Mənzildən 12 min manatliq qizil aparıblar

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 12 min manat olan qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Allahverdi Ələkbərzadə və Kamil Qaraxanov tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların Ramana qəsəbəsi və Şuşa şəhərciyində yerləşən daha 3 fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub.

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 12 min manat olan qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Allahverdi Ələkbərzadə və Kamil Qaraxanov tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların Ramana qəsəbəsi və Şuşa şəhərciyində yerləşən daha 3 fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub. A. Ələkbərzadə və K. Qaraxanov oğurladıqları qızıl-zinət əşyalarını metronun "Gənclik" və "Neftçilər" stansiyalarının yaxınlığında yerləşən qızıl qəbulu məntəqələrinə 4500 manata satıblar. Qeyd edilən faktla bağlı 12-ci PB-də toplanan material araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31