Hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətləri mühüm rol oynayır
Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının da daha münbit şəraitdə inkişaf etməsi istiqamətində bir sıra işlər görülüb. Xüsusən, vətəndaş cəmiyyətlərinin sərbəst şəkildə fəaliyyəti üçün qanunvericilik bazasının yaradılması, beynəlxalq sənədlərin ratifikasiyası tədqirəlayiq haldır. Artıq görülən işlərin nəticəsidir ki, Azərbaycanda beynəlxalq qlobal məsəllərin həllinə öz töhvəsini verən Qeyri-Hökumət Təşkilatları fəaliyyətdədir. Onu da xatırladaq ki, hələ müstəqilliyin ilk illərində "İctimai birliklər haqqında qanun"un qəbul olunması və 200-ə yaxın qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınsa da, demək olar ki, bu sahədə heç bir irəliləyiş hiss olunmamışdı. Ölkədə davam edən qeyri-sabitliyin, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq üçün 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə 1993-1995-ci illərdə aparılan mühüm tarixi tədbirlər nəticəsində ölkədə siyasi sabitlik və cəbhədə atəşkəs təmin olundu.
18 Sentyabr 2017 16:14 SosialAzərbaycan müstəqillik əldə etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının da daha münbit şəraitdə inkişaf etməsi istiqamətində bir sıra işlər görülüb. Xüsusən, vətəndaş cəmiyyətlərinin sərbəst şəkildə fəaliyyəti üçün qanunvericilik bazasının yaradılması, beynəlxalq sənədlərin ratifikasiyası tədqirəlayiq haldır. Artıq görülən işlərin nəticəsidir ki, Azərbaycanda beynəlxalq qlobal məsəllərin həllinə öz töhvəsini verən Qeyri-Hökumət Təşkilatları fəaliyyətdədir. Onu da xatırladaq ki, hələ müstəqilliyin ilk illərində "İctimai birliklər haqqında qanun"un qəbul olunması və 200-ə yaxın qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınsa da, demək olar ki, bu sahədə heç bir irəliləyiş hiss olunmamışdı. Ölkədə davam edən qeyri-sabitliyin, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq üçün 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə 1993-1995-ci illərdə aparılan mühüm tarixi tədbirlər nəticəsində ölkədə siyasi sabitlik və cəbhədə atəşkəs təmin olundu.Ulu Öndər Heydər Əliyevin tarixi mübarizəsi öz məntiqi və hüquqi nəticəsini 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında tapdı. Bu konstitusiya dövlətçiliyimiz və həm də vətəndaş cəmiyyətimiz üçün mühüm tarixi sənəd oldu. Çünki keçmiş bütün sənədlərdə yalnız məhdud və ideoloji çərçivədə olan birləşmək hüququ var idi. Bu hüququn təminatı belə yox idi. 1995-ci il konstitusiyasının 58-ci maddəsindəki birləşmək hüququ, onun preambulasındakı milli niyyətlərdən üçüncüsü olan "vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq" artıq müstəqilliyin verdiyi böyük imkanın hüquqi ifadəsi idi. Əslində, müasir və beynəlxalq standartlara uyğun olaraq yaranmış və fəaliyyət göstərən QHT-lər, məhz 1995-ci il konstitusiyasının qəbulundan sonra yaranmağa başlamışdı. Əlbəttə ki, müstəqilliyin ilk illərində ictimai birliklərin dövlət qeydiyyatına alınması bu dövrdə vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişaf etdiyindən bəhs etməyə əsas vermir. Amma 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasının preambulasındakı milli niyyətlərdən üçüncüsü olan "vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq" artıq dövlət müstəqilliyinin verdiyi böyük imkanın hüquqi ifadəsi idi. Məhz Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətinin ayrılmaz bir parçası olan QHT sistemi bu günümüzdə də inkişaf etməkdə, fəaliyyətini daha da genişləndirməkdədir. QHT-lərin inkişafı istiqmətində Ulu Öndər Heydər Əliyev tərəfindən atılan mühüm addımlar bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd edək ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir və bu sahədə qanunvericilik daim təkmilləşdirilir, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir. Son 10 il ərzində dövlət qeydiyyatına alınmış təşkilatların sayı 2 dəfə artaraq, hazırda 3 mini ötüb. Onlardan 500-ə yaxını, bilavasitə insan hüquqları və hüquq-müdafiə fəaliyyəti ilə bağlıdır. Qeyri-hökumət təşkilatlarına son illərdə kifayət qədər vəsait ayrılıb. Təhlillər göstərir ki, qrantların təxminən 58 faizi məhz yerli donorlar tərəfindən verilib. Bu gün qeyri-hökumət təşkilatları ictimai həyatın müxtəlif sahələrində çox mühüm işlər görərək, uğurlu proqram və layihələr həyata keçirirlər. Bununla da dövlətimizin və cəmiyyətimizin davamlı inkişafında onların rolu getdikcə artır. Məhz Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyəti institutları ölkənin iqtisadi, sosial və mədəni həyatında mühüm rol oynayıb. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının bir nümunəsinə çevrilib. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qeyd edib ki, Azərbaycan dövləti "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını qəbul edib. Orada QHT-lərin digər vətəndaş cəmiyyəti institutlarımızın, eləcə də dövlətimizin i inkişaf perspektivləri ilə bağlı bütün məqamlar öz əksini tapıb. Ona görə də üçüncü sektorun inkişafı ilə bağlı başqa hansısa sənəd, konsepsiya aparmağa ehtiyac yoxdur. Çünki bu konsepsiyada hər şey göstərilib. QHT evlərinin, regionlarda yeni resurs və təlim mərkəzlərinin yaradılması, mərkəzdə, eləcə də regionlarda vətəndaşların, xüsusən gənclərin daha çox vətəndaş cəmiyyəti institutlarına cəlb edilməsi bu sektorun daha da inkişafına təkan verəcək. Həmçinin QHT-lərin ofislə təmin edilməsi, maddi-texniki bazasının yaradılması və ya yaxşılaşdırılması məhz üçüncü sektorun inkişafına kömək olacaq addımlardandır. Bütün bunlar QHT-lər üçün şəraitin yaradılmasıdır. Bu imkanların yaradılması, mövcud problemlərin həll edilməsi isə daha çox insanın, geniş kütlələrin bura cəlb edilməsi deməkdir. İnsanların öz asudə vaxtlarını təşkil etməsi, gənclərin təşkilatlanması, təcrübələnməsi, müxtəlif bilik və bacarığa yiyələnməsi, ofis, kompüter, dili biliklərinə yiyələnməsi məhz QHT-lərin daha güclü olması nəticəsində baş verə bilər. Bütün bunlarla yanaşı, nəticədə insanların vətəndaş cəmiyyəti institutlarının mahiyyətini anlaması, onu öyrənməsi gələcək fəaliyyəti üçün böyük bir əsas təşkil edir. Eyni zamanda veteranların, şəhid ailələrinin, əlillərin və onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, hüquqlarının müdafiə edilməsi vətəndaş cəmiyyəti olaraq bizim başlıca vəzifələrimizdən biridir: "Ona görə də üçüncü sektorun perspektivi var. Yəni cəmiyyətimizdə savadlı, ziyalı, təşkilatlanmış, təhsilli, eləcə də xaricdə təhsil almış gənclərimiz mövcuddur. Ümumiyyətlə cəmiyyətimizdə müxtəlif təbəqələr var və bütün bu insanların vətəndaş cəmiyyətinin işində yaxından iştirak etməsi, bura cəlb edilməsi məqsədi ilə biz işimizi daha daha da inkişaf etdirməli, təşkilatlanmalı və geniş iş aparmalıyıq. Bunları həyata keçirmək üçün isə dövlət dəstəyi vacibdir. Bunlardan biri dövlət sosial sifarişinin vətəndaş cəmiyyətinə daha çox etibar etməsidir. Hesab edirəm ki, dövlət sosial sifarişləri daha çox QHT-lərə verilməlidir. Bu vasitə ilə üçüncü sektorun dövlət proqramlarının icrasına daha geniş cəlb olunmaqla burada balansını artırmaq lazımdır. Bu yeni iş yerlərinin açılması ilə bərabər, eyni zamanda dövlət vəsaitinin əldə edilməsi və işin daha da gücləndirilməsi, səmərəliliyin artırılması deməkdir. Bütün bunlar eyni zamanda vətəndaş cəmiyyətinin səfərbər edilməsi anlamını daşıyır. Biz bu gün kiçik layihələr həyata keçiririk. Biz tez-tez xarici qonaqlarla görüşürük. Onlar bizə sual verirlər ki, siz belə böyük təşkilat, koalisiya olduğunuz halda nə üçün kiçik layihələr həyata keçirirsiniz? Hesab edirəm ki, belə məqamlar aradan qaldırılmalı və balanslaşdırılmalıdır. Həmin o perspektiv, inkişaf məsələlərində bütün bunlar nəzərə alınmalıdır. Dövlət büdcəsi hesabına müxtəlif istiqamətlərdə həyata keçirilən dövlət proqramlarına QHT-lər aktiv şəkildə cəlb edilməlidirlər. Bu da heç şübhə yox ki, gələcək perspektivdə vətəndaş cəmiyyətinin sivil, beynəlxalq standartlara uyğun inkişafına müsbət təsir göstərə bilər". Birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycanda vətəndaş cəmiyyətinin davamlı inkişafı QHT-lərin fəaliyyətinin genişlənməsinə imkan yaradıb. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, vətəndaş cəmiyyəti ictimai nəzarəti həyata keçirməklə dövlətin daha səmərəli fəaliyyət göstərməsinə yardım göstərir, eyni zamanda dövlət maraqları ilə cəmiyyətin və vətəndaşların maraqlarını uzlaşdırır. Ə. Nuriyev hesab edir ki, hüquqi dövlət quruculuğu prosesində vətəndaş cəmiyyəti çox əhəmiyyətli rol oynayır: "Hüquqi dövlət qanunun aliliyini, insan hüquq və azadlıqlarını, hər kəsin qanun və məhkəmələr qarşısında bərabərliyini təmin edir. Hüquqi dövlətin effektiv fəaliyyət göstərməsi onun bərabərhüquqlu tərəfdaşının olması ilə şərtlənir. Belə tərəfdaş kimi isə vətəndaş cəmiyyəti çıxış edir. Vətəndaş cəmiyyəti ictimai nəzarəti həyata keçirməklə dövlətin daha səmərəli fəaliyyət göstərməsinə yardım göstərir, eyni zamanda dövlət maraqları ilə cəmiyyətin və vətəndaşların maraqlarını uzlaşdırır. Beləliklə, cəmiyyətin harmonik inkişafına zəmin yaradır. Vətəndaş cəmiyyəti dövlətin ictimai maraqlara xidmət etməsini təmin etməklə, demokratik idarəçilik prinsipləri, siyasi plüralizm, iqtisadi azadlıqların qorunmasının keşiyində durur. Vətəndaş cəmiyyəti institutları cəmiyyətdəki proseslərin idarə olunması, yeni çağırışlara adekvat cavab verilməsi məsələlərində dövlətin məsuliyyətini bölüşür və cəmiyyətlə dövlətin əks-əlaqəsini təmin edir. Vətəndaş cəmiyyəti dövlətin maraqları üçün vətəndaş təşəbbüslərini səfərbər edir. Vətəndaş cəmiyyəti qanunçuluq prinsipinin dövlətin bütün fəaliyyətində hakim olması üçün çalışır, bununla bərabər, vətəndaşların da qanunlara riayət ruhunda tərbiyə olunması üçün fəaliyyət göstərir. Bu isə şübhəsiz ki, hüquqi dövlət quruculuğunun əsas prinsipidir".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir