Gündəm
Deputatımız AŞ PA-nın t ədbirinə sədrlik edəcək
Sentyabrın 20-də Sahibə Qafarova Norveçin paytaxtı Oslo şəhərinə səfərə yola düşəcək. Bu barədə Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, millət vəkilimiz AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri qismində fakt-araşdırıcı missiyaya rəhbərlik edəcək. Səfər sentyabrın 23-də başa çatacaq.
Yetim qalmış miqrant uşaqlar məsələsi Parisdə müzakirə ediləcək
Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun komitə iclaslarında iştirak etmək üçün Fransanın paytaxtı Parisə səfər edib. MM-dən “Olaylar”a verilən məlumata görə, Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsində insan hüquqlarının qorunması, diskriminasiyadan yayınma, iqtisadiyyatda qadın hüquqlarının gücləndirilməsi, uşaqlar arasında gender bərabərliyinin təbliği, Avropada zorakı evliliklər kimi aktual məsələlər gündəmdə olacaq. Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitədə isə əsasən uşaq hüquqlarının vəziyyəti müzakirə olunacaq.
Rafael Hüseynov Fransaya səfər edəcək
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-dən 24-dək Parisdə səfərdə olacaq. MM-dən “Olaylar”a verilən məlumata görə, Komitə iclasında bir sıra aktual məsələlərə baxılacaq. Mediada redaktənin dəqiqliyinə, beynəlxalq səviyyədə idmanda, o cümlədən futbolda yaxşı idarəetmənin vacibliyinə diqqət yönəldiləcək.
Sevinc Fətəliyeva AŞ PA-nın tədbirinə qatılacaq
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Avropa Sosial Xartiyası üzrə Alt komitənin sədri Sevinc Fətəliyeva sentyabrın 18-dən 20-dək Fransa paytaxtında səfərdə olacaq. Bu barədə MM-dən “Olaylar”a vüeilən məlumata görə, millət vəkili qurumun Sosial komitəsinin iclasında iştirak edəcək. İclasda “2016-2017-ci illər üzrə ATƏT-in fəaliyyəti” müzakirə olunacaq, miqrant problemi ilə əlaqədar millətlərarası münaqişələrə nəzər salınacaq, iqlim dəyişikliyi, işdə stress və digər məsələlərə baxılacaq.
Goranboyun Boluslu kəndində yanacaqdoldurma məntəqəsi açıldı
Goranboy rayonu, Boluslu kəndi ərazisində ''SOCAR” brendi altında fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Azərbaycan ərazisində sayca 25-ci olan YDM-də POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət edəcək müasir avtomat sistemlər quraşdırılıb. “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışını həyata keçiriləcək məntəqədə 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 6 kiçik avtonəqliyyat vasitəsi və 4 irit
“Maarifçi” Tələbə Kredit Fondundan faizsiz təhsil kreditləri
“Maarifçi” Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına start verib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, dördüncü sessiyada aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqı üzrə faizsiz kreditlər təqdim olunur. Bu elan 2017-2018-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında (http://maarifci.az) qeyd olunub. Kreditin alınması şərtləri və tələbələrin seçim meyarları bu dəfə də dəyişməz qalıb. Elan sessiyasının ən üstün cəhəti faizsiz kreditin əvvəlki təhsil krediti müqavilələrinə də şamil olunmasındadır.
ADU-da beynəlxalq elmi-metodiki seminar keçirilib
Sentyabrın 18-də Azərbaycan Dillər Universitetində “DaF-Unterricht im Stadium” (“Təhsildə alman dili xarici dil kimi”) adlı beynəlxalq elmi-metodiki seminar keçirilib. “Olaylar” bildirir ki, seminarda Almaniya, Qazaxıstan və digər ölkələrdən olan professor-müəllim heyəti iştirak edib. Tədbiri açıq elan edən ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, eyni zamanda “DaF-Unterricht im Stadium” layihəsinin Azərbaycan üzrə rəhbəri Ulduz Aslanova seminar iştirakçılarını salamlayaraq seminar müddəti ərzində dəyərli fikir mübadiləsi aparılacağına əmin olduğunu söyləyib. O, bildirib ki, seminarın əsas məqsədi ali məktəblərdə alman dilinin tədrisində yeni metodların inkişafı və müəllim hazırlığının keyfiyyətinin artırılmasıdır.
"Falçıya getdim, fevralda gördüm ki, övladım var" - Təranə Səmədova
ARB TV-nin "Boş anlar" verilişinə qonaq olan prodüser Təranə Səmədova maraqlı açıqlamalar verib. O, ilk olaraq, falçıya getməsindən bəhs edib: "Bir dəfə falçıya gedəndə yolun ortasında pişik balası gördüm. Tez maşını saxlayıb düşüb götürdüm. Sonra anasını tapıb yanına qoydum. Elə oradan bir falçıya getdik, o, mənə dedi ki, səni Allah mükafatlandırıb və övladın olacaq. 2009-cu ilin fevralında bildim ki, bətnimdə övladım var. Atası mənə dedi ki, ya uşaq, ya da mən. Uşağı seçdim. Danışıb başa saldım ki, həyatda mənə stimul lazımdır, icazə ver uşağı dünyaya gətirim. Sağ olsun ki, icazə verdi. Bir neçə ay yanımda oldu, sonra ətrafın təzyiqləri nəticəsində ayrılmaq qərarına gəldi. Ona dedim ki, sən heç vaxt narahat olma, səni işıqlandırmayacam.
Azərbaycanlı nazirdən ŞOK ADDIM: İrəvanda “soyqırımı abidəsi”nə BAŞ ƏYDİ, sonra... - FOTOLAR
Kanadanın elm naziri Reza Moridi İrəvana gedərək, qondarma “erməni soyqırımı” abidəsinin önündə baş əyib. R.Moridi “soyqırımı abidəsi”ni ziyarət edərkən, bundan böyük zövq aldığını dilə gətirib. “23 avqustda Ermənistanda “erməni soyqırımı muzeyi”ni ziyarət etdim. Bir əsr öncə erməni xalqının “faciəvi itkisi”ni anmaqdan böyük qürur duydum. Bundan başqa, “anma kitabı”nı imzalamaq qürurunu da yaşadım”, - deyə o bildirib. Bu sözlərin müəllifi Cənubi Azərbaycanın Urmiya vilayətində doğulub, əslən azərbaycanlı olduğunu gizlətmir. Kanadada Ontario əyalətinin parlamentinə üzv seçilməsində həmin əyalətdə yaşayan türklər və azərbaycanlıların səsi böyük rol oynayıb. Dəfələrlə Bakıda səfərdə olub. Azərbaycanın təhsil naziri tərəfindən yüksək səviyyədə qəbul olunub, Bakı Dövlət Universitetinin fəxri diplomunu alıb, eləcə də Odlar Yurdu Universitetinin fəxri doktoru adına layiq görülüb. Onun sosial şəbəkə hesabında Bakıda çəkdirdiyi çoxsaylı fotoları və Azərbaycana aid fikirləri yer alır. (https://www.facebook.com/rmoridi/?fref=ts&hc_location=ufi).
Azərbaycan-Türkiyə hərbi alyansı formalaşır
Məhəmməd Əsədullazadə: “Hərbi təlimlər işğalçı Ermənistana bir mesajdır” Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-də müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Məlumat üçün qeyd edək ki, təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub. Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunlar müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirəcəklər.
“Nar bağı” növbəti festivalda
İlqar Nəcəfin “Nar bağı” bədii filmi Hollandiyada keçirilən “Film by the Sea” Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunub. Filmin nümayişlərində rejissor İlqar Nəcəf iştirak edib. Filmin dünya premyerası Çexiyanın Karlovı Varı Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib. “Nar bağı” həmçinin 11-ci "Asia Pacific Screen Awards" (APSA) mükafatına namizədlərin siyahısında yer alıb və Milli Komissiyanın qərarı ilə Amerika Kino Akademiyasının Oskar Mükafatına “Xarici dildə ən yaxşı film” nominasiyasına təqdim edilmək üçün seçilib. Film 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub.
Parfüm şüşəsi uşağın əlini və üzünü yandırdı
Türkiyənin Ərzurum ərazisində 11 yaşlı uşaq tanınmaz hala düşüb. Vedat adlı uşaq zibil atmaq üçün zibil qutusuna yaxınlaşıb. Tullantıların yandırılması zamanı alışan parfüm şüşəsi qəflətən partlayıb və nəticədə uşaq ağır yanıq xəsarətləri alıb.
Azərbaycan genişmiqyaslı hərbi təlimlərə başladı
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub. Təlimlər sentyabrın 22-dək davam edəcək.
Müdafiə naziri “TurAz Qartalı - 2017” təlimlərinin açılış mərasimində iştirak edib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimində iştirak ediblər. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq çıxışına ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə başlayıb.
Yaşlılara Hörmət Günü
Hər il sentyabrın üçüncü bazar ertəsi Yaponiyada Yaşlılara hörmət Günü qeyd edilir. Cari ildə bu Gündoğar ölkədə 90 yaşdan yuxarı insanların sayı ilk dəfə iki milyon həddini keçib. Bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin dərc etdiyi yapon cəmiyyətinin yaş tərkibi barədə statistik məlumatda qeyd edilir. 1980-ci ildə həmin rəqəmin 120 min nəfər təşkil etdiyi bildirilir. Məlumatda vurğulanır ki, yapon cəmiyyəti sürətlə qocalır, gənclər uşaqların dünyaya gəlməsinə getdikcə daha az həvəslə yanaşırlar və bu, daha yuxarı yaşlarda baş verir. Eyni zamanda, səhiyyə xidmətinin keyfiyyətinin yüksəldiyi və nəticədə yaşlı insanların sayının artdığı qeyd edilir.














