Gənclərə verilən dəstək ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır

Gələcəyimizi etibar edəcəyimiz gənclik onlara göstərilən etimadı doğruldur  Gəncləşən, müasirləşən ölkəmizdə gələcəyimizi etibar etdiyimiz yeni nəslin nümayəndələri kifayət qədər diqqət və qayğı ilə əhatə olunublar. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlətin gənclər siyasəti azərbaycançılıq ideologiyasının tərkib hissəsidir. Bu baxımdan   “Gənclər günü”nün əlamətdar hadisə kimi qeyd olunması, həyata keçirilən islahatlar, forumlar, 2007-ci ilin möhtərəm   Prezidentimiz   İlham Əliyevin sərəncamı ilə “Gənclər ili” kimi qeyd olunması, idarəetmə strukturlarında gənclərə üstünlük verilməsi və s. gənclərə inam və diqqətin bariz nümunəsidir. Müstəqil Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə   kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu artır.

Gələcəyimizi etibar edəcəyimiz gənclik onlara göstərilən etimadı doğruldur

Gəncləşən, müasirləşən ölkəmizdə gələcəyimizi etibar etdiyimiz yeni nəslin nümayəndələri kifayət qədər diqqət və qayğı ilə əhatə olunublar. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlətin gənclər siyasəti azərbaycançılıq ideologiyasının tərkib hissəsidir. Bu baxımdan   "Gənclər günü"nün əlamətdar hadisə kimi qeyd olunması, həyata keçirilən islahatlar, forumlar, 2007-ci ilin möhtərəm   Prezidentimiz   İlham Əliyevin sərəncamı ilə "Gənclər ili" kimi qeyd olunması, idarəetmə strukturlarında gənclərə üstünlük verilməsi və s. gənclərə inam və diqqətin bariz nümunəsidir. Müstəqil Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə   kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu artır. Gənclərin hərtərəfli hazırlıqlı mütəxəssis, vətəndaş kimi yetişməsi, təhsil alması, fiziki cəhətdən sağlam böyüməsi, gələcəyini təmin etməsi, öz istəyinə uyğun həyat yolunu seçməsi üçün ölkəmizdə hər cür şərait mövcuddur. Prezident İlham Əliyevin   gənclərə qayğısı da bu məntiqə əsaslanır. "Azərbaycanı ən qüdrətli ölkəyə çevirək" çağırışına uyğun aparılan islahatlarda yeni nəslin nümayəndələrinin fəallığı hər sahədə hiss olunur. Məhz bu kimi amilləri nəzərə alan prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı təsdiq edilib. Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Dövlət Proqramında qeyd olunur ki, dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və müstəqilliyimizin şüurlu dərk edilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri edir. Gənclər arasında yaradıcılığı, intellektual inkişafı stimullaşdırmaq və əqli mülkiyyətin yüksək dəyər olduğunu təbliğ etmək, ekoloji tarazlığın pozulması və sağlam təbii mühitin məhdudlaşması ilə mübarizədə yeni təsirli formaların tətbiqində gənc nəslin fəal iştirakını dəstəkləmək mühüm əhəmiyyət daşıyır. Gənclərin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodları tətbiq edilməlidir.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, ölkə Prezidentinin sərəncamı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq olunması dövlətimizin gənc nəslin inkişafına diqqətinin parlaq ifadəsidir. Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır. Təsadüfi deyil ki, bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir.

S.Orucov bildirib ki, Azərbaycanda gənclər dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Onun sözlərinə görə, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca hədəfi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir: "Yeni Dövlət Proqramının məqsədi də Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Təbii ki, dövlətin bu istiqamətdə gördüyü tədbirlər bundan sonra da davam etdiriləcək. Belə ki, gəncliyin inkişafı ilə bağlı yeni dövlət proqramının qəbul olunması bu faktı bir daha təsdiqləyir. Bütövlükdə bu istiqamətdə reallaşdırılan proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir".

Qeyd edək ki, gənclərin məşğulluğu, onların sosial problemlərinin həlli, hüquqi biliklərinin artırılması, xüsussən  gənclərin maddi durumunun, rifah halının daha da yaxşılaşdırılması dövlətin prioritet hesab etdiyi məsələlərnədir. Dövlət Proqramında isə gənclər siyasətinin səmərəliliyinin artırılması istiqamətində bir sıra naliyyətlərin əldə olunması nəzərdə tutulur. Şübhəsiz ki, Dövlət Proqramının həyata keçirilməsi gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin fiziki və psixi sağlamlığının möhkəmləndirilməsi, gənclərin intellektual inkişafının və elmi fəaliyyətinin stimullaşdırılması, gənclərin ictimai həyatda daha fəal iştirakının təmin olunmasına gətirib çıxaracaq.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31