Gündəm

Səfir: "Ukraynada bir çox potensial azərbaycanlı investorlar üçün risklər hələ də yüksəkdir"

19 Sentyabr 2017 14:13

Azərbaycan şirkətləri Ukrayna ilə çox maraqlanırlar. Burada onlar üçün geniş imkanlar var, lakin bir çox potensial azərbaycanlı investorlar üçün risklər hələ də yüksəkdir. Bunu "Business Ukraine" jurnalına müsahibəsində Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev deyib. Səfir hesab edir ki, Azərbaycan sərmayəçilərinin Ukraynada sərmayələrinin artırılması üçün əsas maneə soyğunçu dəstələrin hücumları və bəzi qaydalardır. A.Xudiyev bildirib ki, 2016-cı ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 334 milyon dollar təşkil edib. Bu da 2013-cü illə müqayisədə 2,6 dəfə azdır: "Hazırda ticarət dövriyyəsinin artırılması üçün hər iki ölkənin biznes dairələri ilə iş aparılır. Bu ilin yazında Kiyevdə Azərbaycan-Ukrayna biznes-forumu keçirildi və həmin forumda Azərbaycanın 40 şirkət və holdinqi təmsil olunurdu. Ümid var ki, aparılan məqsədli tədbirlər nəticəsində iqtisadi əlaqələr güclənəcək".

"Daha gözəl" olmaq üçün 200 əməliyyat keçirdi

19 Sentyabr 2017 14:11

Çənə sümüyü sındırılaraq forması dəyişdirilib, 6 qabırğası çıxardılıb, sinəsinin ölçüləri böyüdülüb, qulaqların forması və özlərinin rəngi dəyişib və s... ABŞ-ın Şimali Karolina ştatından olan 27 yaşlı Piksi Foks indiyədək 200 plastik cərrahiyyə əməliyyatına məruz qalıb. O, əməliyyatlara 700 min dollar xərcləyib. Həmin əməliyyatlar arasında lipopksasiya, labioplastika, liftinq və s. də var. Britaniyanın İTV telekanalındakı "This Morning" proqramında aparıcılar Holli Uilloubi və Filipp Şefildin qonağı olan P.Foksun dediyinə görə, moda aləminin ulduzu olmaq istəyir və bu məqsədlə özünün baş qəhrəman olacağı komikslər seriyası da hazırlayır. "Bunu natamamlıq kompleksinə gö

Cavanşir Məmmədov: "Azərbaycanlı müğənnilərin çoxu "mamaroza"dır"

19 Sentyabr 2017 14:10

Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədov həmkarları haqda sərt fikirlər səsləndirib. Müğənni qonaq olduğu verilişlərin birində bəzi həmkarlarının insan alveri ilə məşğul olduğunu deyib: "Bu gün onlarla məşhur müğənni, prodüser, təşkilatçı var ki, insan alveri ilə məşğuldur, ona-buna qız daşıyır.

Ermənistanın Qarabağ ətrafında növbəti oyunu

19 Sentyabr 2017 14:07

Seymur Süleymanov: “Edvard Nalbəndyanın bu açıqlaması heç nəyi dəyişmir” Deyəsən Ermənistan növbəti blefini edir. Belə ki, bu ölkənin xarici işlər naziri Edvard Nalbəndiyan ötən gün mətbuata verdiyi açıqlamada Dağlıq Qarabağ probleminin həlli ilə bağlı indiyə qədər Ermənistan rəsmilərinin səsləndirmədiyi bir fikri ifadə edib. Belə ki, işğalçı ölkənin xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağa təhlükə yaratmayan ərazilərin boşaldılmasının mümkünlüyündən danışıb. Ermənistan xarici işlər nazirinin belə bir açıqlama ilə çıxış etməsi kifayət qədər maraqlı və maraqlı olduğu qədər suallar meydana çıxarıb. Belə ki, erməni rəsmisinin belə bir açıqlamada bulunmasına səbəb nədir? Bir çoxları hesab edirlər ki, Edvard Nalbəndiyanın məlum açıqlaması Ermənistanın növbəti oyunudur. Belə ki, son vaxtarda Azərbaycanın artan hərbi gücü, İsrail və Çexiya ilə hərbi sahədə əlaqələrin genişləndirilməsi Azərbaycan Silahlı Qüvvələrinin yeni silah-sursatla təmin edilməsinə imkan yaradıb. Hazırkı situasiyada Azərbaycanın hərbi arsenalı Ermənistandan qat-qat güclüdür və İrəvan Azərbaycanın hər an torpaqlarını işğaldan azad etmək əməliyyatına başlaması qorxusunu yaşayır.

Карабахский час Тезисы 19 сентябрь 2017

19 Sentyabr 2017 14:01

1.     Реакция Армении на официальное заявление Хогланда показало, что она давно находится в капитулянтской позиции. Реакция официальных лиц Армении, в том числе общественно-политической среды, на выдвинутый Р.Хогландом вариант, доказало, что в Армении царят капитулянтские настроения. Мы говорим не о компромиссной среде, а о капитулянтской среде. Потому что если бы армяне сами были согласны на компромисс в добровольной форме, то нагорно-карабахский вопрос давно бы нашел решение. Нынешняя позиция Армении сформировалась под влиянием сопредседателей, Азербайджана и других участников. Поэтому Армения не идет на компромисс, а сдается. Попытаемся сгруппировать комментарии, озвученные в связи с мнением Р.Хогланда:

“Ermənistan kompromisə gəlmir, təslim olur”

19 Sentyabr 2017 13:58

Mübariz Əhmədoğlu: “Kreml azərbaycanlıları qaytarmaqla Ermənistanı normal dövlətə çevirmək kursu götürüb” ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın sonuncu bəyanatı Ermənistan cəmiyyətində ciddi təşvişə səbəb olub. İndi sadə vətəndaşlar dövlət rəsmilərindən məsələnin mahiyyəti barədə əsaslandırılmış açıqlama gözləyirlər. Elə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Altıncı ümumerməni “Ermənistan-Dispora” forumunun iştirakçılarının suallarını cavablandırarkən Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb. O, “Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaradır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz”, - deyə bildirib.

Komitə sədri: İlin sonuna qədər daha 300 dövlət müəssisəsi özəlləşdirilə bilər

19 Sentyabr 2017 13:55

2017-ci ilin sonuna qədər dövlət əmlakının özəlləşdirilməsindən Azərbaycanın dövlət büdcəsinə daxil olmalar 100 milyon manatı keçəcək. “Olaylar”ın məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib. Onun sözlərinə görə, ilin sonuna qədər təxminən 300 dövlət obyekti və müəssisəsinin özəlləşdirilməyə çıxarılması planlaşdırılır. K.Həsənov qeyd edib ki, bu günə qədər özəlləşdirilməyə 1100-dən yuxarı dövlət obyekt və müəssisəsi çıxarılıb: “Ümumilikdə, özəlləşdirilmə nəticəsində dövlət büdcəsinə 93 milyon manat daxil olub”.

Şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

19 Sentyabr 2017 13:45

Sentyabrın 19-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anım günüdür. Bu münasibətlə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi II Fəxri xiyabanda professor A.İmanquliyevanın məzarını ziyarət edib, alimin məzarı önünə əklil qoyublar. Anım mərasimində Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 25 il öncə dünyasını dəyişmiş böyük alimin  keçdiyi 53 illik həyat yolundan və bu illərdə onun şərqşünaslıq elminə verdiyi böyük töhfələrdən söz açıb. Aida İmanquliyevanın elmi fəaliyyətinin müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu söyləyən G.Baxşəliyeva bu görkəmli alimin itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd edib. 

Milli Musiqi Günü qeyd edilib

19 Sentyabr 2017 13:44

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Milli Musiqi Günü silsilə tədbirlərlə qeyd olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, bu münasibətlə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə Azərbaycan musiqisinin tarixi, Milli Musiqi Günü, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında geniş məlumat vermək, onların musiqiyə olan marağını daha da artırmaqdan ibarətdir. Milli Musiqi Gününə həsr edilmiş tədbirlər musiqisi Üzeyir Hacıbəyliyə məxsus olan Dövlət himninin səsləndirilməsi ilə başlayıb. 

Region gəncləri arasında dövlət - din münasibətləri təbliğ edilir 

19 Sentyabr 2017 13:43

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İslam sivilzasiyasının, dövlət-din münasibətlərinin Azərbaycan modelinin region gəncləri arasında təbliği” adlı layihənin icrasını davam etdirir. “OLAYLAR”-a daxil olan məlumata görə, növbəti tədbir Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilib. Tədbirdə çıxış edən Bərdə rayonu İcra Hakimiyyətinin İctimayətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Əzizov Fəxrəddin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı müsbət qiymətləndirib. F. Əzizov bildirib ki, analoji tədbirlərin keçirilməsi gənc nəslin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir. “Türkiyə Universitetləri Məzunları” İctiimai Birliyinin sədri Çingiz Bayramov əvvəlcə dövlət-din münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən danışıb. A

Qazax qardaşlarımızın taleyindən keçənlərə Rahimcanca baxış...

19 Sentyabr 2017 13:40

Bir xalqın yazıçısı, o xalqın ağrı-acısını qələmə almırsa, onun bəşəriliyi, humanistliyi “var”sa da, nəyə yarar? Bir yazıçı ideyalı deyilsə, onun yazdıqları ya öz ölkəsi ya ölkədənqıraqdakılar  üçün maraqlıdırmı? – Bax, Rahimcan Otarbayevin “Baş” romanı, ilk növbədə məhz bu baxımdan diqqəti cəlb edir. Əsər artıq qardaş Türkiyədə kitablaşdırılıb, tirajlanıb; bu dəfə Azərbaycanımız­da gün üzü görür, dünən bir, sabah bir başqa ölkədə, şəhərdə, nəşriyyatda... – Beləcə, vərəq-vərəq, kitab-kitab, ürək-ürək, dalğa-dalğa... yayılır Türküstan ruhu..! Mən böyük Qazaxıstanı yalnız fiziki ərazisinin böyüklüyü ilə deyil, qazax ruhunun böyüklüyü ilə ölçmək istərdim. Bir xalqın ruhunun böyüklüyü nədə, necə, kiminlə təcalla edir? – İlk növbədə, tarixin dərinliklərindən bugünə düşən (qorunan!) işıqda, o işığı sabaha götürənlərlə və od-ocaq qriyucularını fikrən silahlandıran usta qələmlərlə!..

«Кингсман: Золотое кольцо» - эксклюзивный пресс-показ в IMAX

19 Sentyabr 2017 13:38

18 сентября, за 3 дня до премьеры состоялся эксклюзивный показ фильма «Кингсман: Золотое кольцо» в Park Cinema IMAX. В мероприятии приняли участие известные журналисты, блоггеры, режиссеры, представители частных компаний. Первая часть фильма, вышедший на экраны в 2015 году, взорвал прокат и получил массу хвалебных отзывов. Вторую часть также снял режиссер Мэттью Вон. В одном из интервью он признался, что поначалу сомневался в необходимости продолжения: «Я не знал, хочу ли снимать это кино. Я беспокоился о злодее, а именно от злодея во многом зависит успех шпионских фильмов. Но, проснувшись однажды, я понял, какая история и какая злодейка мне нужны».

“Kingsman: Qızıl dairə”  təqdim olundu

19 Sentyabr 2017 13:37

Park Cinema IMAX-da “Kingsman:Qızıl dairə” filminin eksklüziv nümayişi baş tutdu. “Olaylar” bildirir ki, tədbirdə tanınmış jurnalistlər, bloggerlər, rejissorlar və özəl şirkət nümayəndələri iştirak ediblər. Filmin 2015-ci ildə ekranlara çıxan birinci hissəsi kino sahəsində böyük nailiyyətlərə və müsbət rəylərə səbəb olub. İkinci hissə də həmçinin rejissor Metyu Von tərəfindən çəkilib. Müsahibələrinin birində o, filmin davamının çəkilməsinə ehtiyacın olub-olmamasında şübhə duyduğunu etiraf etmişdi: “Bu filmi çəkmək istədiyimi dəqiq bilmirdim. Caniyə görə narahat idim, çünki cəsus filmlərində müvəfəqiyyət daha çox canidən asılıdır. Lakin səhərlərin birində oyanıb necə bir hekayə və hansı caninin mənə lazım olduğunu anladım” – deyə, bildirib.

В Международном Центре Мугама отметили День национальной музыки

19 Sentyabr 2017 13:31

18 сентября организация «АSAN Волонтеры» при поддержке Международного Центр Мугама, Бакинской Музыкальной Академии имени Узеира Гаджибейли, Азербайджанского Государственного Университета культуры и искусств провели мероприятие под названием «Canlı xatirə», посвященное  Дню национальной музыки, который традиционно проводится в Азербайджане в этот день. В соответствии с указом, подписанным общенациональным лидером Гейдаром Алиевым в 1995 году - накануне 110-летнего юбилея со дня рождения гениального композитора У.Гаджибейли, ежегодно 18 сентября отмечается в нашей стране как День национальной музыки.