Universitetdə “İslam Həmrəyliyi İli”nə həsr olunmuş görüş

Mədəniyyət və İncəsənət Universitetində Bilik Fondunun təşkilatçılığı,  Təhsil Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “İslam Həmrəyliyi İli”nə  həsr edilmiş görüş təşkil olunub. “Olaylar” bildirir ki, Universitetin “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə Bilik Fondu tərəfindən dəvət olunmuş qonaqlar, fondun əməkdaşları Almaz Axundova, İslam İslamzadə, Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva və tələbələrin iştirakı ilə “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda maarifləndirici mühazirələr dinlənilib. Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə islam həmrəyliyi ideyası, Azərbaycandakı multikultural ənənələr, formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər.

Mədəniyyət və İncəsənət Universitetində Bilik Fondunun təşkilatçılığı,  Təhsil Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "İslam Həmrəyliyi İli"nə  həsr edilmiş görüş təşkil olunub. "Olaylar" bildirir ki, Universitetin "Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi"ndə Bilik Fondu tərəfindən dəvət olunmuş qonaqlar, fondun əməkdaşları Almaz Axundova, İslam İslamzadə, Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva və tələbələrin iştirakı ilə "Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir" mövzusunda maarifləndirici mühazirələr dinlənilib. Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə islam həmrəyliyi ideyası, Azərbaycandakı multikultural ənənələr, formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər.

2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tələbinə uyğun olaraq, keçirilən tədbirlərin mahiyyətindən danışan qonaqlar dini radikalizmə və ekstremizmə qarşı mübarizədə islam Həmrəyliyinin rolunu diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31