Gündəm

Məhəmmədhüseyn Şəhriyar anıldı – AMEA - da

19 Sentyabr 2017 09:16

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında XX əsr Azərbaycan və fars ədəbiyyatının görkəmli nümayəndələrindən olan Məhəmmədhüseyn Şəhriyarın vəfatının 29-cu ildönümü ilə əlaqədar ədibin xatirəsi yad edilib. “Olaylar” bildirir ki, tədbiri giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq şairin həyat və yaradıcılığından, poeziyaya verdiyi töhfələrdən danışıb. Bildirib ki, fars və Azərbaycan dillərində şeirlər yazan M.Şəhriyar dünyanın klassik şairləri arasında mühüm yer tutur. Onun dərin məzmunlu əsərlərində bəşəri-humanist ideyalar, real və ideal aləm, insan taleyi, şəxsiyyət və zaman kimi fəlsəfi mahiyyət daşıyan problemlər əksini tapır.

Putindən Bərzaniyə gözlənilməz kömək - 1 milyard dollar...

18 Sentyabr 2017 17:48

Rusiyanın neft şirkəti “Rosneft”  Kürd Muxtar Vilayəti ilə İraqdaki təbii qaz boru xəttinə qoyulacaq sərmayə məsələsində razılaşıb.  Rosneft”lə İraq Kürd Muxtar vilayətinin razılaşmasına görə, Rusiya İraqda təbii qaz boru xəttini maliyələşdirərək  1 milyard dollar məbləğdə sərmayə qoyacaq. Rusiyanın bu sahədəki sərmayələri gələcəkdə daha da artıracağı gözlənilir.

Yeni rəqs növü - Şərqdə və MBD-də ilk dəfə Azərbaycanda!

18 Sentyabr 2017 17:46

Bakıda ilk dəfə olaraq YARAT Freestyle və “DanceAbility Azerbaijan” şirkətinin birgə təşkilatçılığı ilə “DanceAbility – İnklüziv rəqs” ustad dərsləri təşkil olunub. Dərslər tanınmış rəqs pedaqoqu Nigar Sultanova-Yıldırım tərəfindən keçirilir. DanceAbility istər peşəkar, istər daha az təcrübəli rəqqaslar, o cümlədən sağlamlıq məhdudiyyəti olan və olmayan hər kəsə açıq özünəməxsus rəqs metodologiyasıdır. Bu metodologiya 1987-ci ildə ABŞ-da, Alito Alessi və Karen Nelson tərəfindən tərtib edilib. Alito Alessi son 30 il ərzində dünyanın hər yerindən dərslərinə qatılan fərqli bacarıqlarda iştirakçılarla iş prosesindən bəhrələnib. Hazırda DanceAbility rəsmi olaraq Azərbaycanla yanaşı Avstriya, Finlandiya, Honq Konq, Meksika və Uruqvayda fəaliyyət göstərir.

Azərbaycana daha çox haradan turist gəlib?

18 Sentyabr 2017 17:39

Azərbaycan bu il ərzində 25 ölkədən xarici vətəndaş qəbul edib. Azərbaycanın daha çox xarici vətəndaş qəbul etdiyi ölkələr sırasında Rusiya liderlik edir. Azərbaycana daha çox turistin gəldiyi ilk 5 ölkənin siyahısında sonrakı yerləri Gürcüstan, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi tutur. Ardıcıllıq üzrə Azərbaycana daha sonra Ukrayna, İraq, Qazaxıstan, Birləşmiş Krallıq, Səudiyyə Ərəbistanı, Oman, Özbəkistan, Almaniya, ABŞ, Türkmənistan, Belarus, Pakistan, İsrail, Hindistan, Küveytdən turist gəlir. Azərbaycanın nisbətən daha az turist qəbul etdiyi siyahıdakı sonuncu 5 ölkə isə İtaliya, Çin, Fransa, Qətər, Niderlanddır.

Bakıda güclü yanğın:  Göyün üzünü tüstü aldı

18 Sentyabr 2017 17:34

Bakının Buzovna qəsəbəsində güclü yanğın başlayıb. Bu barədə yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, Xəzər rayonu Buzovna qəsəbədə güclü yanğın başlayıb. Yanğından çıxan tüstü o qədər güclüdür ki, az qala bütün göy üzünü alıb. Hələlik yanğının dəqiq ünvanı və səbəbləri barədə məlumat verilmir.

BQXK: Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətini daim diqqətdə saxlayırıq

18 Sentyabr 2017 17:25

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Ajmone Sesseranı qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Müvəkkil onlara Ombudsman təsisatının fəaliyyəti, müxtəlif əhali qruplarının, həmçinin girov və ya əsir götürülmüş şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Ermənistanın Azərbaycana 25 ildən artıq müddətdə hərbi təcavüzünün davam etməsi, əsir və girov soydaşlarımızın, o cümlədən Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün doğma yurdlarına getdikləri zaman Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılmaması, dünya ictimaiyyətinin bu qeyri-hüquqi, qeyri-insani hadisəyə hələ də susqunluqla yanaşdığının beynəlxalq hüquq normalarına uyğun olmaması ilə bağlı narahatlığını ifadə edib.

Məşhur həkim intihar edib

18 Sentyabr 2017 17:20

Bu gün Türkiyənin məşhur ürək cərrahı professor İlhan Paşaoğlu intihar edib. Hacettepe Universitetinin professoru İ. Paşaoğlu Ankarada evində özünü öldürüb. Cərrahın intihardan əvvəl ailəsinə yazdığı məktubun itdiyi iddia olunur. Tükiyənin 10-cu prezidenti Əhməd Necdət Sezəri də əməliyyat etmiş İ. Paşaoğluna Hacəttəpə Universitetində vida mərasimi təşkil edilməməsi diqqət çəkib. Cərrah bu gün Ankarada dəfn ediləcək.

Nigeriyada PARTLAYIŞ

18 Sentyabr 2017 17:16

Nigeriyanın şimal-şərqindəki Borno ştatında törədilmiş partlayış nəticəsində azı 15 nəfər həlak olub, 40-dan çox adam yaralanıb. Partlayış iki kamikadzenin özünü partlatması ilə baş verib. Məlumata görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı düşərglərin birində baş verib.

II Qaregin dünya ermənilərinə səsləndi

18 Sentyabr 2017 17:06

“Dar gündə vətəndən üz çevirmək olmaz”. Bu sitat bütün ermənilərin katolikosu II Qareginin 6-cı Ermənistan-Diaspora Forumunun iştirakçılarına göndərdiyi məktubundan götürülüb. O, ölkəsində mövcud olan problemləri açıq etiraf edərək hakimiyyəti və bütün erməniləri onların həllində iştirak etməyə çağırıb: “Ermənistanda işsizliyin səviyyəsi azaldılmalı, miqrasiya probleminin qarşısını almaq üçün təxirəsalınmaz addımlar atılmalıdır. Bu problemlərin həlli üçün heç bir erməni öz vətənindən üz çevirməməli, ona kömək etməlidir”.

Almaniya səfiri yenidən Türkiyə XİN-ə çağırıldı

18 Sentyabr 2017 17:05

Almaniyanın Ankaradakı səfiri Martin Erdmann sentyabrın 18-də yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Almaniyanın “Spiegel Online” saytı məlumat yayıb. Məlumata görə, Almaniyanın Köln şəhərində terrorçu PKK qruplaşmasının bu ölkədəki təəssübkeşlərinin tədbir təşkil etməsinə və orada bu terror qruplaşması ilə bağlı təbliğat aparılmasına icazə verilib.

Türkiyəli general: "Afrin əməliyyatına Rusiyanı razı sala bilməmişik"

18 Sentyabr 2017 17:02

"Türkiyə sərhədin o tərəfindəki Afrin bölgəsində hərbi əməliyyatlar keçirmək üçün hazırlıqlara başladığını açıqlasa da, hal-hazırda sözün gerçək mənasında və hərtərəfli hazırlıqlar olduğunu düşünmürəm. Məncə, Rusiyanı tamamilə razı sala bilməmişik. Hal-hazırda Rusiya orada PYD-nin arxasında durduğunu göstərir. Ancaq Rusiya bunu PYD-yə rəğbət bəslədiyinə görə yox, ABŞ-ı oradan uzaq tutmaq və tarazlıq yaratmaq üçün edir". Bunu istefada olan general-leytenant, "Yeni Çağ" qəzetinin hərbi-strateji məsələlər üzrə şərhçisi Armağan Kuloğlu deyib. O bildirib ki, Suriyanın Afrin bölgəsi hal-hazırda Türkiyəyə təhdid yaradır, PYD terrorçuları oradan Türkiyəyə atış açır, terror aksiyaları törədirlər: "Afrin o vəziyyətdə ikən "Əl-Qaidə" terror təşkilatının bir qolu olan "Ən-Nusra" İdlibdə üstünlük qazandı. ABŞ onları oradan təmizləmək üçün əməliyyat planı hazırlayır, əməliyyatı ABŞ özü keçirəcək, yoxsa bu işi PYD-yə gördürəcək? Əməliyyatı PYD-nin əliylə həyata keçirmə ehtimalı yüksəkdir.

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin könüllüləri ilə görüş keçirilib

18 Sentyabr 2017 17:01

könüllülərlə görüşü təşkil olunub. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci vise-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda iki il ardıcıl keçirilən marafon yarışlarının böyük marağa səbəb olduğunu bildirib. Qeyd edilib ki, Regional İnkişaf İctimai Birliyi tərəfindən bölgədə belə bir yarışın təşkil olunması təklifi irəli sürülüb. Regionda ilk dəfə keçirilən Gəncə marafonunda 11 min şəxsin iştirak etməsi bu layihəyə bölgələrdən də marağın böyük olduğunu göstərir.

Azərbaycanda 471 insan "yol terroru"nun qurbanı oldu

18 Sentyabr 2017 16:57

2017-ci ilin 8 ayı ərzində Azərbaycanda 1189 yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. K.Əliyev bildirib ki, baş vermiş yol qəzaları zamanı 471 nəfər ölüb, 1148 nəfər isə yaralanıb. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 hadisə, 19 ölüm, 261 xəsarət azalıb.