Gündəm

Cəlilabad rayon Tarix-Diyarşünaslıq muzeyinə 385 maddi-mədəniyyət nümunəsi təhvil verilib

19 Sentyabr 2017 11:25

Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının birgə tədbirləri nəticəsində, Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə aid arxeoloji əhəmiyyət kəsb edən, maddi-mədəniyyət nümunələri olan 385 (üç yüz səksən beş) ədəd əşya və predmetin Cəlilabad rayon Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilməsi təmin olunub. DTX-nin ictimai əlaqələr şöbəsindən  bildirilib ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssislərinin ilkin rəyinə əsasən, həmin maddi-mədəniyyət nümunələri, o cümlədən əksəriyyəti daş dövrünün müxtəlif mərhələlərinə və ilk orta əsrlər dövrünə aid olan tuncdan və dəmirdən hazırlanmış döyüş silahları, təsərrüfat təyinatlı saxsı qablar və onların qalıqları, daş əmək alətləri, qadın bəzək əşyaları, gümüş sikkələr tarixi əhəmiyyətə malikdir və onların arxeoloji tədqiqatına ehtiyac var.

ABŞ orduya 700 milyard dollar ayırır

19 Sentyabr 2017 11:22

ABŞ Senatı orduya 2018-ci maliyyə ilində 700 milyard dolların ayrılmasını təsdiqləyib. Bu barədə informasiyanı “Assoşeyted Press” agentliyi yayıb. Qanun layihəsinin lehinə 89 senatorun səs verdiyi açıqlanıb. Yeni qanun layihəsində əsas xərclərin Şimali Koreyaya qarşı raketdən müdafiə sistemlərinin genişləndirilməsi və hərbçilərinin maaşlarının ödənilməsinin təşkil edəcəyi vurğulanıb.

16 yaşlı qıza təcavüz edən şəxs: İnsanlıq naminə etdim

19 Sentyabr 2017 11:17

16 yaşlı lisey şagirdi S.S.G. göz falı və qucaqlama terapiyası bəhanəsiylə onu öpən Erdem B.-dan polisə şikayət edib. 23 yaşlı Erdem B. isə ifadəsində "Bu qucaqlamaq terapiyasıdır. 500 nəfərə bu terapiyanı tətbiq etmişəm. İnsanlıq naminə etdim" deyib. Şübhəli fikirlərini "Bu günə qədər heç kimdən səs çıxmadı, bu qızdan etdiyim bu hərəkətə görə şikayət edilib. Mən bu iş üçün heç kimdən pul almıram. Normalda başqa insanlar yüksək qonorar alır" sözləri ilə tamamlayıb.

Dünya Bankının vitse-prezidenti ilə müzakirələr aparılıb

19 Sentyabr 2017 11:15

İqtisadiyyat naziri Şahin Mustafayevin Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller ilə görüşündə ölkəmizlə Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb. Nazirlikdən “Oaylar”a verilən məlumata görə, nazir Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan Bankın dövlət və özəl sektorun inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirir. Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr çərçivəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, ən qabaqcıl texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq çoxşaxəlidir, infrastruktur, kənd təsərrüfatı və sosial sahələri əhatə edir. Dünya Bankı ölkəmizə 53 layihə üzrə 4,15 mlrd. ABŞ dolları vəsait ayırıb.

Hərbiçilər üçün yeni yaşayış kompleksi istifadəyə verilib 

19 Sentyabr 2017 11:13

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrinin birində yeni inşa edilmiş növbəti yaşayış kompleksinin açılışında iştirak edib, hərbi qulluqçular üçün yaradılmış şəraitlə maraqlanıblar. “OLAYLAR”-ın xəbərinə görə, Müdafiə Nazirliyinin rəhbərliyi həmçinin ərazidəki əsgər yataqxanası, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarları, qazanxana eləcə də digər xidməti və inzibati obyektlərlə tanış olub.

Düşmən 125 dəfə atəşkəsi pozub

19 Sentyabr 2017 11:12

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

“Həmrəylik” gənclərin düşərgəsi keçiriləcək 

19 Sentyabr 2017 11:10

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Həmrəylik” gənclərin yay düşərgəsi layihəsi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a adıçəkilən təşkilatdan daxil olub. Bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda təhsil alan xarici tələbələri və yerli gəncləri bir araya toplayaraq, onların tolerantlıq mədəniyyətinin artırılmasına, həmrəylik anlayışının dərki, əməkdaşlığının güclənməsinə töhfə vermək üçün şərait yaratmaqdır. 4 gün ərzində keçirilən düşərgədə mədəniyyətlərarası dialoq, həmrəyliyin ideyalarının təbliği və yayılması mexanizmlərini, layihə idarəolunması, qeyri-formal təhsildə keyfiyyətin təmin olunması mövzularında təlim kursları baş tutacaq.

Beynəlxalq Türk Akademiyasının növbəti tədqiqat ekspedisiyası Azərbaycana təşkil olunacaq 

19 Sentyabr 2017 11:09

"Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın canlanması" beynəlxalq tədqiqat ekspedisiyası başa çatıb. Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə keçirilən "Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" adlı III beynəlxalq ekspedisiya başa çatıb. 15 avqust tarixində Monqolustanın Kentay bölgəsindən başlayan tədqiqat səfəri 18 sentyabrda Qazaxıstanın Jezkazqan şəhərinin Ulutau qəsəbəsində yekunlaşıb.  “OLAYLAR”-a daxil olan məlumata görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Türkiyə və Başqırdıstan və Dağıstandan dövlət və ictimai xadimlər, tarixçi-arxeoloqlar və media nümayəndələrinin iştirak etdiyi ekspedisiya çərçivəsində Qazaxıstanın mərkəzi əyalətlərindəki tarixi baxımdan böyük əhəmiyyətə malik ərazilər ziyarət olunub. 

Türkiyədə izdivac verilişinə qatılan Günel də fahişə çıxdı

19 Sentyabr 2017 11:03

Sayt yaradıb, 700-dən çox qadına fahişəlik etdirən 20 şübhəli arasında olan izdivac verilişlərinin bəy namizədi Birkan K.-ya elçi düşən qadınlardan birinin də eskort olduğu məlum olub. Saxlanılanlardan 3 nəfər həbs edilib, 13 nəfər sərbəst buraxılıb. Polisin apardığı araşdırmalar zamanı məlum olub ki, izdivac verilişində Birkan K.ya elçi düşən azərbaycanlı qız Günel K. eskort saytlarından birində elan verərək bədənini satışa çıxarıb. Qadın polisə ifadə verib. O bildirib ki, azərbaycanlı olduğuna görə sayta pulu ATM-dən göndərə bilmirdi, onun əvəzinə Birkan ödəyib. Lakin Birkan onun fahişəlik etdiyindən xəbərsiz olub.

Tələbə universitetin həyətində bıçaqlandı- Azərbaycanda

19 Sentyabr 2017 10:53

Azərbaycanda tələbə universitetin həyətində bıçaqlanıb. Hadisə Lənkəran Dövlət Universitetinin (LDU) həyətində baş verib. Belə ki, universitetin 3-cü kurs tələbəsi Zəka Həmidov tələbə yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Kibariyenin serial üçün istədiyi pul rejissoru təəccübləndirdi 

19 Sentyabr 2017 10:49

ejissor Sinan Çetin yenidən çəkməyə hazırlaşdığı "Perihan Abla" serialında baş rolda çəkilmək üçün müğənni Kibariyeyə təklif irəli sürüb. Rejissor müğənninin gözləmədiyi qonorar istəyi ilə qarşılaşıb. Kibariye aktrisa Perran Kutmanın canlandırdığı rol üçün "Mən evli, uşaqlı qadınam. Demək olar ki, hər həftə sonu xaricdə, ölkədə səhnələrim olacaq. Seriyabaşı 100 min lirə (təxminən 50 min manat) versəniz, qəbul edərəm" deyib. 

Ziya Məmmədov evini satışa çıxardı – Qiymət?

19 Sentyabr 2017 10:47

Sabiq nəqliyyat naziri Ziya Məmmədov evini satışa çıxarıb. Z.Məmmədovun evini hansı səbəbdən satdığı açıqlanmır

Elçin: “Allı-güllü köynəkdə efirə çıxmaram"

19 Sentyabr 2017 10:44

"Güllü köynəkdə efirə çıxmaram”. Bu sözləri müğənni Elçin Cəfərov yeni fotosessiyasını təqdim edərkən deyib. O, bildirib ki, efirə hər geyimi geyinmək olmaz: “Əksər hallarda efirə, el şənliklərinə kostyum geyinmişəm. Deyilənə görə də yaraşıb. Bundan sonra bütün kostyumlarımı Sultan Gədimbəyli hazırlayacaq. Çox vaxt da ciddi geyimlərə üstünlük verməyimin səbəbi odur ki, artıq çəkidə olanda pencək çəkilərimi gizlədirdi. Həmin dövrləri keçdim, artıq 5 aydır ki, idmana başlamışam, istədiyim geyimləri geyinə bilirəm.

Dünya çempionunu öldürən azərbaycanlı təslim oldu

19 Sentyabr 2017 10:37

Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində şübhəli bilinən Anar Allahverənov təslim olub. Bu haqda ölkənin Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk diyarı üzrə idarəsindən bildirilib. “Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə idarələri tərəfindən keçirilmiş operativ axtarış-kəşfiyyat tədbirlər kompleksi nəticəsində Anar Allahverənov təslim olmağa meylli idi”, - idarənin mətbuat katibi Olqa Alkinin deyib. Onun sözlərinə görə, A. Allahverənov hazırda müstəntiqlərə ifadə verir. Onunla Rusiya İstintaq Komitəsinin Xabarovsk üzrə idarəsinin əməkdaşları işləyirlər.

Bu gün axşam "iPhone"lar dəyişir

19 Sentyabr 2017 10:31

Bu gün axşamdan etibarən iPhone-lar dəyişir. iOS platforması bu gün yenilənir. Belə ki, sabahdan etibarən Apple istifadəçiləri smartfonlarına iOS 11-i yükləyə biləcəklər. iOS 11-lə gələcək yeniliklərdən biri Siri ilə bağlıdır. Belə ki, artıq Sirinin istifadə olunduğu dillərə yenisi əlavə olunub. Bundan başqa Siriyə "Siri, mənim bəyəndiyim tipdə bir mahnı dinlət" komandası əlavə olunub.