Region gəncləri arasında dövlət - din münasibətləri təbliğ edilir
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İslam sivilzasiyasının, dövlət-din münasibətlərinin Azərbaycan modelinin region gəncləri arasında təbliği” adlı layihənin icrasını davam etdirir. “OLAYLAR”-a daxil olan məlumata görə, növbəti tədbir Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilib. Tədbirdə çıxış edən Bərdə rayonu İcra Hakimiyyətinin İctimayətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Əzizov Fəxrəddin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı müsbət qiymətləndirib. F. Əzizov bildirib ki, analoji tədbirlərin keçirilməsi gənc nəslin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir. “Türkiyə Universitetləri Məzunları” İctiimai Birliyinin sədri Çingiz Bayramov əvvəlcə dövlət-din münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən danışıb. A
19 Sentyabr 2017 13:43 Sosial"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "İslam sivilzasiyasının, dövlət-din münasibətlərinin Azərbaycan modelinin region gəncləri arasında təbliği" adlı layihənin icrasını davam etdirir. "OLAYLAR"-a daxil olan məlumata görə, növbəti tədbir Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilib. Tədbirdə çıxış edən Bərdə rayonu İcra Hakimiyyətinin İctimayətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Əzizov Fəxrəddin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı müsbət qiymətləndirib. F. Əzizov bildirib ki, analoji tədbirlərin keçirilməsi gənc nəslin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir. "Türkiyə Universitetləri Məzunları" İctiimai Birliyinin sədri Çingiz Bayramov əvvəlcə dövlət-din münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən danışıb. Azərbaycanın dünyəvi dövlət olduğuna diqqət çəkən TUMİB sədri ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını vurğulayıb. Ç. Bayramov 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi ili" elan olunmasını mühüm tarixi hadisə kimi qiymətləndirib. TUMİB sədri bildirib ki, Azərbaycanda mövcud olan dövlət-din münasibətləri bir model olaraq dünya xalqları üçün parlaq nümunə sayıla bilər. Tədbirdə həmçinin Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərov, Gənclər və İdman Nazirliyi Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə və başqaları çıxış edərək, Azərbaycan cəmiyyətində humanist düşüncənin hakim olduğunu bildiriblər.