Gündəm

Azərbaycan regionda ən güclü və həlledici ölkədir

19 Sentyabr 2017 12:27

Bizimlə hesablaşır, mövqeyimizi qəbul edirlər Bakı şəhərində «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə yeni Sazişin imzalanmasından bir neçə gün keçsə də, lakin hələ də sözügedən sənədlə bağlı müəyyən müzakirələr aparılır, proqnozlar verilir. Təkcə yerli media deyil, eləcə də bir sıra Avropa kütləvi informasiya vasitələrində sazişindən əhəmiyyətindən danışılır, xüsusilə onun Avropanın enerji təhlükəsizliyindəki roluna diqqət çəkilir. Təsadüfi deyil ki, istər yerli, istərsə də beynəlxalq səviyyədə bu saziş 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə eyni əhəmiyyətə malik hesab edilir. Elə millət vəkili Kamran Nəbizadə də bu qənaətdədir. O, bildirib ki. Saziş «Əsrin müqaviləsi» ilə eyni əhəmiyyətə malikdir. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev bu Sazişi yeni əsrin müqaviləsi kimi səciyyələndirdi: “Müqavilənin uzadılması onu göstərir ki, xarici ölkələr və şirkətlər Azərbaycanı ciddi, etibarlı tərəf kimi qəbul edir. Bu amil onu sübut edir ki, Azərbaycan düzgün siyasət həyata keçirir və ölkəmizdə ictimai-siyasi sabitlik yüksək səviyyədədir. Birinci müqavilədə neft ehtiyatları 500 milyon ton həcmində proqnozlaşdırılırdı və icra zamanı 436 milyon ton təşkil etdi.

“İndiki Ermənistan ərazisi tamamilə bizim tariximizdir”

19 Sentyabr 2017 12:25

Yaqub Mahmudov: “İndiki Ermənistan ərazisi tamamilə bizim tariximizdir” “Səfəvilər dövründə dünyanın ən böyük imperiyasını yaratmışdıq. Nadir şahın dövründə bizim imperiyamızın bir ucu Hindistana qədər gedib çıxırdı”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib. “Biz imperiya yaradan xalqıq. Lakin Azərbaycan xalqına saxta tarix təqdim olunub. Guya indiki Ermənistan elə əvvəldən olub, Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Bu isə saxta bir tarixdir. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “Böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. Tarixi reallığı dünyaya çatdırmaq məqsədilə rus, ərəb, ingilis, ispan, italyan və sair dillərdə kitablar ortaya qoymuşuq. Məqsəd ondan ibarətdir ki, dünya ictimaiyyətinə çatdıraq ki, ermənilər bura I Pyotrun göstərişindən sonra, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülüb gətirilmə etnosdur. Ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil, onlar bu əraziyə Çar Rusiyası tərəfindən köçürülüb”, - deyə institut direktoru qeyd edib.

Kredit Zəmanəti Fondunun yaradılması vacib addımdır

19 Sentyabr 2017 12:23

Samir Əliyev: “Bu, kredit bazarının son iki ildə müşahidə edilən kiçilməsi prosesini səngidə bilər” Azərbaycanda sahibkarlara, iş adamlarına dövlət dəstəyi davamlı xarakter daşıyır. Məhz dövlətin sahibkarlara diqqət və qayğısı, göstədiyi yardımların nəticəsidir ki, paytaxt və bölgələrdə yeni-yeni istehsal müəssisələri və zavodlar istifadəyə verilir. Hər il Sahibkarlığa Kpmək Milli Fondu tərəfindən iş adamlarına verilən güzəştli kreditlər də bu mənada mühüm əhəmiyyət kəsb edir. Müsbət tendensiya ondan ibarətdir ki, tətbiq edilən bu üsul getdikcə daha da təkmilləşdirilir, iş adamları dövlətdən daha çox dəstək alırlar. Elə Prezident İlham Əliyev bir müddət əvvəl şimal-qərb regionuna səfəri zamanı Qaxda keçirdiyi, eləcə də cənub zonasında səfədə olarkən Lənkərəndan təşkil etdiyi müşavirə zamanı bir daha açıq şəkildə bildirdi ki, dövlətin sahibkarlara diqqəti, dəstəyi davamlı xarakter daşıyacaq və bundan sonra da iş adamlarına güzəştli kreditlər veriləcək.

Avtomobildən külli miqdarda pirotexniki vasitə aşkar olunub

19 Sentyabr 2017 12:20

Gömrükdə avtomobildə külli miqdarda pirotexniki vasitə aşkar olunub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Olaylar”a bildiriblər ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

21 ədəd mobil telefon aşkar edildi

19 Sentyabr 2017 12:19

Yevlax Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilmiş mobil telefonlar və aksesuarlarının realizə edilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobil Mingəçevir şəhəri, Heydər Əliyev prospektində gömrükçülər tərəfindən saxlanılıb və nəqliyyat vasitəsi gömrük baxışı keçirilməsi məqsədilə Yevlax Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib.

Gənclər Təşkilatları “Elektron hökumət” xidmət sahələrində maarifləndirilir

19 Sentyabr 2017 12:17

Prezident İlham Əliyevin “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərancamına əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası ilə birlikdə “Gənclər və Elektron hökumət” layihəsi çərçivəsində fəaliyyətlər həyata keçirir. “OLAYLAR”-a Milli Şuradan daxil olan məlumata görə, layihənin məqsədi gənclər təşkilatlarının rəhbər və nümayəndələrini qeyd olunan ixtisaslar üzrə təhsil alan gənclərin maarifləndirməsi, onların “Elektron hökumət” xidmət sahələrində fəallığının artırılmasıdır.

“TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir 

19 Sentyabr 2017 12:17

TurAz Qartalı - 2017” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir.

Bibisi oğlunu döyüb öldürdü

19 Sentyabr 2017 12:13

Masallı rayonunda ölüm hadisəsi baş verib. Məlumata görə hadisə rayonun Qızılağac kəndində baş verib. Belə ki, kənd sakini Allahverdiyev Afiq Rafiq oğlu dayısı oğlu Hüseynov Vüsal Rüfət oğlu tərəfindən aralarında yaranmış münaqişə nəticəsində döyülüb. Döyülən A.Allahverdiyev bədənin və baş nayihəsinin sınığı, qapalı-kəllə beyin travması ilə Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Nazirlikdə daha 3 assosiasiya yaradılacaq

19 Sentyabr 2017 12:12

Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Prezidentin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirəsində bu sahələrin inkişafı ilə bağlı qarşıya qoyulmuş tapşırıqların icrasını təmin etmək məqsədi ilə tədbir keçirilib. Nazirlikdən verilən məlumata görə,  tədbirdə nazirliyin məsul işçiləri və müvafiq tabeli qurumlarının rəhbərləri, çay, çəltik və sitrus meyvələrinin istehsalı ilə məşğul olan fermer və sahibkarlar iştirak edib.Tədbirdə nazir müavini İlham Quliyev dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, ənənəvi sahələrin, xüsusilə çayçılığın, çəltikçiliyin və sitrus bitkilərinin inkişafı ilə bağlı ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələr barədə məlumat verib.

Milli Məclisin ilk iclasının vaxtı dəyişdi

19 Sentyabr 2017 12:10

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtında dəyişiklik edilib. Belə ki, ilk iclas sentyabrın 30-da deyil, oktyabrın 2-də keçiriləcək. Bu haqda Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib. Onun sözlərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası hər il sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Amma bu il sentyabrın 30-u şənbəyə - istirahət gününə düşdüyündən qərara alınıb ki, iclas oktyabrın 2-də keçirilsin. Gündəlikdə bir sıra qanunlara dəyişiklər və sazişlərin  təsdiqlənməsi ilə bağlı məsələlər  müzakirə ediləcək.

ABŞ İsraildə ilk hərbi bazasını açdı

19 Sentyabr 2017 12:04

ABŞ ilk dəfə olaraq İsrailin cənubunda daimi hərbi bazasını açıb. Bu barədə informasiyanı İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti yayıb. Bazanın İsrail hava hücumundan müdafiə üzrə hərbi hissələrindən birinə inteqrasiya olunacağını bildirilir. Qeyd edək ki, İsrail ABŞ-ın Yaxın Şərqdə ən yaxın müttəfiqi hesab edilir.

Bankomatı partladıb pulları oğurladılar

19 Sentyabr 2017 11:46

Rusiyanın paytaxtı Moskvada naməlum şəxslər gecə saatlarında bankomatı partladaraq pulları oğurlayıb. “Alfa bank”a məxsus bankomat qaz balonunun köməyi ilə partladılıb. Hazırda hüquq-mühafizə orqanlar həmin şəxslərin axtarışlarını davam etdirir. Oğurlanan vəsaitin və dəyən ümumi ziyanın məbləği hələlik açıqlanmır.

Telman İsmayılov axtarışa verilir: 10-dan çox cəsəd, bazarın qəsdən yandırılması, daha nələr...

19 Sentyabr 2017 11:42

Rusiya hüquq-mühafizə orqanları tezliklə azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun barəsində beynəlxalq axtarış elan etməyə hazırlaşır. Bu xəbəri "Rosbalt" agentliyinin Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyində mənbələri olan əməkdaşı Yuri Verşov yayıb. Məlumatda deyilir ki, Telman İsmayılovın adı sifarişli qətllər, özgə əmlakına qəsdən zərər vurulması da daxil olmaqla bir neçə maddə ilə qaldırılmış cinayət işində artıq fiqurant kimi keçir. Bura Moskvanın Lianozovsk bazarının yandırılması da daxildir.

Xəyanət görüntülərindən sonra arvadı uşağı da götürüb evdən getdi 

19 Sentyabr 2017 11:36

Evli və bir uşaq atası olan məşhur aranjmançı Erdem Kınayın mərakeşli gənc xanım müğənni Hindlə Taksimdə bir gecə klubundakı səmimi görüntülərinin yayılması barədə məlumat vermişdik. Erdem Kınayın 2014-cü ildə evləndiyi Sinem Kınaya mərakeşli gənc xanımla xəyanət etdiyi görüntüləri ortaya çıxınca arvadı azyaşlı uşağını da götürərək evi tərk edib.

İŞİD  prezidentə sui-qəsd təşkil etdi

19 Sentyabr 2017 11:28

İndoneziya polisi ölkə prezidenti Coko Vidodoya qarşı sui-qəsdin qarşısını alıb. İndoneziya mediası sui-qəsdi həyata keçirmək istəyən şəxsdən 5 ədəd “Molotov kokteyli”nin ələ keçirildiyini bildirib. 31 yaşlı cinayətkarın Penqunq hava limanında prezidentin səfəri ərəfəsində yaxalandığı vurğulanıb.