Meyitdən orqan və ya toxumaların götürülməsinə hansı hallarda icazə verilir?

Orqan transplantasiyası qanununun bəzi müddəaları işləmir Müasir təbabətin gündəmində olan ən aktual məsələlərdən biri də orqan transplantasiyası ilə bağlıdır. Tibb sahəsinin inkişafı, əldə edilən elmi naliyyətlər artıq orqan transplantasiyası kimi inanılmaz bir prosesi gerçəkliyə çevirib. Düzdür, hələ də sözügedən cərrahiyə əməliyyatının özünəməxsus çətinlikləri var, ancaq məsələ ondan ibarətdir ki, bu prosesi həyata keçirmək üçün qanunvericilik bazası yaradılıb. Dünya ölkələrinə sürətlə inteqrasiya edən Azərbaycan da hələ 1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanun qəbul edib. Baxmayaraq ki, bu qanun müasir elmi nailiyyətlərə və tibbi təcrübəyə əsaslanaraq insan orqan və  toxumalarının transplantasiyası (köçürülməsi) ilə bağlı münasibətləri tənzimləyir, çox təəssüf olsun ki, indiyə qədər sözügedən qanunun bir sara müddəalarının tətbiqi mümkün olmayıb.  Qanunda isə birbaşa göstərilir ki, insan həyatının xilas edilməsi üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqanın donorun və ya insan meyitinin orqanları ilə əvəz edilə bilər.

Orqan transplantasiyası qanununun bəzi müddəaları işləmir

Müasir təbabətin gündəmində olan ən aktual məsələlərdən biri də orqan transplantasiyası ilə bağlıdır. Tibb sahəsinin inkişafı, əldə edilən elmi naliyyətlər artıq orqan transplantasiyası kimi inanılmaz bir prosesi gerçəkliyə çevirib. Düzdür, hələ də sözügedən cərrahiyə əməliyyatının özünəməxsus çətinlikləri var, ancaq məsələ ondan ibarətdir ki, bu prosesi həyata keçirmək üçün qanunvericilik bazası yaradılıb. Dünya ölkələrinə sürətlə inteqrasiya edən Azərbaycan da hələ 1999-cu ildə "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" qanun qəbul edib. Baxmayaraq ki, bu qanun müasir elmi nailiyyətlərə və tibbi təcrübəyə əsaslanaraq insan orqan və  toxumalarının transplantasiyası (köçürülməsi) ilə bağlı münasibətləri tənzimləyir,

çox təəssüf olsun ki, indiyə qədər sözügedən qanunun bir sara müddəalarının tətbiqi mümkün olmayıb.  Qanunda isə birbaşa göstərilir ki, insan həyatının xilas edilməsi üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqanın donorun və ya insan meyitinin orqanları ilə əvəz edilə bilər.

Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva deyib ki, 1999-cu ildə parlament tərəfindən qəbul edilən insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı qanunun bəzi müddəaları bugünədək yerinə yetirilmir və onların həyata keçməsi üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər. Millət vəkili deyib ki,  müvafiq dövlət qurumları bir neçə il bundan əvvəl qəbul edilmiş  insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən önəmli maddələrini  qısa zamanda icraya yönəltməlidirlər. Eyni zamanda, parlamentin Səhiyyə komitəsi nəzdində bir qrupun yaradılması, oraya müvafiq dövlət orqanlarının rəsmilərini də dəvət edib bu istiqamətdə geniş müzakirələrin aparılaraq, qanunun bu maddəsinin işləməsi üçün həlli yollarının tapılması vacibdir: "1999-cu ildə parlament tərəfindən qəbul edilən insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun bəzi müddəaları indiyədək yerinə yetirilmir. Onların həyata keçməsi üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər. Son illər orqan transplantasiyası məsələsi Azərbaycanda genişlənməkdədir. Amma bu haqda qanunun qəbul edilməsinə baxmayaraq,  bütün dünyada orqan transplantasiyasında ən vacib məsələ olan meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmləri yoxdur.  Bu icra mexanizmlərinin işlənib hazırlanması üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər". Ölkəmizdə orqan və toxumaların transplantasiyası sahəsində son illər uğurlu əməliyyatların həyata keçirildiyini diqqətə çatdıran Q. Paşayeva bu sahədə qəbul edilən qanunvericilik aktının bir sıra müddəalarının icrasının vacibliyini vurğulayıb. Millət vəkili bildirib ki, bu gün qanunun bir sıra müddəalarının həyata keçməməsi səbəbindən ölkədə orqan köçürülməsində sadəcə cüt və ya arta bilən orqanlar köçürülə bilər: "Digərləri üçün isə hər bir insan xaricə üz tutmalıdır ki, bu da küllü miqdarda vəsait tələb edir. İkincisi, bu gün orqan köçürülməsinə ehtiyacı olan xəstələrə onların yaxınlarından, yəni sağlam insanlardan orqan alınaraq köçürülməsi ilə mümkündür. Bununla  da sağlam insanların həyatı da bir çox hallarda risk altına düşür. Digər tərəfdən,  bəlkə o insanın heç özünün cüt və ya arta bilən orqanını bağışlayacaq bir qohumu yoxdur. Bəs o nə etsin? Bütün inkişaf etmiş ölkələrdə transplantasiya məqsədilə meyitdən orqan və toxumaların götürülməsi sürətlə inkişaf edirsə, bizdə nə üçün bu məsələ öz həllini tapmasın, axı bizim bununla bağlı neçə ildir qəbul olunan qanunumuz var və mən hesab edirəm ki, bu sahəyə cavabdeh qurumlar qısa zamanda sözügedən qanunun maddələrini yerinə yetirməlidirlər. Heç kəs hər hansı bir şəxsin özünün ölməzdən əvvəl rəsmi qaydada qeydiyyatdan keçmiş vəsiyyət məktubu olmadığı, ailəsinin izn vermədiyi təqdirdə onun meyidinə toxuna bilməz. Amma xarici ölkələrdəki kimi Azərbaycanda da belə insanlar var ki, onlar vəsiyyət yazaraq öldükdən sonra orqanlarını ehtiyacı olan insanlara bağışlamaq istəyir. Onların bu istəyini reallaşdıran icra mexanizmləri dünyada olduğu kimi, bizdə də olmalıdır".

Millət vəkili bildirib ki, orqan transplantasiyasının qarşısındakı ən böyük problemlərdən biri orqan bağışlanması ilə bağlı qanunda öz əksini tapan müddəaların icra mexanizmlərinin işlənib hazırlanmaması və bu prosedurun həyata keçirilməsi mexanizmlərinin olmamasıdır.

Millət vəkili bu sahəyə aidiyyəti olan qurumları qısa zamanda bu mexanizm və prosedurları hazırlamağa, qanunun müvafiq müddəalarının icrasına çağırıb. Deputat həmçinin bildirib ki, orqan bağışı sistemi transplantologiyanın inkişafında və genişlənməsində ən vacib məsələlərdən biridir və qanunun icrasına,  ölkəmizdə bu istiqamətdə əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasına və işlərin sürətləndirilməsinə ehtiyac var.

Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən ölkəmizdə ürək, ağ ciyər, böyrəklər, qara ciyər, mədəaltı vəzi, sümük iliyi, gözün buynuz qişasının transplantiyasına rəsmi icazə verilib. Bir şərtlə ki, donorun mütləq 18 yaşı tamam olmalıdır, heç kimə donorluq etməyə təzyiq göstərilməməlidir. Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə müəyyən həcmdə götürmək olar ki, onun həyatı üçün təhlükəli hallar, yaxud  sağlamlıqmda bərpaolunmaz pozğunluqlar yaranmasın. Meyitdən daxili orqanların götürülməsi üçün isə mütləq mərhumun yaxınlarının yazılı icazəsi olmalıdır. Ölkəmizdə insan orqanlarının alqı-satqısı ilə məşğul olanlar Cinayət Məcəlləsinin 137-ci maddəsilə məsuliyyət daşıyırlar.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31