Gündəm

Məşhur müğənninin evinə oğru girdi

19 Sentyabr 2017 10:26

Sılanın 10 gün ərzində qastrol səfərlərinə yollandığından xəbər tutan oğrular müğənninin Kadıköydəki evinə girib. Qıfılı sındıraraq evə girən oğrular Sılanın tədbiri sayəsində qiymətli əşya tapmayaraq evdən əliboş çıxıb. Hadisədən sonra Sıla təhlükəsizlik şirkətindən şikayət edib və başqa bir evə köçməyə qərar verib.

Millimiz İtaliyaya məğlub olub

19 Sentyabr 2017 10:19

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Faiq Qarayevin yetirmələri növbəti dəfə İtaliya yığması ilə üz-üzə gəliblər. Avro-2017-nin final mərhələsinin keçiriləcəyi Milli Gimnastika Arenasında baş tutan görüş paytaxtımızda qonaq olan apenninlilərin qələbəsi ilə yekunlaşıb. İtaliyalılar 3:1 (25:18, 25:22, 24:26, 25:15) hesabı ilə qalib gəliblər.

Payız Azərbaycana sentyabrın 23-ü qədəm qoyacaq

19 Sentyabr 2017 10:13

Bu il payız fəsli Azərbaycana sentyabrın 23-ü yerli vaxtla saat 00:02-də qədəm qoyacaq. "Olaylar" bildirir ki, bunu AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, bu tarixdə yay fəsli başa çatacaq və ölkə ərazisinə payız fəsli daxil olacaq.

İlham Əliyev sabah BMT-də çıxış edəcək

19 Sentyabr 2017 10:06

Sentyabrın 19-da Baş Assambleyanın 72-ci sessiyası çərçivəsində BMT-nin mənzil-qərargahında ümumi siyasi diskussiya açılacaq. Sessiya iştirakçıları qarşısında 120-dən çox dövlət və hökumət başçıları, həmçinin xarici işlər nazirləri və nümayəndə heyətlərinin başçıları çıxış edəcəklər. Ümumi müzakirələrdən əvvəl BMT-nin baş katibi üzv dövlətlərə təşkilatın işi barədə illik məruzəsini təqdim edəcək. Ənənəyə uyğun olaraq, Baş Assambleyanın tribunasından ilk müraciəti ABŞ və Braziliya prezidentləri edəcək. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də günün birinci yarısında çıxış edəcək.

Səyyar ASAN xidmət Goranboyda

19 Sentyabr 2017 10:03

Səyyar ASAN xidmət 19 sentyabr – 5 oktyabr tarixlərində Goranboy şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. "Olaylar" bildirir ki, bundan başqa Səyyar ASAN qatar 5 - 19 sentyabr Horadiz şəhərində, səyyar avtobuslar isə 6 sentyabr – 5 oktyabr Şamaxı, Lənkəran, Quba, Mingəçevir, Dəliməmmədli şəhərlərində, 6 – 20 sentyabr Hacıqabul şəhəri və Abşeron rayonunun Güzdək qəsəbəsində, 6 – 25 sentyabr Göyçay şəhərində, 12 - 26 sentyabr Xəzər rayonunun Binə qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Avtomobil dəvə ilə toqquşdu: 5 nəfər öldü 

19 Sentyabr 2017 10:00

Qazaxıstanın Alma-Ata vilayətində "Range Rover" avtomobili dəvə ilə toqquşub. Qəza nəticəsində 5 nəfər həlak olub. Məlumata əsasən, qəzada dəvədə ölüb. Yol qəzası faktı üzrə cinayət işi başlanılıb.

Qasırğa baş nazirin evini uçurtdu

19 Sentyabr 2017 09:52

Karib dənizində maksimal 5-ci dərəcəyədək güclənən “Mariya” qasırğası  Dominika Birliyinin baş naziri Ruzvelt Skerritin evini uçurub. Baş nazir bu barədə özünün “Feysbuk” səhifəsində yazıb. “Şiddətli külək evin damını uçurub. Təbii fəlakət qarşısında acizəm. Hazırda evi su basır”, yazan R.Skirret daha sonra xilas edildiyini bildirib. Qeyd edək ki, 2015-ci ilin avqustunda “Erika” qasırğası Dominika adasında ciddi fəsadlar törədib.

Mətanət İsgəndərlinin türkiyəli kürəkəni

19 Sentyabr 2017 09:49

Dünən əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkərin xına mərasimi olub. Rəqqasə Fatimə Fətəliyevanın idarə etdiyi məclisə şou-biznes nümayəndələri də qatılıb. Mərasim mediaya qapalı keçirilib.  Ülkər Engin adlı Türkiyə vətəndaşına ərə gedir. Məclisdə bəy də iştirak edib. 

Muğam Mərkəzində “İki qəlbin dastanı”

19 Sentyabr 2017 09:48

Sentyabrın 19 –u, saat 19:00 – da Üzeyir Hacıbəyli adına IX Beynəlxalq Musiqi festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində “İki qəlbin dastanı” adlı kamera musiqisi gecəsi keçiriləcək. “Olaylar” bildirir ki, gecədə Aleksey Miltıx (çello) və Səidə Tağızadənin (piano) ifasında D.Şostakoviçin – violonçel və fortepiano üçün Sonatası, J.Massne – “Düşüncə”, Y.Klengel – Skertso, F.Bədəlbəyli – Şuşa, S.Raxmaninov – Vokaliz və F.Əmirov pyesləri səslənəcək.

Onlar "əməkdar artist" adı aldı - Adlar

19 Sentyabr 2017 09:40

Naxçıvanda bir qrup şəxsə “Əməkdar artist” fəxri adı verilib.  Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Əsgərov Amil Əkbər oğlu, Əsgərov Səməd Elşən oğlu, Fərzəliyev Arzu İsmayıl oğlu, Həsənova Qəribə İbrahim qızı “Əməkdar artist” fəxri adına layiq görülüblər.

Acun Ilıcalı ilə ailə quran Şeyma Subaşı FƏRQLİ GƏLİNLKDƏ 

19 Sentyabr 2017 09:29

TV 8 kanalının direktoru və aparıcı Acun Ilıcalı ilə ailə quran Şeyma Subaşı ilk gəlinlik libaslarının şəkillərini instaqramda paylaşıb. Cütlük dünən xüsusi təyyarə ilə Fransanın Sen Trope şəhərinə gedib. Qonaqlar isə məşhur aparıcının Türkiyə Hava Yollarından xüsusi kirayələdiyi təyyarəsi ilə Fransanın Nitsa şəhərinə uçub. Kot Dazur Hava Limanında onları gözləyən xüsusi vertolyot cütlük və şahidlərini Marselə aparacaq. Oradakı türk səfirliyində Esat Yontunç və Kübra Subaşının şahidliyilə rəsmi nikah baş tutacaq. Heyət eyni vertolyotla Fransanın kurort şəhəri Sen Tropeyə gedəcək və “Byblos” adlı lüks hotelə yerləşəcək. Toy  “Bagatelle” adlı klubda, açıq havada baş tutacaq və saat 00.00-a qədər davam edəcək.

Üzeyir Hacıbəyli IX Musiqi Festivalı açıq elan edildi

19 Sentyabr 2017 09:27

Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.  M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında reallaşan açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış ictimai xadimləri, mədəniyyət və sənət adamları və digər mötəbər qonaqlar iştirak ediblər.

Məşhur  futbolçu cəzalandırıldı

19 Sentyabr 2017 09:24

 İngiltərəli futbolçu, “Everton” klubunun hücumçusu Ueyn Runi 2 il müddətinə sürücülük hüququndan məhrum edilib. Buna futbolçunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi səbəb olub. Bundan başqa, U.Runiyə 100 saat ictimai işlərlə məşğul olmaq cəzası da verilib.

Muğam Mərkəzində “Canlı xatirə” adlı konsert

19 Sentyabr 2017 09:22

Sentyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəylinin anadan olmasının 132-ci ildönümü və Milli Musiqi Günü münasibətilə “Canlı xatirə” adlı konsert proqramı təqdim olunub. "Olaylar" bildirir ki, tədbir “ASAN Könüllüləri” təşkilatı, BMM, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən təşkil edilib. Konsertdən əvvəl çıxış edən “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov Milli Musiqi Gününün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, 18 sentyabr - dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün ölkəmizdə silsilə tədbirlər keçirilir.

Səfir "arzuolunmaz şəxs" elan edildi

19 Sentyabr 2017 09:19

İspaniya Koreya Xalq Demokratik Respublikasının Madriddəki səfirini "arzuolunmaz şəxs" elan edib. Ölkənin Xarici İşlər Nazirliyi bunu KXDR-in ballistik raket və nüvə silahları sınaqdan keçirməsiylə əlaqələndirib. XİN baş verənlərin dünya və beynəlxalq təhlükəsizlik üçün təhlükəli olduğu bəyan edib.