Gündəm
Universitetdə “İslam Həmrəyliyi İli”nə həsr olunmuş görüş
Mədəniyyət və İncəsənət Universitetində Bilik Fondunun təşkilatçılığı, Təhsil Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “İslam Həmrəyliyi İli”nə həsr edilmiş görüş təşkil olunub. “Olaylar” bildirir ki, Universitetin “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə Bilik Fondu tərəfindən dəvət olunmuş qonaqlar, fondun əməkdaşları Almaz Axundova, İslam İslamzadə, Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva və tələbələrin iştirakı ilə “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda maarifləndirici mühazirələr dinlənilib. Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə islam həmrəyliyi ideyası, Azərbaycandakı multikultural ənənələr, formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər.
"Məndən uşağı olmaq istəyən çox kişi var" deyən aparıcının hesabı oğurlandı
Cazibədar aparıcı Seda Akgülün Instagram hesabı oğurlanıb. Akgül Tvitter-dən başına gələn bu hadisə barədə təqibçilərinə xəbər verib. Arıqladıqdan sonra İnstaqram-da paylaşdığı pozalarla tez-tez gündəmə gələn Seda hesabının hakerlər tərəfindən ələ keçirilməsini Tvitter-dən yazdığı bu mesajla xəbər verib:
Azərbaycanda radio rəhbəri qalmaqallı şəkildə bütün heyəti ilə işdən çıxarıldı
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə aid 107.7 FM dalğasında yayımlanan "Avto Radio"nun rəhbəri Cavid Nemətzadə və komandası işindən ayrılıb. On beş nəfərlik komandadan on ikisi iş yerini tərk edib. C.Nemətzadə əməkdaşımızla söhbətində faktı təsdiqləyib: "Sentyabrın 9-dan rəhbərlik qərara aldı ki, menecment idarəetməni "Beat Group"a təhvil versin. "Avto Radio" mənimlə yarandı, mənimlə də getdi. Artıq rebrending edərək, adını da dəyişiblər. "Instagram" səhifələrində də dəyişiklik var. Rəhbərlik "Beat Group"la işləmək və yeni mahnılar vermək qərarına gəldi. Mənə deyilən səbəb bu idi. Görünür, mənim götürdüyüm istiqamət, retro rəhbərliyin xoşuna gəlmir, yeni mahnılar eşitmək istəyir.
Daha bir kurort bölgəsində spirtli içkilərə QADAĞA
Hindistanın Qoa ştatının rəhbərliyi yeni istirahət mövsümünün başlanması ilə ictimai yerlərdə spirtli içkilərin satışını qadağan etmək niyyətindədir. Bunu ştatın baş naziri elan edib. Qadağa artıq bu ilin oktyabrında qüvvəyə minə bilər. Nazirin sözlərinə görə, bu qərara səbəb sərxoş insanların səbəb olduğu xoşagəlməz halların qarşısını almaqdır.
İraq Kürdüstanının müstəqillik referendumu ilə bağlı qərar verildi
raq Ali məhkəməsi İraq Kürdüstanının müstəqillik referendumunun dayandırılması barədə qərar qəbul edib. Məhkəmə bu gün qərar çıxarıb. Qeyd edək ki, İraq Kürdüstanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar.
Dövlət Sosial Müdafiə Fondunun 8 rayon şöbəsinin əməkdaşları üçün seminar müşavirə təşkil olunub
Ölkəmizin pensiya qanunvericiliyindəki son dəyişikliklər pensiya təminatı sisteminin müasir tələblərə uyğun təkmilləşməsinə, qabaqcıl dünya təcrübəsi əsasında pensiya təminatı sistemində sığorta prinsiplərinin gücləndirilməsinə, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırılmış uyğunluğun yaradılmasına imkan verib. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya qanunvericiliyindəki son dəyişikliklərlə əlaqədar Masallı rayonunda keçirdiyi seminar-müşavirədə bildirilib. Tədbirdə Fondun Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Biləsuvar, Neftçala və Cəbrayıl rayon şöbələrinin aidiyyəti sektorlarının əməkdaşları iştirak edib.
Məşhur İsrail kardioloqları Şabranda azərbaycanlının toyunda
Qusarda "Qusar Göl İstirahət Zonası"ına dəvət aldığımız vaxtda çöx urəkaçan bir mənzərə ilə rastlaşdıq. Havanın sərin vaxtında göldə çımənləri görəndə təəccübləndik, sonradan öyrəndik ki, onlar İsraildən gəlmiş məşhur həkim kardioloqlardir. Onlara yaxınlaşaraq bura necə gəlmələri haqda maraqlandıq və öyrəndik ki, onların bura gəlməsinə səbəb olan İsraildə "HADASSAH" Universitetinin tədris klinikasında uzmanlıq təhsili alan və həmin tədris mərkəzində böyük nüfuz sahibi, azərbaycanlı soydaşımız, əslən Şabrandan olan İlqar Tahiroğludur. İlqar bəylə söhbət edərkən o bizi ətraflı məlumatlandıraraq dedi:
“Traviata” nümayiş olunacaq
Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası nümayiş olunacaq. “Olaylar” bildiriri ki, tamaşada əsas partiyalarda teatrın aparıcı solistləri - əməkdar artistlər İnarə Babayeva (Violetta), Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon), Əkrəm Poladov (Doktor Qrevil), Xalq Artisti, Vokalçıların Bülbül adına adına I müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov (Markiz d`Obinyi) və Nina Makarova (Flora) çıxış edəcəklər.
Uşaq Filarmoniyasının şagirdləri Üzeyir Hacıbəylini andı
Azərbaycanın mədəniyyət və turizm naziri Əblüfəs Qarayev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə, mədəniyyət və incəsənət xadimləri Milli Musiqi Günü münasibətilə Fəxri Xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ü. Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinə olan xidmətləri, onun çoxşaxəli fəaliyyəti haqqında çıxış etdi və onun irsinin layiqincə qorunduğunu, gördüyü işlərin davam etdirildiyini qeyd etdi.
Qəbələdə Ümumdünya Gömrük Təşkilatının iclası keçirilib
Sentyabrın 18-də Azərbaycan Respublikasının Qəbələ şəhərində Ümumdünya Gömrük Təşkilatının MDB ölkələri üzrə hüquq-mühafizə fəaliyyətinə dair RILO-Moskva Regional Məlumat Əlaqələndirmə Qovşağının iştirakçı ölkələrinin gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin 16-cı iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasa Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan və Qırğızıstan gömrük orqanlarının əməkdaşları, eləcə də RILO-Seulun məsul nümayəndəsi qatılıb. İclasın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov hüquq-mühafizə fəaliyyəti çərçivəsində RILO-Moskva ilə əməkdaşlığın hər il inkişaf etdiyini bildirib. Qeyd edilib ki, Azərbaycan Gömrük Xidmətinin RILO-Moskva ilə gömrük hüquqpozmalarına qarşı mübarizə, eləcə də təcrübə və informasiya mübadiləsi sahəsində əməkdaşlığı ilbəil genişlənir.
Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin bank hesablarını açıb
Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin (İA) bank hesablarını açıb. “Olaylar” xəbər verir ki, bu barədə “Turan” özü məlumat yayıb. Agentliyə qarşı qaldırılmış cinayət işinə xitam verilib-verilmədiyi isə hələ dəqiq məlum deyil. Xatırladaq ki, Vergilər Nazirliyi “Turan İnformasiya Agentliyi” MMC-də yoxlama aparıb. Vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədi ilə aparılan səyyar vergi yoxlamasının nəticələrinə əsasən, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. “Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb.
Heydər Əsədov Salyanda qəbul keçirəcək
Kənd təsərrüfatı naziri Heydər Əsədov sentyabrın 22-də saat 11:00-da Salyan rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Neftçala, Sabirabad, Hacıqabul və Salyan rayonlarının sakinləri ilə görüşəcək. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Nazirliyə (012) 493 51 64, (050) 352 06 27) və Salyan rayon Kənd Təsərrüfatı İdarəsinə (050) 317 58 00) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Xanımı xalq artistinin səhhətindən danışdı: "Xəstəxanadan çıxmağı düşünürük"
Gülben Ergen məşhur iş adamı ilə sevgili oldu
Gülben Ergenin izmirli iş adamı Tolga D. ilə görüşdüyü iddia edilib. Biznesmen müğənninin keçmiş həyat yoldaşı Erhan Çelikə bənzərliyi ilə diqqət çəkib. Mənbələrin sözlərinə görə, Gülben Ergenin sevgili olduğu Tolga D həyat yoldaşı ilə boşanma mərhələsindədir.
Elmar Məmmədyarov Azərbaycanda təhsil almış laoslu tələbələrlə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanda təhsil almış laoslu tələbələr qrupu ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir təhsil sahəsinin Azərbaycan və Laos arasında ikitərəfli humanitar münasibətlərdə xüsusi yer tutduğunu və bu sahədə tarixə söykənən ənənəvi əməkdaşlığın davam etdirilməsi və irəlilədilməsinin vacib olduğunu qeyd etdi. O həmçinin, Laosa rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə təhsil sahəsində əlaqələrin inkişafı üçün qarşılıqlı xoş niyyətin ifadə edildiyini bildirib.
.jpg)












