“Ermənistan kompromisə gəlmir, təslim olur”
Mübariz Əhmədoğlu: “Kreml azərbaycanlıları qaytarmaqla Ermənistanı normal dövlətə çevirmək kursu götürüb” ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın sonuncu bəyanatı Ermənistan cəmiyyətində ciddi təşvişə səbəb olub. İndi sadə vətəndaşlar dövlət rəsmilərindən məsələnin mahiyyəti barədə əsaslandırılmış açıqlama gözləyirlər. Elə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Altıncı ümumerməni “Ermənistan-Dispora” forumunun iştirakçılarının suallarını cavablandırarkən Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb. O, “Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaradır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz”, - deyə bildirib.
19 Sentyabr 2017 13:58 SiyasətMübariz Əhmədoğlu: "Kreml azərbaycanlıları qaytarmaqla Ermənistanı normal dövlətə çevirmək kursu götürüb"
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın sonuncu bəyanatı Ermənistan cəmiyyətində ciddi təşvişə səbəb olub. İndi sadə vətəndaşlar dövlət rəsmilərindən məsələnin mahiyyəti barədə əsaslandırılmış açıqlama gözləyirlər. Elə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Altıncı ümumerməni "Ermənistan-Dispora" forumunun iştirakçılarının suallarını cavablandırarkən Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb. O, "Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaradır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz", - deyə bildirib.
Sentyabrın 19-da mətbuat konfransı keçirən politoloq Mübariz Əhmədoğlu bildirib ki, Hoqlandın rəsmi bəyanatına Ermənistanın reaksiyası onun çoxdan təslim mövqeyində olduğunu göstərdi. R.Hoqlandın ortalığa qoyduğu varianta Ermənistan rəsmilərinin, o cümlədən ictimai-siyasi mühitin verdiyi reaksiya Ermənistanda təslimçi əhval-ruhiyyənin hökm sürdüyünü sübut etdi. Biz kompromis mühit deyil, təslimçi mühit deyirik. Çünki ermənilər könüllü şəkildə kompromisə razı olsaydılar çoxdan Dağlıq Qarabağ məsələsi həllini tapardı. Ermənistanın indiki mövqeyi həmsədrlər, Azərbaycan və digər iştirakçıların təsiri ilə formalaşmış mövqedir. Ona görə Ermənistan kompromisə gəlmir, təslim olur: "Hoqland yeni heç nə deməyib. 2009-cu il Yenilənmiş Madrid Prinsiplərini yeni sözlərlə təqdim edib. Bu fikirləri Ermənistanın xarici işlər
naziri Nalbandyan da daxil olmaqla bir sıra erməni rəsmiləri, o cümlədən DQ-nin "xarici işlər naziri" K.Mirzəyan və bir qrup ekspertlər təsdiq edib. Üstəlik, R.Hoqlandın bəyanatının Ermənistanda kəskin reaksiya yaratmamasının səbəbi bəlli deyil. Bəlkə də bu kəskin reaksiya Rusiya Fedarasiyasının strategiyasına o qədər də uyğun deyil. Ancaq nəzərə almaq lazımdlır ki, Hoqlandın sözləri vəzifədən gedən diplomatın sözləri olsa da, bu ona diqqəti azaltmır. Hoqland RF də daxil olmaqla hamıya mesaj göndərdi". Onun sözlərinə görə, Hoqlandın səsləndirdiyi mövqe Ermənistanın maraqlarına cavab verir. Çünki bəyənatda Dağlıq Qarabağın statusunun müəyyən olunması birinci yerdədir. Lakin erməni ekspertləri bəyənatda səslənən fikirləri özlərinə sərf etməyən variant kimi təqdim etməyə çalışırlar. Məsələn,
Qloballaşma və Regional Əməkdaşlıq mərkəzinin rəhbəri Stepan Qriqoryanın fikrincə, əgər yalnız Rusiya Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olsa, Ermənistan Dağlıq Qarabağı uduzacaqdır. Yaxud, Beynəlxalq Məsələlər və Təhlükəsizlik İnstitutunun təsisçisi, politoloq Stepa Safaryan isə deyib ki, "Vəzifəni tərk edən amerikalı həmsədr R.Hoqlandın Dağlıq Qarabağ tənzimlənməsi üzrə səsləndirdiyi variant erməni tərəfi üçün alçaldıcıdır. Bir vaxtlar Kazanda Azərbaycan hətta Ermənistan üçün biabırçı olan variantdan imtina etdi. Təcrübə göstərir ki, indi hətta Ermənistan razılaşsa da belə Azərbaycan razılaşmayacaq. Əliyev öz cəmiyyəti üçün hədsiz yuxarı planka müəyyənləşdirib". Politoloq qeyd edib ki,
ümumlikdə Hoqlandın rəsmi bəyanatına Ermənistanın reaksiyası onun çoxdan təslim mövqeyində olduğunu göstərdi. Onun sözlərinə görə, ABŞ və Fransanın ATƏT MQ-də passivliyi fonunda RF Dağlıq Qarabağ tənzimlənməsində aktivliyini xeyli artırıb. RF-in Azərbaycan və Ermənistan dini liderlərinin görüşünün təşkil etməsinin dalınca RF prezidentinin xüsusi məsələlər üzrə təmsilçisi M.Şvıdko Yerevanda xarici işlər naziri E.Nalbandyanla Ermənistanla Rusiya arasında ikitərəfli mədəni əlaqələrlə yanaşı çoxtərəfli mədəni əlaqələri də müzakirə etdi: "Çox tərəfli əlaqələr dedikdə RF və Ermənistandan başqa digər dövlətin də iştirakı ilə olan mədəni əlaqələr nəzərdə tutulur. M.Şvıdko iki dəfə Azərbaycan və Ermənistan ziyalılarının Bakı, Yerevan və Dağlıq Qarabağa səfərini təşkil etmiş şəxsdir. Bu səfərlərdə Dağlıq Qarabağın erməniləri və azərbaycanlıları da təmsil olunub. Şvıdkonun missiyasının dayanmasının səbəbkarı rəsmi Yerevandır. Rəsmi Bakı hətta bu dövrdə "Sülh platformasını" irəli sürdü. Ancaq RF prezidenti Vladimir Putinin Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı qətiyyəti ortadadır. Bu münaqişə siyasi-diplomatik vasitələrlə tənzimlənməlidir. Ermənistanın narazı olmasına baxmayaraq Moskvada dini liderlər görüşdü. Rəsmi Yerevan ziyalıların xüsusilə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunun əleyhinə olsa da, Putin bu dialoqu qurmaqla məşğuldur. Məqsəd Ermənistanı normal dövlətə çevirməkdir. Ermənistanın indiki rəhbərliyinin öz xalqı qarşısında heç bir məsuliyyəti yoxdur. Ona görə də tez-tez siyasətini dəyişir və RF-lə ABŞ arasındakı gərginlikdən yararlanmaq istəyir. Kreml hər həftə rəsmi Yerevana nəyisə qadağan edir. Belə vəziyyət Kremlin özü üçün də yaxşı deyil. Ona görə Ermənistanın normal siyasət aparmasının konseptual həlli tapılmalıdır. Bunun üçün ən real və ən yaxşı vasitə Ermənistan SSR-dən qovulmuş, təxminən yarım milyon nəfər azərbaycanlının ora qayıtmasıdır. Başqa hansısa süni model yaratmağa ehtiyac yoxdur. Azərbaycanlıların qayıtması ilə Ermənistan monoetnik və monokonfessional dövlətdən polietnik və polikonfessional dövlətə çevrilir. Rus dilli məktəblər şəbəkəsi yaranır. Rus dili işlək dilə çevrilir və bir müddət sonra rus dili konstitusion status alır. Ermənistan hökuməti əhali qarşısında özünü daha məsuliyyətli aparır. Parlamentli respublika idarəçiliyi ermənilərdən qeyri-şəxslərin də qərarların qəbulunda iştirakını artırır. Ermənistanda ermənilərin sayının azalması fonunda ora qayıdan avtoxton azərbaycanlılar əhalinin ən azı 20 faizini təşkil edəcəkdir. Ermənistanın daha nümunəvi normal dövlətə çevrilməsi üçün Rusiya onun üçün etdiyi tarixi yaxşılıqların bir qismini geri almalıdır; Zəngəzur tarixən Azərbaycan torpağıdır. Onu Stalin ermənilərə bağışlayıb. Putin Zəngəzurun sahibinə-Azərbaycana qaytarılması ideyasını aktuallaşdıra bilər. Amma bütün bunların hamısının baş verməsi üçün ilk olaraq Dağlıq Qarabağ problemi həll olunmalıdır. Patriarx Kirilin və M.Şvıdkonun fəaliyyəti Putinin bu istiqamətdə düzgün yolda olduğunu göstərir".
Alim