“Kingsman: Qızıl dairə” təqdim olundu
Park Cinema IMAX-da “Kingsman:Qızıl dairə” filminin eksklüziv nümayişi baş tutdu. “Olaylar” bildirir ki, tədbirdə tanınmış jurnalistlər, bloggerlər, rejissorlar və özəl şirkət nümayəndələri iştirak ediblər. Filmin 2015-ci ildə ekranlara çıxan birinci hissəsi kino sahəsində böyük nailiyyətlərə və müsbət rəylərə səbəb olub. İkinci hissə də həmçinin rejissor Metyu Von tərəfindən çəkilib. Müsahibələrinin birində o, filmin davamının çəkilməsinə ehtiyacın olub-olmamasında şübhə duyduğunu etiraf etmişdi: “Bu filmi çəkmək istədiyimi dəqiq bilmirdim. Caniyə görə narahat idim, çünki cəsus filmlərində müvəfəqiyyət daha çox canidən asılıdır. Lakin səhərlərin birində oyanıb necə bir hekayə və hansı caninin mənə lazım olduğunu anladım” – deyə, bildirib.
19 Sentyabr 2017 13:37 Teatr və kinoPark Cinema IMAX-da "Kingsman:Qızıl dairə" filminin eksklüziv nümayişi baş tutdu. "Olaylar" bildirir ki, tədbirdə tanınmış jurnalistlər, bloggerlər, rejissorlar və özəl şirkət nümayəndələri iştirak ediblər.
Filmin 2015-ci ildə ekranlara çıxan birinci hissəsi kino sahəsində böyük nailiyyətlərə və müsbət rəylərə səbəb olub. İkinci hissə də həmçinin rejissor Metyu Von tərəfindən çəkilib. Müsahibələrinin birində o, filmin davamının çəkilməsinə ehtiyacın olub-olmamasında şübhə duyduğunu etiraf etmişdi: "Bu filmi çəkmək istədiyimi dəqiq bilmirdim. Caniyə görə narahat idim, çünki cəsus filmlərində müvəfəqiyyət daha çox canidən asılıdır. Lakin səhərlərin birində oyanıb necə bir hekayə və hansı caninin mənə lazım olduğunu anladım" - deyə, bildirib.
Film haqda maraqlı məqamlardan biri də odur ki, Statesman təşkilatının üzvlərinin təxəllüsləri spirtli içkilərin adlarından götürülüb. Baş rolları Teron Ecerton, Culiana Mur, Mark Strong, Edvard Holkroft və digərləri canlandırmışlar.
Film 21 sentyabrdan etibərən Park Cinema kinoteatrlar şəbəkəsinin ekranlarında nümayiş olunacaq.