Gündəm

Arktikada da hərbi təlimlər keçirildi

19 Sentyabr 2017 13:29

Rusiyanın Şimal Donanmasının qüvvələri Arktikada hərbi təlimlər keçirib. Təlimlər zamanı Laptevlər dənizində şərti hədəflərə raket və artilleriya atəşləri açılıb. Qeyd olunur ki, təlimlərdə “Pantsir-S1” və “Kinjal” zenit-raket komplekslərindən də hava hədəflərinə atəş açılıb.

10 il əvvəl Türkiyədə adam öldürən şəxs Bakıda tutuldu

19 Sentyabr 2017 13:18

Bakıda həbs edilən və Türkiyədə 10 il əvvəl adam öldürməyə cəhd edən Hasan Təkbıçağın öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı qərar qəbul edilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə Hasan Təkbıçaq barəsində polis nəzarətində qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından həbs edilib. Onun Türkiyəyə ekstaradisiya edilməsi barədə qərar qəbul edilib. Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsi və digər hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə keçirilən əməliyyat zamanı Türkiyə Respublikasının axtarışa verdiyi 1956-cı il təvəllüdlü Hasan Hüsnü Tekbıçak tutulub.

Sabahın HAVASI

19 Sentyabr 2017 13:08

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar" -a verilən məlumata görə, sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 35-40 % olacaq.

“Sülh və təhlükəsiz əmək insan həyatının təminatıdır”  mövzusunda seminar keçirilib

19 Sentyabr 2017 13:06

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetində 21 Sentyabr-Beynəlxalq Sülh gününə həsr olunmuş “Sülh və təhlükəsiz əmək insan həyatının təminatıdır” mövzusunda seminar keçirilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin 5 saylı region (Bakının Yasamal və Qaradağ rayonları) üzrə Dövlət Əmək Müfəttişliyinin məsul şəxslərinin, universitetin müəllim və tələbələrinin iştirakı ilə keçən tədbirdə BMT tərəfindən 21 sentyabr-Beynəlxalq Sülh gününün təsis olunması tarixindən və onun dünyada sülh mədəniyyətinin təbliğində önəmindən bəhs olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində sabit inkişaf tempinə malik olan ölkəmizdə tolerantlıq mühitinin, sülh və əmin-amanlığın hökm sürdüyü vurğulanıb, xalqımızın həmişə sülhsevər bir xalq olduğu bildirilib.

Hesablama Palatası İqtisad Universitetində nöqsanlar aşkarlayıb

19 Sentyabr 2017 13:03

Hesablama Palatasının növbəti Kollegiya iclasında “Dövlət büdcəsindən Azərbaycan Dövlət  İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair” auditin nəticələri üzrə Hesabat müzakirə olunub. Məlumata görə, Hesablama Palatasının Kollegiyası  Azərbaycan  Dövlət  İqtisad Universiteti tərəfindən təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanuna müvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.

Deputat prezident seçkilərinə görə çağırış etdi

19 Sentyabr 2017 13:01

 “2018-ci ildə  prezident seçkiləri keçiriləcək. Bu seçkilərə kölgə salmaq üçün bəzi qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Bunlar  Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrdir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.

Fəttah Heydərov: “Bu gün dünya Azərbaycandan nümunə götürür”

19 Sentyabr 2017 13:00

Bu gün Azərbaycan dünyanın nümunə götürüləcək dövləti qismində çıxış edir və özünü bu formada dünyaya təqdim edə bilib. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin regional məsələlər üzrə komitənin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında komitə sədrinin müavini, millət vəkili Fəttah Heydərov deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının sessiyasında iştirak edir və onun çıxışı gözlənilir. Millət vəkili əlavə edib ki, bu gün dünyanın çox qarma-qarışıq dövründə yaşayırıq. “Dünya siyasi, iqtisadi, humanitar sahədə ciddi böhranlarla müşahidə olunur. Bu gün dünyada müharibələr, münaqişələr nəticəsində milyonlarla insan köçü yaranıb, dünya humanitar fəlakətlə üz-üzədir. Bu böhranlara baxmayaraq, Azərbaycan öz yolu ilə davam edir.

Komitə sədri: “Göndərdiyimiz qanun layihələrindən biri qəbul olunmadı”

19 Sentyabr 2017 12:58

 “Milli Məclisin 2017-ci il yaz və növbədənkənar sessiyalarında komitəmizin 8 iclası keçirilib.  Həmin iclalarda 12 məsələ müzakirə olunub ki, onlardan da 7-si qanun layihəsi olub və plenar iclaslarda onlar qəbul edilib. Digər bir məsələ isə qəbul olunmayıb. Həmin məsələ də bələdiyyə qulluqçularının etik davarınış kodeksidir. Orada əsasən iki məsələ üzərində müzakirələr hələ də davam etməkdədir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin Regional məsələlər komitəsinin sentyabrın 19-da keçirilən iclasında adıçəkilən komitənin sədri Arif Rəhimzadə deyib.

“Qanunlar icra olunmursa, onun heç bir faydası yoxdur”

19 Sentyabr 2017 12:54

 “Milli Məclis qanunları müzakirə edir, qəbul edir. Lakin  qanunlar icra olunmursa, onun  heç bir faydası yoxdur”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Fəzail İbrahimli deyib. Deputat qanunların icrasının vacibliyini vurğulayıb: “Azərbaycan müstəqil dövlətdir, hər kəs bu müstəqilliyi qorumalıdır. Sağdan, soldan, Qərbdən, Şərqdən təhdidlər ola bilər. Biz bütün bunlara görə birlikdə olmalıyıq”.

Müxalifətçilər savadsız dindarlardan istifadə etmək istəyirlər

19 Sentyabr 2017 12:49

Əkrəm Həsənov: “Müxalifətə qoşulan dindar insanların ideologiyası xaricilik, xəvariclik ideologiyasıdır” Məlum olduğu kimi Milli Şura adlanan qurum yenidən mitinq qərarı verib. Belə ki, əsasən Əli Kərimlinin yaxın ətrafından ibarət olan bu qurum sentyabr ayının 23-də mitinq keçirməyi qərarlaşdırıb. “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulan aksiya ilə əlaqədar artıq Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət edilib və məlumata görə şəhər meriyası mitinqə icazə verib. Aksiyanın keçirilməsi razılığı alınar-alınmaz Əli Kərimli tərəfdarları yenidən social şəbəkələrdəki “fəallıqlarını” artırıblar. Belə ki, cəbhəçilər sosil şəbəkə vasitəsilə insanları aksiyaya dəstək verməyə çağırıblar. Hər zaman olduğu kimi bu dəfə də Milli Şura ölkənin dindar kəsimini də “yaddan çıxarmayıb”.

“Turan”a qarşı vergi sanksiyası bərpa edilib

19 Sentyabr 2017 12:47

Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan" İnformasiya Agentliyinə 2014-17-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib."Turan"ın yaydığı məlumatda bildirilir ki, bununla bağlı sentyabrın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentyabrın 15-i tarixi ilə məktub daxil olub. Məktubda deyilir ki, agentliyin 27 min 253 manat borcu və daha 9.294 manat faiz borcu var. Qeyd edək ki, sentyabrın 12-də nazirliyin həmin departamentindən 11 sentyabr tarixi ilə agentliyə məktub daxil olub ki, "Turan"ın hər hansı vergi borcu və ya cərimə sanksiyası yoxdur. Vergi sanksiyası ləğv edildikdən sonra agentliyin hesablarına qoyulan həbs də götürülmüşdü, indi isə sanksiyanın bərpasından sonra "Turan"ın hesablarına yenidən həbs qoyulması gözlənilir.

Kimlər mirasdan məcburi pay almaq hüququna malikdirlər?

19 Sentyabr 2017 12:45

Məcburi pay almaq hüquq yalnız məhkəmə tərəfindən məhrum edilə bilər İnsanlar gündəlik həyatlarında və ya ömürlərinin hansısa dönəmində vərəsəlik hüququ ilə rastlaşırlar. İnsanların bu sahədə anlayışlarının kasad olması və bu sahədə maarifləndirmə işinin o qədər də effektiv aparılmaması vətəndaşlara ciddi problemlər yaradır. Praktikada vərəsəlik münasibətləri ilə bağlı olan ölümlə və ya sağlamlığa ağır zərərvurma ilə nəticələnən işlərin sayı heç də az deyil. Ən ağrılı məqam odur ki, bu cinayətin iştirakçıları yaxın qohumlar, ailə üzvləri olurlar. Vəkil Rövşən Qasımov deyir ki, vətəndaşlar arasında vərəsəlik münasibətləri ilə bağlı olan münaqişələrin, anlaşılmazlıqların yaranmasının əsas səbəblərindən biri də vətəndaşların vərəsəlik hüququ məsələsində məcburi pay anlayışından xəbərsiz olmalarıdır. Vərəsəlik ya vəsiyyətnamə üzrə, ya da qanun üzrə (şəxs vəsiyyətnamə qoymadıqda, ya o etibarsız hesab edildikdə, ya da vəsiyyətnamədə təyin edilən vərəsə vərəsəliyi qəbul etmədikdə) keçir:

"Qarabağ" - "Roma" matçına bilet alanlara müraciət

19 Sentyabr 2017 12:40

"Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı İtaliyanın "Roma" klubu ilə ev oyununu canlı izləməyə hazırlaşan azarkeşlərinə müraciət edib. Müraciətdə bunlar qeyd olunub: "Bu gündən etibarən, "Qarabağ" - "Roma" matçına vauçerinizi biletə dəyişə bilərsiniz. iTicketAZ - ın çatdırılma xidmətini sifariş edən azarkeşlərimizlə tezliklə əlaqə saxlanılıb çatdırılmanı həyata keçirəcəklər. Çatdırılma xidmətini sifariş etməyən azarkeşlərimiz, aşağıda qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq vauçeri biletə dəyişə bilər".

Gənclərə verilən dəstək ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır

19 Sentyabr 2017 12:35

Gələcəyimizi etibar edəcəyimiz gənclik onlara göstərilən etimadı doğruldur  Gəncləşən, müasirləşən ölkəmizdə gələcəyimizi etibar etdiyimiz yeni nəslin nümayəndələri kifayət qədər diqqət və qayğı ilə əhatə olunublar. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlətin gənclər siyasəti azərbaycançılıq ideologiyasının tərkib hissəsidir. Bu baxımdan   “Gənclər günü”nün əlamətdar hadisə kimi qeyd olunması, həyata keçirilən islahatlar, forumlar, 2007-ci ilin möhtərəm   Prezidentimiz   İlham Əliyevin sərəncamı ilə “Gənclər ili” kimi qeyd olunması, idarəetmə strukturlarında gənclərə üstünlük verilməsi və s. gənclərə inam və diqqətin bariz nümunəsidir. Müstəqil Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə   kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu artır.

Meyitdən orqan və ya toxumaların götürülməsinə hansı hallarda icazə verilir?

19 Sentyabr 2017 12:32

Orqan transplantasiyası qanununun bəzi müddəaları işləmir Müasir təbabətin gündəmində olan ən aktual məsələlərdən biri də orqan transplantasiyası ilə bağlıdır. Tibb sahəsinin inkişafı, əldə edilən elmi naliyyətlər artıq orqan transplantasiyası kimi inanılmaz bir prosesi gerçəkliyə çevirib. Düzdür, hələ də sözügedən cərrahiyə əməliyyatının özünəməxsus çətinlikləri var, ancaq məsələ ondan ibarətdir ki, bu prosesi həyata keçirmək üçün qanunvericilik bazası yaradılıb. Dünya ölkələrinə sürətlə inteqrasiya edən Azərbaycan da hələ 1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanun qəbul edib. Baxmayaraq ki, bu qanun müasir elmi nailiyyətlərə və tibbi təcrübəyə əsaslanaraq insan orqan və  toxumalarının transplantasiyası (köçürülməsi) ilə bağlı münasibətləri tənzimləyir, çox təəssüf olsun ki, indiyə qədər sözügedən qanunun bir sara müddəalarının tətbiqi mümkün olmayıb.  Qanunda isə birbaşa göstərilir ki, insan həyatının xilas edilməsi üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqanın donorun və ya insan meyitinin orqanları ilə əvəz edilə bilər.