Gündəm

Azərbaycanlı "gəlin"i fahişəliyə cəlb edən bəy namizəd: Yaxşılığımdan sui-istifadə edildi

18 Sentyabr 2017 16:53

Fahişəliyə qarşı türk polisinin Adanada təşkil etdiyi təxirəsalınmaz əməliyyatlar zamanı ələ keçən Zuhal Topalın evlilik verilişinin bəy namizədi Birkan ilk açıqlamasını edib. Birkan ədliyyə binasına aparılarkən müxbirlərə etdiyi açıqlamada "Etdiyim yaxşılıqdan sui-istifadə edildi. Sərbəst buraxılsam, açıqlama verəcəm", - deyib.

Birinci sinfə şagird qəbulunun vaxtı uzadıldı

18 Sentyabr 2017 16:52

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 2017-2018-ci tədris ili üçün I sinfə şagird qəbulunun III mərhələsinə start verilib. Bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərməklə BŞTİ-yə yazılı müraciəti əsasında sentaybrın 16-dan oktyabrın 15-dək aparılır. Həmin müddətdən sonra müraciətlər qəbul olunmayacaq. Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim etməlidirlər. Sənədlər qəbul olunduqdan sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

Klinika rəhbəri məhkəmədə ifadə verib

18 Sentyabr 2017 16:49

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülşən Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib. İclasda zərərçəkmiş şəxs qismində "Leyla Şıxlinskaya" klinikasının rəhbəri Leyla Şıxlinskaya ifadə verib. O, dəymiş ziyanın ödənilməsini istəyib. İclasda məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Proses sentyabrın 22-də davam edəcək. Qeyd edək ki, G. Məmmədovanın L. Şıxlinskaya ilə rəfiqə olduğu bildirilir. O, L. Şıxlinskayanın qiyməti 30 min manat olan brilliant üzüyünü satmaq adı ilə alaraq lombarda qoyub, pul götürüb.

Prokuror "Nardaran işi" üzrə təqsirləndirilən şəxslərə cəza istəyib

18 Sentyabr 2017 16:47

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Zülfüqar Mikayılovun 18 il, Faiq Allahverdiyevin 15 il, Əli Hüseynovun 14 il, Mehman Quliyevin 15 il, Mehman Məmmədovun 14 il, Eldar Bünyatovun 14 il, Elman Ağayevin 15 il, Elxan Həsənovun 14 il, Ramil Seyfullayevin 15 il, Mübariz İbrahimovun 15 il, Ruzi İsmayılov və Cabir Əliyevin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses sentyabrın 25-də davam etdiriləcək.

Britaniyalı deputat: “Postsovet ölkələrində vərəm xəstəliyi ilə bağlı vəziyyətin ümumi cəhətləri var”

18 Sentyabr 2017 16:46

“Bütün postsovet ölkələrində vərəm xəstəliyi ilə bağlı vəziyyətin ümumi cəhətləri var”.  Bu barədə  Tbilisidə vərəm xəstəliyi ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfransda iştirak edən Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü baronessa Elison Satti deyib.  Onun sözlərinə görə, ümumi cəhətlərin əsas səbəblərindən biri sovet dövrünün sonunda ölkələrin səhiyyə sistemində yaşanmış tənəzzüldür: “Həmin dövrdə vərəm xəstələri üçün dərmanların əlçatan olmaması və müalicə kursunun başa çatdırılmaması müşahidə olunub. Vərəm xəstəliyinin yayılmasına hər ölkədə mövcud spesifik sosial problemlər də təsir edib”.

MTRŞ: Əvvəlki dövrlərdə verilişləri bağlanmış aparıcılar baş verənlərdən dərs götürməyiblər

18 Sentyabr 2017 16:44

“Yeni efirə çıxan müzakirə xarakterli, bəzi şou verilişlərdə müşahidə olunan bir çox hallar təəssüf doğurur” “Bir çox hallarda aparıcıların verilişlərdə qalmaqalların katalizatoru və təşkilatçısı rolunu oynamaları diqqəti cəlb edir. Müşahidələr göstərir ki, belə hallara daha çox əvvəlki dövrlərdə milli-mənəvi dəyərlərə riayət edilməməsi və ya digər qanun pozuntuları səbəbindən apardıqları verilişləri bağlanmış aparıcılar yol verir. Görünür, onlar baş verənlərdən dərs götürməyiblər”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Azərbaycanlı müğənni: "Ərim cadu etdirmişdi ki, onu sevim"

18 Sentyabr 2017 16:41

Bütün zamanlarda batil inanclara tapınmaq, cadu etdirmək, fala baxdırmaq mövcud  olub. Elmin, texnikanın inkişaf etdiyi dövrdə yaşamağımıza baxmayaraq, hələ də falçıların qapılarında saatlarla yaranan növbələr, məzar daşlarının altından qıfıl tapan insanlar mövcuddur. Bir çoxları problemlərinin həllini, varlanmağın, işdə qabağa getməyin, şansının bol olmasının açarını falçılarda, onların yazdıqları dualarda, cadularda görürlər. Xüsusilə də gəlin-qayınana münasibətlərinin tənzimlənməsində,  məşhurlaşmaqda, kiminsə ailəsinə müdaxilə etməkdə bu vasitədən istifadə geniş yer alıb. Hətta bu yaxınlarda sosial şəbəkələrdə sancaqlanmış bir kişi şəkli yayıldı və bildirildi ki, ona cadu etmək üçün bu vasitədən istifadə ediblər.

Bu, Sərkisyanda dəhşətli qorxu yaratdı – Erməni ekspert

18 Sentyabr 2017 16:35

İrəvan Moskvaya öz sədaqətini sübut etməyə çalışır. Bu sözlər erməni yazar Sərkis Artsruninin “1in.am” saytındakı məqaləsində yer alıb. “Yelk blokunun Ermənistanın Avrasiya İttifaqından çıxması ilə bağlı təşəbbüsü İrəvanın Moskva qarşısından mövqeyini gücləndirməli idi. Bunu ən azından sağlam məntiq söyləyirdi. Görünür, Ermənistan hökuməti hətta öz kölgəsindən belə qorxur. Rusiya ekspertlərinin Yelk blokunun təşəbbüsünün arxasında rəsmi İrəvanın olduğunu söyləməsi isə hökumətdə dəhşətli qorxu hissi yaradıb. Buna görə onlar dəridən-qabıqdan çıxırlar ki, Moskvaya öz sədaqətlərini nümayiş etdirsinlər.

Azercell “Gəncə Marafonu - 2017-nin eksklüziv tərəfdaşı

18 Sentyabr 2017 16:28

Şirkətin rəsmi dəstəyi ilə yanaşı, onlarla Azercell əməkdaşı da marafona qatılaraq 17 km-lik yürüş etdi. Ölkəmizdə hər zaman idmanın inkişafına, sağlam həyat tərzinə yönəlik layihələrin carçısı olmuş Azercell Telekom sentyabrın 17-də Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşəbbüsü vəGəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan “Gəncə Marafonu - 2017” layihəsinin eksklüziv tərəfdaşı qismində çıxış etdi. Azərbaycanın qədim mədəniyyət incisi Gəncə “Tarixlə addımla!” şüarı altında regionlar arasında keçirilmiş marafona ev sahibliyi edən ilk şəhər oldu. Müxtəlif ölkələrdən olan 11 min iştirakçını əhatə edən Marafon Gəncə şəhərində yerləşən “Zəfər Tağı”ndan start götürərək Heydər Əliyev adına park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə etdi.

Rusiyada prezident seçkilərinin vaxtı açıqlanıb

18 Sentyabr 2017 16:16

Rusiyada prezident seçkiləri gələn il martın 18-də keçiriləcək. Bunu Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Maya Qrişina deyib. Qanunvericiliyə əsasən yeni seçiləcək prezident 6 il bu vəzifədə olacaq. Hazırkı prezident Vladimir Putinin namizədliyini irəli sürmək hüququ var, lakin o, hələlik qərarını elan etməyib.

Hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətləri mühüm rol oynayır

18 Sentyabr 2017 16:14

Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının da daha münbit şəraitdə inkişaf etməsi istiqamətində bir sıra işlər görülüb. Xüsusən, vətəndaş cəmiyyətlərinin sərbəst şəkildə fəaliyyəti üçün qanunvericilik bazasının yaradılması, beynəlxalq sənədlərin ratifikasiyası tədqirəlayiq haldır. Artıq görülən işlərin nəticəsidir ki, Azərbaycanda beynəlxalq qlobal məsəllərin həllinə öz töhvəsini verən Qeyri-Hökumət Təşkilatları fəaliyyətdədir.  Onu da xatırladaq ki, hələ müstəqilliyin ilk illərində "İctimai birliklər haqqında qanun"un qəbul olunması və 200-ə yaxın qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınsa da, demək olar ki, bu sahədə heç bir irəliləyiş hiss olunmamışdı. Ölkədə davam edən qeyri-sabitliyin, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq üçün 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə 1993-1995-ci illərdə aparılan mühüm tarixi tədbirlər nəticəsində ölkədə siyasi sabitlik və cəbhədə atəşkəs təmin olundu.

QMİ Allahşükür Paşazadənin oğlu ilə bağlı yayılan məlumatlar barədə

18 Sentyabr 2017 16:00

“Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidməti olaraq bildiririk ki, son günlər İdarənin sədri ilə bağlı yayılan məlumatlar iftira xarakterli olub, Sədrin şəxsinə və Şeyxülislam məqamında fəaliyyətinə kölgə salmaq məqsədi güdən təxribatlardır”. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətindən bildirilib. “İdarənin genişmiqyaslı fəaliyyəti, ölkə xaricində həyata keçirdiyi nüfuzlu beynəlxalq tədbirlər, ölkə daxilində reallaşdırdığı layihələrin önəmini azaltmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində dinlərarası dialoq müstəvisində əldə etdiyi nailiyyətləri gözdən salmaq məqsədilə aparılan məqsədyönlü qaralama kampaniyasını qətiyyətlə pisləyir və gündəmə gətirilən saxta məlumatları təkzib edirik.

“WhatsApp”da peyğəmbəri təhqir etdiyinə görə ölüm cəzası aldı

18 Sentyabr 2017 15:57

Pakistanda 35 yaşlı xristian Nadim Ceyms edam cəzasına məhkum edilib. Buna səbəb kimi onun “WhatsApp” messencerində yazdıqlarının Məhəmməd peyğəmbərə təhqir kimi qiymətləndirilməsi olub. Nadim Ceyms öz tanışına “WhatsApp” vasitəsilə şeir göndərib. Həmin şəxs isə bununla bağlı polisə məlumat verib. Hökm sentyabrın 15-də ölkənin Qucarat şəhərində verilib. N.Ceymsin vəkili apelyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

Mənzildən 12 min manatliq qizil aparıblar

18 Sentyabr 2017 15:55

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 12 min manat olan qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Allahverdi Ələkbərzadə və Kamil Qaraxanov tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların Ramana qəsəbəsi və Şuşa şəhərciyində yerləşən daha 3 fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub.

Musiqili Teatrda 108-ci mövsümün açılışı olub

18 Sentyabr 2017 15:53

Musiqili Teatrında yeni - 108-ci teatr mövsümünün açılışı olub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a  bildirib ki, bayram əhval-ruhiyyəli açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış içtimai xadimləri, mədəniyyət və sənət adamları və digər mötəbər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən Musiqili Teatrın Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı ötən mövsümdə qazanılan uğurlar, qarşıdakı hədəflər və yeni tamaşalar haqqında danışıb. Daha sonra dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası tamaşaçılara təqdim olunub. Anşlaqla keçən açılış mərasimi və tamaşa izləyicilər tərəfindən böyük rəğbət, sevgi və alqışlarla qarşılanıb.