Uşaq Filarmoniyasının şagirdləri  Üzeyir Hacıbəylini andı

Azərbaycanın mədəniyyət və turizm naziri Əblüfəs Qarayev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə, mədəniyyət və incəsənət xadimləri Milli Musiqi Günü münasibətilə Fəxri Xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ü. Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinə olan xidmətləri, onun çoxşaxəli fəaliyyəti haqqında çıxış etdi və onun irsinin layiqincə qorunduğunu, gördüyü işlərin davam etdirildiyini qeyd etdi.

Nazirin çıxışından sonra isə Azərbaycan Dövlət Xor Kapellası dahi Ü.Hacıbəylinin ilk  muğam operası olan "Leyli və Məcnun"-dan "Şəbi-hicran" xorunu səsləndirdi. Xorun bədii rəhbəri və dirijoru Gülbacı İmanovadır.

Dahi Üzeyir Hacıbəylinin yad edilməsi mərasimində Azərbaycan Dövlət Üzeyir Hacıbəylinin də iştirak edirdi. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının şagirdləri də öz növbələrində rəngarəng dünyalarını əks etdirən geyimlərlə bəstəkarın görüşünə gəlmişdilər. Sonda mərasim iştirakçıları Fəxri Xiyabanda dəfn olunan görkəmli musiqi xadimlərinin məzarları üstünə çiçək dəstləri düzüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31