“WhatsApp”da peyğəmbəri təhqir etdiyinə görə ölüm cəzası aldı

Pakistanda 35 yaşlı xristian Nadim Ceyms edam cəzasına məhkum edilib. Buna səbəb kimi onun “WhatsApp” messencerində yazdıqlarının Məhəmməd peyğəmbərə təhqir kimi qiymətləndirilməsi olub. Nadim Ceyms öz tanışına “WhatsApp” vasitəsilə şeir göndərib. Həmin şəxs isə bununla bağlı polisə məlumat verib. Hökm sentyabrın 15-də ölkənin Qucarat şəhərində verilib. N.Ceymsin vəkili apelyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

Pakistanda 35 yaşlı xristian Nadim Ceyms edam cəzasına məhkum edilib. Buna səbəb kimi onun "WhatsApp" messencerində yazdıqlarının Məhəmməd peyğəmbərə təhqir kimi qiymətləndirilməsi olub.

Nadim Ceyms öz tanışına "WhatsApp" vasitəsilə şeir göndərib. Həmin şəxs isə bununla bağlı polisə məlumat verib.

Hökm sentyabrın 15-də ölkənin Qucarat şəhərində verilib. N.Ceymsin vəkili apelyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Onun sözlərinə görə, aralarında qız üstündə mübahisə düşdüyündən, şikayət ərizəsi vermiş şəxs, sadəcə olaraq, böhtan atıb. Vəkil bildirib ki, iddiaçıya xristian kişinin müsəlman qızla görüşməsi xoş gəlməyib.

Yerli hüquq müdafiəçiləri deyir ki, Pakistanda dinə təhqir ittihamları əksər hallarda şəxsi qərəz əsasında böhtanlar üçün istifadə edilir. Virtualaz.org 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31