata görə, görüşdə təşkilatda olan gənclər üçün bir çox imkanlardan faydalanmaq imkanlarının olduğu vurğulanılıb. Qeyd edilib ki, gənclərin fikirlərinə ,təkliflərinə və təşəbbüslərinə qulaq asmaq məqsədi də ana məqsədlərdəndir. 2017-ci il yekununa qədər olan planlar haqqında da üzvlərə daha geniş məlumatlar verilir. Belə ki, onlar təşkilatın fəaliyyəti haqqında daha ətraflı məlumatlar əldə edirlər. Azərbaycan gənclər şəbəkəsinin genişlənməsinə çalışan "İrəli" İctimai Birliyinin katiblik əməkdaşları görüş zamanı üzvləri məlumatlandıraraq onlara zəruri istiqamətlər verəcəkdir.
"İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov daimi olaraq həftəsonları yeni üzvlərlə görüşlər keçirildiyini və gənclərin məlumatlandırıldığını bildirib. Çıxışlarında hər zaman gənclərə dövlətimiz tərəfindən böyük önəm verildiyini qeyd edən sədr bir gənclər təşkilatı olaraq "İrəli"nin də bu istiqamətdə işlər gördüyünü vurğulayıb.